Məhkəmə qərarları › İş №2(042)-702/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-702/2024

16.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-702/2024 16.07.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Pavloviçə, Cavabdeh2 Mixayılovnaya, X11 və X5rşı “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gədəbəy rayonunun Novoivanovka kənd (sabiqdə) sakini olmuş cavabdehlər Cavabdeh1 Pavloviç, Cavabdeh2 Mixayılovna, X18 və Cavabdeh4 aid Gədəbəy rayonun Novoivanov kəndində yerləşən 1957-ci il tarixdə inşa edilmiş 48 kv.m fərdi yaşayış evinin və Gədəbəy rayon AİK-nın xx.xx.1988-ci il tarixli 08 nömrəli qərarı ilə Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-066D, KOD 50500028 saylı şəhadətnamə əsasında 0.25 ha həyətyanı torpaq sahəsini və AİK-nın xx.xx.2007-ci il tarixli 3 nömrəli qərarı əsasında AN-255566 və AN-255578 saylı torpaq sahəsinin plan və ölçü sənədi əsasında verilmiş ümumilikdə 1.83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə onunla cavabdehlər arasında xx.xx.1999-cu il tarixdə sadə razlaşma yolu ilə bağlanmış alqı-satqı müqviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1999-cu il tarixdə Novoivanovka kənd sakini olmuş Cavabdeh1 Pavloviçdən 1957-ci il tarixdə inşa edilmiş ümumi sahəsi 48 kv.m fərdi yaşayış evini və Gədəbəy rayon AİK-nın xx.xx.1988-ci il tarixli 08 nömrəli qərarı ilə Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-066D, KOD 50500028 saylı şəhadətnamə əsasında 0.25 ha həyətyanı torpaq sahəsini və AİK-nın xx.xx.2007-ci il tarixli 3 nömrəli qərarı əsasında AN-255566 və AN-255578 saylı torpaq sahəsinin plan və ölçü sənədi əsasında verilmiş ümumilikdə 1.83 ha kənd təsərrüfatı məqsədi ilə verilmiş torpaq sahəsini sadə razlaşma yolu ilə 15.000000 (on beş milyon) manat rus rubluna almışdır. Cavabdeh və ailə üzvüləri sözügedən evi yaxın qonşuların iştirakı ilə ona satması barədə qonşuluq aktı tərtib edilmişdir. Cavabdeh və yuxarıda qeyd etdiyi ailə üzvüləri həmin evi və həyətyanı və pay torpaq sahələrini ona sadə razlaşma yolu ilə satmışlar. Sözü gedən fərdi yaşayış evini və həyətyanı və pay torpaq sahələrini o və ailə üzvüləri idarə etmişlər. Gədəbəy rayonu Ermənistan Respublikası ilə həmsərhəd olduğu üçün və eləcə də həmin vaxt müharibə dövrünə təsədüf etdiyi üçün Gədəbəy rayonunun kəndlərində yaşayan rus millətində olan vətəndaşlar evlərini satıb Rusya Federasiyasının müxtəlif şəhərlərinə gedirdilər. Həmin vaxt o da cavabdehlər Cavabdeh1 Pavloviç, Cavabdeh2 Mixayılovna, X18 və Cavabdeh4 sadə razlaşma yolu ilə sözü gedən evi almışdır. Həmin vaxt cavabdehlər ona RFR-nın Saratov şəhərində olan qohumlarının yanına getdiklərini, orada məskunlaşdıqdan sonra qayıdıb gələcəklərini və lazımı sənədləri rəsimləşdirəcəklərini bildirmişlər. O, həmin evdə ailəsi ilə birlikdə 1999-cu il tarixdən daimi olaraq yaşayırlar. Cavabdeh1 Pavloviç sözügedən evi ona satması barədə yaxın qonşuları məhkəmə prosesində iştirak edə bilərlər və bunu təstiq edərlər. Eyni zamanda həmin tarixdə onun, Cavabdeh1 Pavloviç və ailə üzvüləri ilə aralarında bağlanmış akt mövcuddur. Cavabdehə dəfələrlə həmin fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini onun adına alqı- satqı müqaviləsi əsasında keçirilməsini istəsə də buna nail ola bilməmişdir. Belə ki, cavabdehlər 1999-cu il tarixdən Rusiya Federasiyasına getmiş və bir daha qayıtmamışlar. O, müxtəlif şəxslərlə cavabdehin yerini öyrənməyə çalışsa da bu mümkün olmamışdır. Sözü gedən fərdi yaşayış evi həyətyanı torpaq sahəsi hal-hazırda onun istifadəsindədir. Həmin vaxtdan evdən və həyətyanı torpaq sahəsindən o istifadə edir. Mən həmin evi və həyatyanı torpaq sahəsini cavabdehin yaşayış ünvanı məlum olmadığından öz adına rəsmləşdirə bilməmişdir. Belə olan halda cavabdehlər onun hüquqlarını kobud şəkildə pozmuşdur. Sözügedən fərdi yaşayış evinin və Gədəbəy rayon AİK-nın xx.xx.1988-ci il tarixli 08 nömrəli qərarı ilə Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-066D, KOD 50500028 saylı şəhadətnamə əsasında 0.25 ha həyətyanı torpaq sahəsini və AİK-nın xx.xx.2007-ci il tarixli 3 nömrəli qərarı əsasında AN- 255566 və AN- 255578 saylı torpaq sahəsinin plan və ölçü sənədi əsasında verilmiş ümumilikdə 1.83 ha kənd təsərrüfatı məqsədi ilə verilmiş torpaq sahəsini sadə razlaşma yolu ilə 15.000000 rus rubluna almışdır. Odur ki, cavabdehlər Cavabdeh1 Pavloviç, Cavabdeh2 Mixayılovna, X18 və Cavabdeh4 ilə aralarında həmin tarixdə bağlanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını istəyir. O, bu barədə DƏDRX-nin 11 saylı ərazi idarəsinə müraciət etsə də onun sənədləri qəbul edilməmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 Pavloviçə, Cavabdeh2 Mixayılovnaya, X11 və X12 sonuncu rəsmi qeydiyyatda olduğu yer üzrə məhkəmə bildirişi göndərilmiş, lakin bildiriş ünvanda yaşamamaları barədə qeyd aparılmaqla geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 36.1-ci maddəsinin tələbinə görə, yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yeri üzrə verilə bilər. Həmin Məcəllənin 147-ci maddəsinin tələbinə görə isə, cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, yerli icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Odur ki, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X3 məhkəmə iclasında bildirdi ki, o, Gədəbəy rayonu, Novoivanovka kəndində yaşayır. İddiaç onun həmkəndlisi və qonşusudur. İddiaçı alqı-satqı müqaviləsinin predmeti olan evi və torpaq sahələrini 1999-ci il tarixdə cavabdehlərdən almışdır. Həmin tarixdən həmin evdə iddiaçı və ailə üzvləri yaşayır. Alqı-satqı zamanı o da iştirak etmişdir. X1 məhkəmə iclasında X6 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iddiaçını və şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan Gədəbəy rayon İHB-nın Novoivanovka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 109 saylı arayışdan görünür ki, Hacıyev X2 sakini olmuş X21 məxsus olan (0.25 ha həyətyanı və 1.83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrini) fərdi yaşayış evini 1999-cu il tarixdə sadə razılaşma yolu ilə( qonşuluq aktı) ilə almış və həmin tarixdən bügünkü günədək həmin evdən və həyətyanı və pay torpağından o istifadə edir. İşdə olan Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş 15 fevral 2024-cü il tarixli, 16 nömrəli məktubdan görünür ki, Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan Gədəbəy rayon Novoivanovka kənd X14 1996-2000-ci illərə dair 2 nömrəli Təsərrüfatbaşına kitabında 103-cü şəxsi hesabında sorğuda qeyd olunan X23 adına təsərrüfat qeyd olunmuş və qeyd edilən ailə üzvləri var; ailə başçısı xx.xx.1958-ci il təvəllüdlü X23, xx.xx.1969-cu il təvəllüdlü X19, xx.xx.1989-cu il təvəllüdlü X20, xx.xx.1992ci il təvəllüdlü Cavabdeh4. Həmin təsərrüfatın təsərrüfatın torpaq qrafasında 0.25 na torpaq sahəsi qeyd olunmuşdur. İşdə olan J№ 066D KOD 50500028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə Cavabdeh1 Pavloviçin, Cavabdeh2 Mixayılovnanın, X7 və X8 mülkiyyətinə Gədəbəy rayonu, Novoivanovka kəndində 0.25 ha torpaq sahəsi verilmişdir. İşdə olan X22 kitabında uçota alınmış AN 255566 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 16 iyul 2007-ci il tarixli, 3 saylı qərarı ilə Gədəbəy rayonu, Novoivanovka kəndində Cavabdeh1 Pavloviçin mülkiyyətinə 9099.93 kv.m torpaq sahəsi verilmişdir. İşdə olan X22 kitabında uçota alınmış AN 255578 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 16 iyul 2007-ci il tarixli, 3 saylı qərarı ilə Gədəbəy rayonu, Novoivanovka kəndində Cavabdeh1 Pavloviçin mülkiyyətinə 9200.04 kv.m torpaq sahəsi verilmişdir. İşdə olan sadə yazılı formada bağlanmış əqddən görünür ki, iddiaçı Hacıyev X17 rayonu, Novoivanovka kənd sakinləri ilə Cavabdeh1 Pavloviç, Cavabdeh2 Mixayılovna, X18 və X15 xx.xx.1999-cu il tarixdə sadə yazılı formada əqd bağlanılmaqla, Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsini və 1.83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini və 1957-ci tarixdə tikilmiş fərdi yaşayış evini razılaşdılmış qiymətə 15000000 rus rubluna İddiaçı satmış və həmin məbləği Cavabdeh1 Pavloviç, Cavabdeh2 Mixayılovna, X18 və X15 almışdır. Hazırki iş üzrə iddia tələbini mahiyyəti üzrə həll etməmişdən əvvəl iddiaçının etibarlı hesab edilməsini tələb etdiyi alğı-satqı əqdinin predmeti olan fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin hüquqi statusunun müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmədə müəyyən edildi ki, alqı-satqı müqaviləsinin predmeti olan fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi təsərrüfatbaşına kitabda cavabdehlər Cavabdeh1 Pavloviç, Cavabdeh2 Mixayılovna, X18 və X8 adına olunmuş, həmin vaxt onların həmin evə və torpaq sahələrinə mülkiyyət hüquqlarına gözləntiləri olmuş, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 16 iyul 2007-ci il tarixli, 3 saylı qərarı ilə Cavabdeh1 Pavloviçin mülkiyyətinə 9099.93 kv.m və 9200.04 kv.m torpaq sahələri, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə Cavabdeh1 Pavloviçin, Cavabdeh2 Mixayılovnanın, X7 və X8 mülkiyyətinə Gədəbəy rayonu, Novoivanovka kəndində 0.25 ha torpaq sahələri verilmişdir. 1999-cu il tarixdən həmin evdə İddiaçı və ailə üzvləri yaşamağa başlamışdır. Azərbaycan SSR Mülki Məcəlləsinin 119-cu maddəsinin tələbinə görə kolxozçu həyətinin əmlakı birgə mülkiyyət hüququ əsasında onun üzvlərinə məxsusdur. Kolxozçu həyətinin mülkiyyətində kolxoz nizamnaməsinə müvafiq olaraq, onun istifadəsində olan həyətyanı torpaq sahəsindəki yardımçı təsərrüfat, yaşayış evi, məhsuldar mal-qara, ev quşları və xırda kənd təsərrüfatı alətləri ola bilər. Həmin Məcəllənin 120-ci maddəsinin 1-ci hissəsinə görə kolxozçu həyətinin əmlakına sahiblik, ondan istifadə və onun üzərində sərəncam, kolxozçu həyətinin bütün üzvlərinin razılığı ilə həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına əsasən, kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarışlar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd kimi müəyyən edilmişdir. “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikasının qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin qanunun 10 -cu maddəsinə əsasən, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Həmin qanunun 17-ci maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin torpağa sahiblik, torpağı təyinatına görə istifadə etmək, icarəyə vermək, satmaq, bağışlamaq, dəyişmək, ipoteka qoymaq, vərəsəlik üzrə və irsən vermək hüquqları vardır. Göründüyü kimi, ölkədə aparılan torpaq islahatınadək kəndlərdə mövcud olmuş kolxozçu həyəti həmin ailə üzvlərinin birgə mülkiyyəti hesab olunmuşdur. Kolxozçu həyətinin qeydiyyatı kənd təsərrüfatıbaşına kitablarda aparılmış və bu həyətin əmlakı barəsində sərəncam vermək hüqununu həyata keçirmək üçün onların əlavə olaraq qeydə alınmasına zərurət olmamışdır. Ev təsərrüfatlarının uçotu kitabına əsasən cavabdehlər Cavabdeh1 Pavloviç, Cavabdeh2 Mixayılovna, X18 və X8 adına 1957-cı il tarixdə tikilmiş ümumi sahəsi yaşayış evi və 0.25 ha həyətyanı torpaq sahəsi qeydə alınmışdır. Həmçinin Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 16 iyul 2007-ci il tarixli, 3 saylı qərarı ilə Cavabdeh1 Pavloviçin mülkiyyətinə 9099.93 kv.m və 9200.04 kv.m torpaq sahələri, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə Cavabdeh1 Pavloviçin, Cavabdeh2 Mixayılovnanın, X7 və X8 mülkiyyətinə Gədəbəy rayonu, Novoivanovka kəndində 0.25 ha torpaq sahələri verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsinin predmeti olan torpaq sahələrinə və fərdi yaşayış evinə cavabdehlər Cavabdeh1 Pavloviçin, Cavabdeh2 Mixayılovnanın, X7 və X8 1999-cu il tarixədək hüququnu mülkiyyətə qanuni gözlənti hüququ kimi qiymətləndirir. Belə olan halda, cavabdehlərin qeyd edilən fərdi yaşayış evi və torpaq sahələri ilə bağlı sərəncam vermək hüququ olmuşdur. Mübahisəli hüquq münasibətinin yarandığı zaman Mülki Məcəllənin qüvvədə olmuş 335.2-ci maddəsinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. “K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 mart 2006-cı il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüququ mövqeyi belə olmuşdur ki, Mülki Məcəllənin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin hüququ mövqeyinə əsasən Mülki Məcəllənin 335.2-ci maddəsinə əsasən əqdin bağlanmış hesab edilməsi üçün 3 hal məcmu halında mövcud olmalıdır. Bu hallardan hər hansı birinin olmaması Mülki Məcəllənin 335.2-ci maddəsinin tətbiqini istisna edir. Məhkəmədə təqdim edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən AN 255566 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən, Cavabdeh1 Pavloviçin mülkiyyətinə verilmiş 9099.93 kv.m torpaq sahəsi, AN 255578 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən, Cavabdeh1 Pavloviçin mülkiyyətinə verilmiş 9200.04 kv.m torpaq sahəsi, Cavabdeh1 Pavloviçin, Cavabdeh2 Mixayılovnanın, X7 və X8 mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsinin və fərdi yaşayış evinin alğı-satqısına dair xx.xx.1999-cu ildə sadə yazılı formada əqd bağlanmış, həmin əqdə görə cavabdehlər həmin torpaq sahələrini və evi 15000000 rus rubluna iddiaçıya satmağı, iddiaçı isə razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı razılaşdırılmış məbləği cavabdehlərə vermiş və cavabdeh özünə məxsus sözügedən əmlakları iddiaçının faktiki sahibliyinə təhvil vermişdir. Bu fakt şahid ifadələri ilə də öz təsdiqini tapır. Hüquqi savadsızlığı ilə əlaqədar iddiaçı əqdi notarial qaydada təsdiq etdirməmiş, cavabdehlər isə qeyri-məlum ünvana köçmüşdür. Cavabdehlərin olmaması və onun alqı-satqı müqaviləsi bağlamaqdan yayınması mübahisəli torpaq sahələrinin və fərdi yaşayış evinin rəsmiləşdirilməsini qeyri-mümkün etmişdir ki, bu da iddiaçının hüquq və maraqlarının pozulması ilə nəticələnmişdir. İddiaçı cavabdehlərlə alğı-satqı müqaviləsinin qanuniləşdirilməsinin yeganə yolunu məhkəmədə görmüşdür. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdehlər arasında olan alğı-satqı əqdinin notarial təsdiqlənməsi qaydasına riayət edilməmişdir, bu hal əks tərəfin, yəni cavabdehlərin təqsiri ucbatından baş vermiş, eləcə də, məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmışdır. Bu əqd qanuna zidd deyildir və tərəflər əqdin sadə yazılı formada tərtib edilməsinə dair tələbə əməl etmişlər. Odur ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddianı əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən, AN 255566 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən, Cavabdeh1 Pavloviçin mülkiyyətinə verilmiş 9099.93 kv.m torpaq sahəsi, AN 255578 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən, Cavabdeh1 Pavloviçin mülkiyyətinə verilmiş 9200.04 kv.m torpaq sahəsi, J№ 066D KOD 50500028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən, Cavabdeh1 Pavloviçin, Cavabdeh2 Mixayılovnanın, X7 və X8 mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsinə və Cavabdeh1 Pavloviçin, Cavabdeh2 Mixayılovnanın, X7 və X8 adına olan fərdi yaşayış evinə dair İddiaçı ilə Cavabdeh1 Pavloviç, Cavabdeh2 Mixayılovna, X18 və X15 arasında bağlanmış 17 aprel 1999-cu il tarixli alğı-satqı əqdi etibarlı və bağlanmış hesab edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar