Məhkəmə qərarları › İş №2(042)-705/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-705/2023

01.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-705/2023 01.08.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X13 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək onun xx.xx.1960-cı il tarixdə Tovuz rayonu, Qoşabulaq kəndində (indiki Gədəbəy rayonu, Qoşabulaq kəndində) doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını və ona veriləcək doğum haqqında şəhadətnamədə ata qrafasında X6, ana qrafasında X18 qeyd edilməsinin nəzərə alınmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1960-cı ildə Tovuz rayonu, Qoşabulaq kəndində (indiki Gədəbəy rayonu, Qoşabulaq kəndində) anadan olmuş, halhazırda Gədəbəy rayonu, Qoşabulaq kəndində yaşayır. X1, anası X11r. Onların hər ikisi vəfat etmişdir. Valideynləri savadsız olduğundan ona doğum haqqında şəhadətnamə almamışlar. Lakin ona şəxsiyyət vəsiqəsi verilmişdir. O, 1997-ci ildə qeyri-rəsmi nikaha daxil olmuşdur. Ona görə də soyadı dəyişməmişdir. O, doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət edərək ona doğum haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin Maraqlı şəxs tərəfindən onun müraciətinə xx.xx.2023-cü il tarixli, 05/13-335 nömrəli imtina məktubu verilmişdir. Həmin məktubda qeyd edilmişdir ki, onun 1960-cı ildə doğulmasına dair doğum haqqında akt qeydi aşkar olunmamışdır. Yoxlama xx.xx.1960-cı ildən xx.xx.2023-cü il tarixədək aparılmışdır. Eləcə də Tovuz rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, həmin orqandan da verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən onun doğum akt qeydi aşakar olunmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. Həmçinin, ondan böyük olan bacısı X9 xx.xx.1956-cı ildə anadan olmuş, ondan kiçik olan qardaşı X8 isə xx.xx.1962-ci ildə andan olmuşdur. O, ad gününü hər il yanvar ayının biri qeyd edir. Onun həqiqətən xx.xx.1960-cı ildə anadan olmasını həmyaşıdları X4 və X20 da təsdiq edə bilər. Həmin şəxslər onun sinif yoldaşları olmuşdur. Odur ki, onun xx.xx.1960-cı ildə adanan olmasını təsdiq etmək üçün bacısı X5, qonşuları X2 və X12 məhkəmədə şahid qismində dindirilməsini xahiş edir. Ərizəçi məhkəmə iclasında ərizəsində göstərilənlərə oxşar izahat verdi və ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. X7 məhkəmə iclasında bildirdi ki, o, Gədəbəy rayonu, Qoşabulaq kəndində yaşayır. Ərizəçi onun qonşusudur. Ərizəçi ilə sinif yoldaşı olmuşdur. Ərizəçi xx xxxxxx 1960-cı il tarixdə anadan olmuşdur. Orta məktəbdə oxuyarkən dəfələrlə ərizəçinin ad günündə iştirak etmişdir. Ərizəçi ad gününü xx xxxxxx 1960-cı ildə qeyd etmişdir. Ərizəçinin X1, anası X18 olmuşdur. Ərizəçinin anası və atası vəfat etmişdir. X3 məhkəmə iclasında X7 ilə eyni məzmunlu izahat verərək, ərizəçinin xx xxxxxx 1960-cı il tarixdə anadan olduğunu, atasının X6, anasının X18 olduğunu təsdiq etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi XX.XX.1960-cı il tarixdə Tovuz rayonu, Qoşabulaq kəndində anadan olmuşdur. Gədəbəy rayonu, Qoşlabulaq kəndində qeydiyyatdadır. İşdə olan Gədəbəy rayon İHB-nın Qoşabulaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 699 nömrəli arayışdan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü Ərizəçi Gədəbəy RİH başçısının Qoşabulaq kənd İƏD üzrə nümayəndəliyinin 2021-2025-ci illərə dair 04 nömrəli ev təsərrüfatlarının uçotu kitabının 22-ci səhifəsində 290 nömrəli şəxsi hesabına əsasən qeydiyyatdadır. Hal-hazırda Qoşabulaq kəndində yaşayır. Heç bir müəssisədə işləmir. Qoşabulaq kəndində yaşayır. İşdə olan Maraqlı şəxs tərəfindən vətəndaş Ərizəçi ərizəsinə cavab olaraq verilmiş 13 iyun 2023-cü il tarixli, 05/13-335 saylı məktubdan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsinə və ona dəyişikliklər edilməsinə kifayət qədər əsaslar verən sənədlər olmadığından doğum akt qeydinin bərpasına dair ərizə qeydiyyat orqanında təmin edilməsi mümkün olmamışdır. Yoxlama doğum akt qeydi xx.xx.1960-ci ildən, xx.xx.2023-cü ilədək axtarılmışdır. İşdə olan Tovuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, XX.XX.1960-cı il təvəllüdlü Ərizəçi barəsində Tovuz rayon Qeydiyyat şöbəsinin “Vətəndaşlıq vəziyyəti aktları” elektron arayış sistemində yoxlama aparılmış və onun doğum akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları 1958-ci ildən 1962-ci ilədə yoxlanılmışdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi Tovuz rayonu, Qoşabulaq kəndində (indiki Gədəbəy rayonu, Qoşabulaq kəndində) anadan olmuşdur. Lakin ona doğum haqqında şəhadətnamə verilməmişdir. Ərizəçinin xx.xx.1960-ci ildə doğulması, ərizəçinin atasının X6, anasının X18 olması iş materiallarında olan sübutlar, ərizəçinin izahahtı və şahid ifadələri ilə öz təsdiqini tapır. Onun doğum faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir. Odur ki, ərizəçi bununla əlaqədar haqlı olaraq məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360, 362-ci maddələrini rəhbər tutaraq, Q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1960-ci il tarixdə Tovuz rayonu, Qoşabulaq kəndində (indiki Gədəbəy rayonu, Qoşabulaq kəndində) doğulmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Maraqlı şəxsnə həvalə edilsin ki, Ərizəçi veriləcək doğum haqqında şəhadətnamədə onun doğum tarixi kimi xx.xx.1960-ci il, özünün adı, soyadı və ata adı qrafasında – Ərizəçi, atası qrafasında – X6, anası qrafasında – X18 qeyd edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar