Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-71/2021 06.05.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Мirzəquliyеv Fizuli Bаlаğа oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Gədəbəy Rayon Notariat Kontoruna qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi haqqında ərizəsinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi 03.06.2014-cü il tarixdə vəfat etmiş əri X5 məxsus vərəsəliyin qəbulu müddətinin bərpa edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizənin həcmini artıraraq, iş üzrə Gədəbəy Rayon Notariat Ofisinin maraqlı şəxs kimi tanınması, mərhum həyat yoldaşı X2 miras qalmış daşınar və daşınmaz əmlaklar üzərində onun tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş, izahat verərək bildirmişdir ki, mərhum həyat yoldaşının atası X6 adına ünvan 1 ünvanında 0,27 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi olmuşdur. Həmin evdə mərhum əri və o birlikdə yaşamış, mərhum əri mirası qəbul etmişdir. Mərhum əri X13 03.06.2014-cü il tarixdə vəfat etmişdir. Əri vəfat etdikdən sonra həmin evi o idarə etmiş, miras əmlaka sahiblik etmişdir. O, həmin evi miras kimi qəbul etməklə əlaqədar Gədəbəy Rayon Notariat Ofisinə müraciət etmiş, lakin ona müddətin keçməsi ilə əlaqədar imtina arayışı vermişlər. Ona görə də, məhkəməyə müraciət etmişdir və ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Gədəbəy Rayon Notariat Kontoru məhkəmə baxış iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5. və 185.6-cı maddələrinin tələblərini nəzərə alaraq, işə maraqlı şəxslərin və ya nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadə verərək, bildirmişdir ki, ərizəçi onun qohumudur. Ərizəçinin həyat yoldaşı X13 03.06.2014-cü il tarixdə vəfat etmişdir. Bundan sonra Ərizəçi həmin əmlakın idarə etmiş, miras əmlaka sahiblik etmişdir. X1 digər vərəsələri mirası qəbul etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 eyniməzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X3 ifadə verərək bildirmişdir ki, mərhum babası X18 və Süleyman adlı iki övladı olmuşdur. İsa İmamverdiyevin ölümündən sonra mirası Salman qəbul etmişdir. Süleyman isə mirasdan imtina etmişdir. O da Süleymanın övladı kimi mirasdan imtina etmişdir.Salmanın ölümündən sonra isə mirası ərizəçi qəbul etmişdir. İşdə olan X23 görünür ki, X13 03.06.2014-cü il tarixdə vəfat etmişdir. İşdə olan X12 surətindən görünür ki, X16 18.11.2010-cu il tarixdə ölmüşdür. İşdə olan X12 surətindən görünür ki, X10 22.06.2007-ci il tarixdə ölmüşdür. İşdə olan X7 surətindən görünür ki, X14 28.03.1959-cu il tarixdə doğulmuş, atası qrafasında X16 qeyd edilmişdir. İşdə olan X8 surətindən görünür ki, X13 və Ərizəçi 10.12.2013-cü il tarixdə nikah bağlamışlar. İşdə olan Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında 0,27 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi X11 məxsusdur. İşdə olan Gədəbəy Rayon Notariat Ofisi tərəfindən verilmiş imtina məktubundan görünür ki, ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məcəllənin 1159.1. və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sayılırlar. Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məcəllənin 1255-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsrinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, Ərizəçi əri Salman İmamverdiyevin atası X6 ünvan 1 ünvanında 0,27 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi olmuşdur. İsa İmamverdiyevin ölümündən sonra Salman İmamverdiyev mirası qəbul etmişdir. Salman İmamverdiyevin ölümündən sonra isə ərizəçi mirası qəbul etmişdir. Digər vərəsələr mirasdan imtina etmişlər. Ona görə də ərizə təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi tərəfindən X2 miras qalmış ünvan 1 ünvanında yerləşən 0,27 ha həyətyanı torpaq sahəsi, fərdi yaşayış evi və onun içərisində yerləşən daşınar əmlakı miras kimi qəbul etməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-71/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-71/2021
06.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver