Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-712/2020 15.09.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi,ilkin iddia ərizəsi üzrə İddiaçı və nümayəndəsi Rüstəmov Mövsüm Cavanşir oğlunun və qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh iştirakları ilə ilkin iddia ərizəsi üzrə İddiaçı Cavabdeh qarşı evə köçürülmə və yardımçı sahələrindən istifadə hüququnun verilməsi tələblərinə və qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı evdən çıxarılma və ev köçürülmə tələblərinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia ərizəsi üzrə İddiaçı Cavabdeh qarşı azyaşlı uşaqları xx.xx.2007-ci il tarixdə doğulmuş X4 və xx.xx.2013-cü il tarixdə doğulmuş X6 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və evin yardımçı sahələrindən istifadə etməsinə icazə verilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia ərizəsi üzrə İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması haqqında ərizə verərək, azyaşlı uşaqları xx.xx.2007-ci il tarixdə doğulmuş X4 və xx.xx.2013-cü il tarixdə doğulmuş X6 ilə birlikdə hazırda faktiki yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, evin yardımçı sahələrindən istifadə etməsinə icazə verilməsi və həmin evdə yaşamasına Cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı mərhum anasından miras qalmış Aydın Məmməsov küçəsində yerləşən evindən çıxarılması və gəlin köçdüyü Gədəbəy şəhəri, Nizami küçəsində yerləşən evə köçürülməsi tələbləri haqqında qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələblərini müdafiə etmiş, qarşılıqlı iddia tələbinə etiraz etmiş, izahat verərək bildirmişdir ki, cavabdehin oğlu faktiki olaraq, xx xxxxxx 2006-cı il tarixdə faktiki olaraq, ailə qurmuşdur. Nikahlarını xx xxxx 2017-ci ildə Gədəbəy Rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirmişlər. O, cavabdehin övladı X5 ailə quraraq, Cavabdeh hazırda yaşadığı Gədəbəy şəhəri, Nizami küçəsində yerləşən evə gəlin köçmüşdür. Bir il orada yaşadıqdan sonra 2007-ci ildə ərinə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüşdür. O vaxtdan, yəni artıq 13 ildir ki, həmin evdə əri və azyaşlı uşaqları ilə birlikdə yaşayır. Ev faktiki olaraq onun ərinə məxsus olmuş, lakin təsərrüfatbaşına kitab cavabdehin adına olmuşdur. xx xxx 2018-ci ildə əri Elməddin Tağıyev qara ciyər xərçəngi xəstəliyindən vəfat etmişdir. Onun vəfatından sonra da o, həmin evdə uşaqları ilə birlikdə yaşamağa davam etmişdir. Hazırda da evdə uşaqları ilə yaşayır. Həmin evi mütəmadi olaraq, təmir etdirir və öz evi kimi onu qoruyur. Cavabdehin Gədəbəy şəhəri, Nizami küçəsində öz evi vardır. Lakin onun uzun müddətdir ki, məskunlaşıb yaşadığı Gədəbəy şəhəri, A.Məmmədov küçəsində yaşamasına imkan vermir, mütəmadi olaraq gələrək maneələr törədir. O, evdə olan telefon xəttini kəsmiş, su və qaz xəttlərini isə kəsəcəyi ilə hədələyir. Cavabdeh qarşılıqlı iddia ərizəsində göstərmişdir ki, o, azyaşlı uşaqları ilə birlikdə hazırda yaşadıqları evdən çıxsın və onun hazırda yaşadığı evə köçürülsünlər. Bu isə onun hüquqlarını pozur. Ona görə də, iddia ərizəsinin təmin edilməsi və qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında ilkin iddia ərizəsi üzrə iddiaçının nümayəndəsi Rüstəmov Mövsüm Cavanşir oğlu ifadə verərək bildirmişdir ki, iddiaçı cavabdehin oğlu ilə xx xxxxxx 2006-cı il tarixdə nikah bağlamadan ailə qurmuş və Gədəbəy şəhəri, Nizami küçəsində yerləşən hazırda Cavabdeh yaşadığı evə gəlin köçmüşdür. Nikahlarını xx xxxx 2017-ci ildə Gədəbəy Rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirmişlər. İddiaçı cavabdehin övladı X5 ailə quraraq, Cavabdeh hazırda yaşadığı Gədəbəy şəhəri, Nizami küçəsində yerləşən evə gəlin köçmüşdür. Bir il orada yaşadıqdan sonra 2007-ci ildə ərinə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüşdür. O vaxtdan, yəni artıq 13 ildir ki, həmin evdə əri və azyaşlı uşaqları ilə birlikdə yaşayır. xx xxx 2018-ci ildə əri Elməddin Tağıyev qara ciyər xərçəngi xəstəliyindən vəfat etmişdir. Onun vəfatından sonra da iddiaçı həmin evdə yaşamışdır. Həmin evi təmir etdirmiş, döşəməsini bərpa etmişdir. İlkin iddia ərizəsi üzrə cavabdehin Gədəbəy şəhəri, Nizami küçəsində öz evi vardır. Lakin o, iddiaçının uzun müddətdir ki, yaşadığı Gədəbəy şəhəri, A.Məmmədov küçəsində yaşamasına imkan vermir, mütəmadi olaraq gələrək maneələr törədir. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh məhkəmə iclasında qarşılıqlı iddia ərizəsini müdafiə etmiş, ilkin iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, İddiaçı mərhum oğlu X5 ilə xx xxxxxx 2006-cı il tarixdə ailə qurmuş və ona məxsus Gədəbəy şəhəri, Nizami küçəsində yerləşən hazırda onun yaşadığı evə gəlin köçmüşdür. Onlar təxminən bir il həmin evdə yaşamış, bundan sonra Gədəbəy şəhəri, A.Məmmədov küçəsində onun mərhum atasına məxsus olmuş evə köçmüşlər. Həmin vaxtdan hazırkı vaxta qədər həmin evdə yaşayırlar. Birgə yaşadıqları dövrdə onların iki övladı olmuşdur.Mərhum oğlu ilə cavabdeh nikahlarını xx.xx.2017-ci ildə Gədəbəy Rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirmişlər. Oğlu vəfat etdikdən sonra ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə Çıxarış almışdır. Həmin evi hazırda satmaq istəyir. O, cavabdeh və nəvələrinin yaşamaq üçün evlərinin olmamasını nəzərə alaraq, cavabdehin uşaqlarla birlikdə Gədəbəy şəhəri, Nizami küçəsində yerləşən, hazırda özünün yaşadığı evə köçürülməsini istəyir. Ona görə də ilkin iddia tələblərinin rədd edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abbasov Namiq Şöhrət oğlu ifadə verərək bildirmişdir ki, iddiaçı cavabdehin oğlu ilə 2006-cı ildə ailə qurmuş, cavabdehin Gədəbəy şəhəri, Nizami küçəsində yerləşən evinə köçmüşdür. Bundan sonra ailəsi ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüşdür və hazırkı vaxta qədər orada yaşayır. İddiaçının əri X5 xəstəlikdən vəfat etdikdən sonra iddiaçı atasının maddi köməyi ilə hazırda yaşadığı evin döşəməsini və digər təmirə ehtiyacı olan hissələrini təmir etmişdir. İşdə olan X3 surətindən görünür ki, X5 və Rüstəmova Lamiyə Mövsüm qızı nikahlarını xx.xx.2017-ci ildə Gədəbəy Rayon Qeydiyyat Şöbəsində bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Tağıyeva soyadı verilmişdir. İşdə olan X1 surətlərindən görünür ki, X2 və İddiaçı ailə münasibətlərindən xx.xx.2007-ci il tarixdə X4 və xx.xx.2013-cü il tarixdə X6 doğulmuşlar. İşdə olan Ölüm Haqqında Şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2018-ci il tarixdə qara ciyər xərçəngi xəstəliyindən ölmüşdür. İşdə olan Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 95.8 kvm olan evə xx xxxx 2020-ci il tarixdə Cavabdehı mülkiyyət hüququ qeydə alınmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadəsini, habelə, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ilkin iddia tələbləri qismən təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Tərəflər arasında ailə münasibətləri 2006-cı ildə yaranmıdır və mübahisə xx xxxxxxxx 2009-cu il tarixə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları ilə tənzimlənməlidir. xx xxxxxxx 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsində isə göstərilmişdir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinin tələbinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Məcəllənin 49.4-cü maddəsinə əsasən on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, ilkin iddia tələbi üzrə İddiaçı ilə Cavabdeh övladı X5 xx xxxxxx 2006-cı ildə ailə qurmuş, nikahlarını xx xxxx 2017-ci ildə bağlamışlar. Birgə yaşadıqları dövrdə onların iki övladı doğulmuşdur. İlkin iddia ərizəsi üzrə iddiaçı ailə qurduqdan sonra Cavabdeh hazırda yaşadığı Gədəbəy şəhəri, Nizami küçəsində yerləşən evinə köçmüşdür. Onlar bir il orada yaşadıqdan sonra, 2007-ci ildə ünvan 1 ünvanında yerləşən, Cavabdeh atasına məxsus olmuş fərdi yaşayış evinə köçmüşlər və o vaxtdan həmin evdə yaşayırlar. Həmin evə İddiaçı istifadə hüququ yaranmış, yalnız bundan sonra, yəni, xx xxxx 2020-ci il tarixdə Cavabdeh evə mülkiyyət hüququ qeydə alınmışdır. İddiaçı həmin evdə yaşamaq hüququ yarandığı üçün o, evdən maneəsiz istifadə etməli, onun həmin evdən istifadəsinə Cavabdeh tərəfindən edilən maneələr aradan qaldırılmalıdır. Bununla belə, Lamiyə Məmmədova hazırda Gədəbəy şəhəri, A.Məmmədov küçəsi, 17 ünvanında yaşadığı üçün, onun həmin evə köçürülməsi tələbinin təmin edilməsinin hüquqi əhəmiyyəti yoxdur. Yəni, ilkin iddia tələbi üzrə iddiaçının Gədəbəy şəhəri, A.Məmmədov küçəsi, 17 ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan yaşayış evində yaşamasına və yardımçı sahələrdən istifadə etməsinə Cavabdeh tərəfindən törədilən maneələr aradan qaldırılmalıdır. Məhkəmə bu nəticəyə gələrkən o halı da nəzərə alır ki, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı, cavabdehin Gədəbəy şəhəri, A.Məmmədov küçəsi, 17 ünvanında yerləşən evdən çıxarılaraq, hazırda özünün yaşadığı Gədəbəy şəhəri, Nizami küçəsində evə köçürülməsini haqqında qətnamə çıxarılmasını xahiş etməklə, əslində cavabdehin Gədəbəy şəhəri, A.Məmmədov küçəsi, 17 ünvanında yerləşən evə istifadə hüququnun olmasını etiraf etmişdir. Ona görə də ilkin iddia ərizəsi üzrə iddiaçının iddia tələbləri Gədəbəy şəhəri, A.Məmmədov küçəsi, 17 ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan yaşayış evində yaşamasına və yardımçı sahələrdən istifadə etməsinə Cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılmalı hissələrində təmin edilməli, ilkin iddia tələbləri həmin hissələrdə təmin edildiyi üçün isə qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlkin iddia tələbləri qismən təmin edilsin. İddiaçı xx.xx.2007-ci il tarixdə doğulmuş X4 və xx.xx.2013-cü il tarixdə doğulmuş X6 ilə birlikdə faktiki yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və evin yardımçı sahələrindən istifadə edilməsinə Cavabdeh tərəfindən edilən maneələr aradan qaldırılsın. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-712/2020
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-712/2020
15.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver