Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-716/2024 23.07.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “qohumluq münasibətlərində olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1975-ci ildə Gədəbəy rayonunun Hacılar kəndində vəfat etmiş X4 onunla qohumluq münasibətində olması, yəni X4 onun nənəsi olması hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasaən iddia tələbinə dəqiqləşmə aparılması barədə ərizə verərək, xx.xx.1975-ci ildə Gədəbəy rayonunun Hacılar kəndində vəfat etmiş X4 xx.xx.2007-ci ildə vəfat etmiş Ələsgərova (Əsədova) Balaxanım Əşrəf qızı ilə qohumluq münasibətində olması, yəni X4 Ələsgərova (Əsədova) Balaxanım Əşrəf qızının anası olması, eləcə də X4 onunla qohumluq münasibətində olması, yəni X4 onun nənəsi olması hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizələrini onunla əsaslandırmışdır ki, o, xx.xx.1966-cı ildə Gədəbəy rayonu, Hacılar kəndində anadan olmuşdur. X1, anası Ələsgərova (Əsədova) Balaxanım Əşrəf qızı olmuşdur. Atası 1971-ci ildə, anası isə xx.xx.2007-ci ildə vəfat etmişdir. Anasının doğum haqqında şəhadətnaməsi yoxdur. Belə ki, o anasının doğum haqqında akt qeydləri barədə məlumat almaq üçün Gədəbəy rayon Dövlət Arxivinə müraciət etmişəm. Arxivdən verilmiş xx.xx.2024-cü il tarixli arxiv arayışı ilə bildirilmişdir ki, Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan Maraqlı şəxs 1939-1947-ci illərə dair doğum-bərpa akt qeydiyyatı kitablarında mərhum anası Ələsgərova (Əsədova) Balaxanım Əşrəf qızının adına doğum haqqında akt qeydi aşkar olunmamışdır. Anasının anası (nənəsi) X8 olmuşdur. Bu səbəbdən X4 onun nənəsi olmasını müəyyən etmək mümkün deyildir. X8 xx.xx.1975-ci ildə vəfat etmişdir. Ona görə də mərhum anası Ələsgərova (Əsədova) Balaxanım Əşrəf qızı ilə mərhum X4 qohumluq münasibətində olması, yəni mərum X4 mərhum Ələsgərova (Əsədova) Balaxanım Əşrəf qızı anası olması faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Ərizəçi məhkəmə iclasında ərizədə göstərilənlərə oxşar izahat verdi və ərizəsini təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X3 məhkəmə iclasında bildirdi ki, ərizəçinin anası Ələsgərova (Əsədova) Balaxanım Əşrəf qızı olmuşdur. Balaxanımın anası isə X8 olmuşdur. Ərizəçinin anasının Ələsgərova (Əsədova) Balaxanım Əşrəf qızı olmasını, eləcə də, Ələsgərova (Əsədova) Balaxanım Əşrəf qızının anasının isə X8 olmasını təsdiq edir. X2 məhkəmə iclasında X3 ilə eyni məzmunlu izahat verərdi. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı ildə Gədəbəy rayonu, Hacılar kəndində anadan olmuşdur. Atası qrafasında X5, anası qrafasında Ələsgərova (Əsədova) Balaxanım Əşrəf qızı qeyd edilmişdir. İşdə olan evlənmək haqqında şəhadətnamədən görünür ki, X5 ilə X6 nikahlarını 10 fevral 1961-ci il tarixdə bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Ələsgərov, aravada Ələsgərova soyadı verilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, Ələsgərova (Əsədova) Balaxanım Əşrəf qızı xx.xx.2007-ci il tarixdə Gədəbəy rayonu, Hacılar kəndində ölmüşdür. İşdə olan ölüm haqqında arayışdan görünür ki, X8 xx.xx.1975-ci il tarixdə Gədəbəy rayonu, Hacılar kəndində ölmüşdür. İşdə olan Gədəbəy rayon Dövlət Arxivi tərəfindən Ərizəçi verilmiş 15 may 2024-cü il tarixli, 93/1 saylı arayışdan görünür ki, Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan Gədəbəy rayonu Qeydiyyat şöbəsinin 1939-1947-ci illərə dair Doğum-Bərpa akt qeydiyyatı kitablarında mərhum Ələsgərova (Əsədova) Balaxanım Əşrəf qızının adına doğum haqqında akt qeydi aşkar olunmamışdır. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri və işdəki digər sübutlarla təsdiq edildi ki, ərizəçi xx.xx.1966-cı ildə Gədəbəy rayonu, Hacılar kəndində anadan olmuşdur. Ərizəçinin X1, anası Ələsgərova (Əsədova) Balaxanım Əşrəf qızı olmuşdur. Ələsgərova (Əsədova) Balaxanım Əşrəf qızının doğum akt qeydi barədə məlumatlar əldə edilə bilmədiyindən, Ələsgərova (Əsədova) Balaxanım Əşrəf qızının anasının X8 olmasının müəyyən edilməsi məhkəmədən kənar qaydada mümkün olmamışdır. Ərizəçinin nənəsi X8 xx.xx.1975-ci ildə, anası Ələsgərova (Əsədova) Balaxanım Əşrəf qızı isə xx.xx.2007-ci ildə vəfat etmişdir. Hazırda ərizəçinin nənəsi və anası arasında, eləcə də, ərizəçi və nənəsi arasında olan qohumluq faktının müəyyən edilməsi ərizəçinin hüquqlarının həyata keirməsi üçün mühüm əhəmiyyət kəsb edir. X4 xx.xx.2007-ci ildə vəfat etmiş Ələsgərova (Əsədova) Balaxanım Əşrəf qızı ilə qohumluq münasibətində olması, yəni X4 Ələsgərova (Əsədova) Balaxanım Əşrəf qızının anası olması, eləcə də X4 Ərizəçi ilə qohumluq münasibətində olması, yəni X4 ərizəçinin nənəsi olması işdə olan sənədlər, ərizəçinin izahatı və şahid ifadələri ilə təsdiqini tapır. Odur ki, ərizəçi bununla əlaqədar haqlı olaraq məhkəməyə müraciət etmişdir. MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. MPM-in 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1975-ci ildə Gədəbəy rayonunun Hacılar kəndində vəfat etmiş X4 xx.xx.2007ci ildə vəfat etmiş Ələsgərova (Əsədova) Balaxanım Əşrəf qızı ilə qohumluq münasibətində olması, yəni X4 Ələsgərova (Əsədova) Balaxanım Əşrəf qızının anası olması və X4 Ərizəçi ilə qohumluq münasibətində olması, yəni X4 Ərizəçi nənəsi olması hüquqi əhəmiyyətli faktı müəyyən edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-716/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-716/2024
23.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver