Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-717/2020 30.11.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh iştirakları ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələblərinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı Gədəbəy rayonunun Kəlaman kəndində həyətyanı torpaq sahəsinə Cavabdeh həyətindən gələn sel və digər suların onların torpaq sahəsinə axıdılmasına qadağa qoyulması tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı1 iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy rayonunun Kəlaman kəndində özünə məxsus fərdi yaşayış evi və Gədəbəy rayon AİK-nın xx.xx.1998-ci il tarixli 13 saylı qərarı və JN 060A KOD 50523038 saylı Mülkiyyət Şəhadətnaməsi əsasında 0,36 ha həyətyanı torpaq sahəsi var. Cavabdehlə qonşudur və onların həyətyanı torpaq sahəsi həmsərhəddir. Onun mülkiyyətində olan torpaq sahəsindən mal-qarasının çaya su içməsi üçün gediş-gəliş üçün yol qoymuşdur. Həmin yoldan cavabdeh də istifadə edir. O, cavabdehin mal-qarasının həmin yoldan gedib-gəlişinə heç bir maneçilik törətməmişdir. Lakin cavabdeh istifadə etdiyi suyun axınını eləcədə yağış yağan zaman yaranmış sel sularını həmin yola buraxır. Bu onların torpaq sahəsinin ətrafına çəkdiyi daş hasarın uçması və onun torpaq sahəsinin yuyulub aparılması ilə nəticələnir. Onlar bu mübahisənin dinc yolla həll edilməsi üçün Gədəbəy rayonunun Poladlı kənd İƏD-üzrə nümayəndəliyinə, Qaraməmmədli Bələdiyyəsinə müraciətlər etmişdir. Lakin Cavabdeh evlərindən və həyətlərindən axan sel sularını başqa istiqamətə axmaları üçün heç bir tədbir görməmişdir. O, cavabdehin həyətindən gələn suların plastik boru ilə başqa sahəyə axıtmasını xahiş etsə də nəticəsi olmamışdır. Ona görə də, məhkəməyə müraciət etmiş və iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 məhkəmə iclasında eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia ərizəsinə etiraz etmiş, bildirmişdir ki, iddiaçıların torpaq sahələrinin arasından sel sularının axıdılması üçün boş sahə nəzərdə tutulmuşdur. Lakin iddiaçılar həmin ərazini öz torpaq sahəsinə birləşdirmək istəyir. Həmçinin onun həyətindən axan su iddiaçıların hasarına heç bir ziyan vurmamışdır. O iddiaçılarla yalnız o halda razılığa gələ bilər ki, həmin boş sahəni bağlamasınlar və kisələrdə qum dolduraraq hasar əvəzi olaraq həmin boş sahəyə qoysunlar. Həmin boş ərazinin hasar tikilərək bağlanmasına etiraz edir və iddia ərizəsinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək bildirmişdir ki, iddiaçıların həyəti kənd yolunun alt tərəfində yerləşir. Yolun üst tərəfində olan evlərin axar suları iddiaçıların həyətyanı sahələrinə tökülür. İddiaçılar mülkiyyətlərində olan torpaq sahələrinin kənd yolu tərəfinə hasar çəkdirmək istəsələr də cavabdeh buna imkan verməmiş, həmin hasarı dağıtmışdır. İşdə olan Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin surətindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə Hüseynova Bənövşə Musa qızına və onun ailə üzvlərinə 0.32 ha torpaq sahəsi verilmişdir. İşdə olan Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin surətindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə İddiaçı1 0.36 ha torpaq sahəsi verilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli 11/M-174 saylı mütəxəssis rəyindən görünür ki, İddiaçı1 İddiaçı2 məxsus Gədəbəy rayonunun Kəlaman kəndində yerləşən həyətyanı torpaq sahələrindən faktiki olaraq, yol mövcuddur, lakin Gədəbəy rayonunun Kəlaman kəndi “Kəlaman” təsərrüfütı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu xəritəsində iddia edilən ərazidən yol nəzərdə tutulmamışdır. Lakin sel sularının axıdılmasına münasibət bildirmək mütəxəssis səlahiyyətinə aid deyildir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadəsini, habelə, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Beləliklə, ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinin əməkdaşları tədqiqat obyektinə baxış keçirmiş, müəyyən edilmişdir ki, İddiaçı1 İddiaçı2 məxsus Gədəbəy rayonunun Kəlaman kəndində yerləşən həyətyanı torpaq sahələrindən faktiki olaraq, yol mövcuddur, lakin Gədəbəy rayonunun Kəlaman kəndi “Kəlaman” təsərrüfütı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu xəritəsində iddia edilən ərazidən yol nəzərdə tutulmamışdır. Yəni həmin ərazi iddiaçılara məxsus olan torpaq sahəsi olmaqla bərabər torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüquqları var. Lakin cavabdeh iddiaçıların mülkiyyət hüquqlarını pozaraq, iddiaçılara məxsus torpaq sahəsinin sərhədləri boyunca hasar çəkilməsinə maneələr törədir. Ona görə də iddia tələbləri təmin edilməli, Cavabdeh iddiaçılara məxsus həyətyanı torpaq sahələrinə gedən suyun qarşısının alınması üçün yoldan istifadə edilməsinə mane olmayan beton hasarın tikilməsinə maneələr yaratması qadağan edilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iş üzrə texniki köməklik göstərilməsi üçün mütəxəssis cəlb edilmiş, mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc 120.29 manat olmuşdur. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edildiyi üçün hazırkı iş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbləri təmin edilsin. Cavabdeh iddiaçılara məxsus həyətyanı torpaq sahələrinə gedən suyun qarşısının alınması üçün yolun bağlanmasına səbəb olmayan beton hasarın tikilməsinə maneələr yaratması qadağan edilsin. İş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc 120.29 manat Cavabdeh tutularaq “xxxx” MMC-nin AZ23AİİB******************** №-li hesablaşma hesabına köçürülsün. Ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq, İddiaçı1, İddiaçı2 verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-717/2020
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-717/2020
30.11.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver