Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-722/2020 15.09.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə,Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı xx.xx.1976-cı il tarixdə doğulmuş X3 xx.xx.2005-ci il tarixdə ölümünün qeyd edilməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən dəqiqləşdirmə vermiş, xx.xx.1976-cı il tarixdə doğulmuş oğlu X3 xx.xx.2005-ci il tarixdə X2 Vilayətində ürək çatışmazlığından ölməsi faktının müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, X6 1976-cı il tarixdə doğulmuş və xx.xx.2005-ci il tarixdək yaşamışdır. Oğlu X1 Federasiyasının Saratov Vilayətində ürək çatışmazlığı nəticəsində orada vəfat etmişdir. Oğlu X4 Düzyurd kənd qəbirstanlığında dəfn edilmişdir. Lakin oğlunun ölməsinə dair ölüm şəhadətnaməsi almamışdır. Hazırda o, evi və mülkü vərəsəlik qaydasında qızının adına rəsimləşdirmək istəsə də, oğlu X3 ölüm şəhadətnaməsi olmadığı üçün ona imtina məktubu verilmiş, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxsməhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Мəhkəmə Аzərbaycan Respublikası MPM-nin 185.6-cı madddəsinin tələblərini rəhər tutaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X5 ifadə verərək, bildirmişdir ki, ərizəçinin qızıdır. X6 1976-cı il tarixdə doğulmuş və xx.xx.2005-ci il tarixdək yaşamışdır. X1 Federasiyasının Saratov Vilayətində ürək çatışmazlığı nəticəsində orada vəfat etmişdir. Onu təyyarə ilə gətirərək Gədəbəy rayonunun Düzyurd kənd qəbiristanlığında dəfn etmişlər. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş imtina məktubundan görünür ki, ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İşdə olan Aktdan görünür ki, X6 xx.xx.2005-ci il tarixdə Düzyurd kənd qəbristanlığında dəfn edilmişdir.. İşdə olan şəkillərdən görünür ki, X6 xx.xx.2005-ci il tarixdə ölmüşdür. İşdə olan Arayışdan görünür ki, xx.xx.1976-cı il tarixdə doğulmuş X6 xx.xx.2005-ci il tarixdə X2 Vilayətində ürək çatışmazlığından ölmüşdür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini,təqdim edilmiş sübutları tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyəş şəraitdə vəfat etməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, xx.xx.1976-cı il tarixdə doğulmuş X3 xx.xx.2005-ci il tarixdə X2 Vilayətində ürək çatışmazlığından ölməsifaktı sübut edilmişdir. Həmin faktın müəyyən edilməsi ərizəçinin sosial hüquqlarını həyata keçirmək üçün hüquqi əhəmiyyətlidir və ərizəçinin həmin faktı təsdiq edən sənədləri başqa qaydada alması mümkün deyildir. Ona görə də ərizə təmin edilməli, xx.xx.1976-cı il tarixdə doğulmuş X3 xx.xx.2005-ci il tarixdə X2 Vilayətində ürək çatışmazlığından ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1976-cı il tarixdə doğulmuş X3 xx.xx.2005-ci il tarixdə X2 Vilayətində ürək çatışmazlığından ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-722/2020
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-722/2020
15.09.2020 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver