Məhkəmə qərarları › İş №2(042)-724/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-724/2023

22.08.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-724/2023 22.08.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X2, Cavabdeh8, Cavabdeh7 və Cavabdeh9 qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X1, Cavabdeh8, Cavabdeh7 və Cavabdeh9 DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli, **********12-10301 reyestr nömrəli elektron çıxarış əsasında ona məxsus olan, Gədəbəy rayonu Arıxdam kəndində yerləşən fərdi yaşayış evindən istifadə etmək hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X1, Cavabdeh8, Cavabdeh7 və Cavabdeh9 DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli, **********12-10301 reyestr nömrəli elektron çıxarış əsasında ona məxsus olan, Gədəbəy rayonu Arıxdam kəndində yerləşən fərdi yaşayış evindən istifadə etmək hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X6 məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, iddiaçının Gədəbəy rayonu, Arıxdam kəndində fərdi yaşayış evi vardır. İddiaçı evi cavabdehlərdən alqı-satqı yolu ilə almışdır. Bu barədə iddiaçı ilə cavabdehlər arasında xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Ev xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Bu barədə iddiaçının adına DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəli, **********12- 10301 reyestr nömrəli elektron çıxarış verilmiş və fərdi yaşayış evinin texniki pasportu tərtib edilmişdir. İddiaçı həmin evdə qeydiyyatdadır. Lakin iddiaçının evində onun ailə üzvləri olmayan həmin cavabdehlər rəsmi qeydiyyatda qalmışlar. Cavabdehlərin iddiaçının evində formal qeydiyyatda qalmaları ona hüquqlarının həyata keçirilməsinə maneələr törədir. Cavabdehlər iddiaçıya məxsus evdə formal qeydiyyatda qalsalar da, həmin evdən heç bir istifadə hüquqları qalmamışdır. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X2, Cavabdeh8, Cavabdeh7 və Cavabdeh9 məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndələrinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə işdə iştirak etməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********12-10301 reyestr nömrəli elektron çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İşdə olan Gədəbəy RİHB Arıqdam kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 403 nömrəli arayışdan görünür ki, İddiaçı nümayəndəliyin 2021- 2025-ci illəri əhatə edən 03 nömrəli ev təsərrüfatlarının uçotu kitabının 62-ci səhifəsinə 235 nömrəli şəxsi hesaba əsasən Arıqam kəndində qeydiyyatdadır və ərazidə yaşayır. İşdə olan xx.xx.2021-ci il tarixli AN-İ № ******* nömrəli daşınmaz əmlakın nisyə alqısatqı müqaviləsindən görünür ki, Gədəbəy rayonu, Arıqdam kəndində qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X3, Cavabdeh8, Cavabdeh7 və Cavabdeh9 ümumi birgə mülkiyyətlərində olan daşınmaz əmlakı İddiaçı satmışlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və işin faktiki hallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası haqqında Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Hazırda iddiaçı ilə heç bir qohumluq əlaqəsi olmayan şəxslər – Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X3, Cavabdeh8, Cavabdeh7 və Cavabdeh9 iddiaçıya məxsus evdə qeydiyyatdadırlar. Bu isə ona hüquqlarının həyata keçirilməsinə maneələr törədir. Məhkəmə cavabdehlərin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə hər hansı bir hüquqlarının olmadığını və onların başqa yerdə yaşadıqlarını nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X1, Cavabdeh8, Cavabdeh7 və Cavabdeh9 İddiaçı mülkiyyətində olan Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Аzərbаycаn RеspublikаsıMPMnin216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X1, Cavabdeh8, Cavabdeh7 və Cavabdeh9 İddiaçı mülkiyyətində olan, Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar