Məhkəmə qərarları › İş №2(042)-729/2021

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-729/2021

21.06.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-729/2021 21.06.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, iddiaçı Bayramalıyev İspəndiyar Yunus oğlunun cavabdehlər X4, Cavabdeh2, üçüncü şəxslər Cavabdeh3nə və Gədəbəy şəhəri üzrə namayəndəliyinə qarşı cavabdehlərin ona məxsus olan evdən qeydiyyatdan çıxarılma tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdi: İddiaçı Bayramalıyev İspəndiyar Yunus oğlunun cavabdehlər X4, Cavabdeh2, üçüncü şəxslər Cavabdeh3nə və Gədəbəy şəhəri üzrə namayəndəliyinə qarşı cavabdehlərin ona məxsus olan evdən qeydiyyatdan çıxarılma tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2. və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, həmin tələb məhkəmə qaydasında baxılmalı deyil, qeydiyyatdan çıxarılma ərizəçinin müraciəti əsasında Cavabdeh3 tərəfindən edilməli, əgər həmin təşkilatın nümayəndəsi bundan imtina edərsə və ərizəçi bu imtinanın qanuniliyi və əsaslılığı ilə razılaşmazsa, onun şikayəti əsasında müvafiq inzibati məhkəmə tərəfindən baxıla bilər. Ona görə də iddia ərizəsi əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 149, 152, 153,263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı Bayramalıyev İspəndiyar Yunus oğlunun cavabdehlər X4, Cavabdeh2, üçüncü şəxslər Cavabdeh3nə və Gədəbəy şəhəri üzrə namayəndəliyinə qarşı cavabdehlərin ona məxsus olan evdən qeydiyyatdan çıxarılma tələbləri məhkəmə qaydasında baxılmalı olmadığı üçün geri qaytarısın. Bayramalıyev İspəndiyar Yunus oğluna izah edilsin ki, bir müvafiq müvafiq təşkilata müraciət etməli, əgər həmin təşkilatın nümayəndəsi bundan imtina edərsə və iddiaçı bu imtinanın qanuniliyi və əsaslılığı ilə razılaşmazsa, onun şikayəti əsasında müvafiq inzibati məhkəmə tərəfindən baxıla bilər. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar