Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-758/2025 02.07.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 оğlunun katibliyi, İddiaçı və Cavabdeh direktoru Nümayəndə iştirakıları ilə İddiaçı Cavabdeh direktoru Nümayəndə qarşı əmrin ləğv edilməsi, onun əvvəlki iş yerinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqının ödəinilməsi tələblərinə dair iddia ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh direktoru Nümayəndə qarşı işdən azad oluması barədə cavabdeh tərəfindən verilmiş 18.*3.2*25-ci il tarixli 7 nömrəli əmrin ləğv edilməsi, onun əvvəlki iş yerinə, yəni məktəbin fiziki-tərbiyə müəllimi vəzifəsinə bərpa olunması və ona 18.*3.2*25ci il tarixdən işə bərpa olunacağı tarixədək məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələblərini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, o, 1992-ci ildən Gədəbəy Rayon İnəkboğan X7 Məktəbində fiziki tərbiyə müəllimi vəzifəsində işləyir. Həmçinin Cavabdehndə fıziki-tərbiyə müəllimi vəzifəsi boş olduğu üçün 17.1*.2*24-cü il tarixdə həmin məktəbin direktoru ilə aralarında 7 ay 28 gün müddətə müddətli əmək müqaviləsi bağlanmış, müqaviləyə əsasən həmin məktəbin fızikitərbiyə müəllimi vəzifəsinə təyin edilmişdir.Məktəbin direktoru vəzifəsindən azad edilmiş və hazırki direktor Nümayəndə ilə 11.*2.2*25-ci il tarixdə əmək müqaviləsi yenilənmişdir. Məktəbin fıziki-tərbiyə müəlliminə ehtiyac olduğu üçün cari dərs ilinin sonuna kimi onunla müddətli əmək müqaviləsi yenilənmişdir. Lakin onun məlumatı və heç bir təşəbbüsü olmadan, eləcə də əmək müqaviləsinin müddəti qurtarmadan cavabdeh tərəfindən verilmiş 18.*3.2*25-ci il tarixli, 7 nömrəli əmrlə həmin tarixdən onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-in 68.2. “a” bəndinə əsasən, yəni, tərəflərdən birinin təşəbbüsü ilə xitam verilmişdir. O, əmək müqaviləsinə xitam verilməsi üçün heç bir ərizə ilə müraciət etməmiş, heç bir təşəbbüs göstərməmişdir. Həmin əmək müqaviləsinin müddəti qurtarmamışdır.Onunla bağlanmış əmək miiqavilsəinə əmək qanunvericiliyinin tələbləri kobud surətlədə pozulmaqla xitam verilmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında cavabdeh Gədəbəy Rayonu Günəşli X7 Məktəbinin direktoru Nümayəndə iddia ərizəsinə etiraz etmiş, izahat verərək bildirmişdir ki, X3 həmin məktəbdə fizki-təribiyə müəllimi işləmiş, xəstəliyi ilə əlaqədar olaraq, onun yerinə müvəqqəti ərizəsinə əsasən İddiaçı təyin edilmişdir. X4 sağalmış və işə qayıtmış, iddiaçı ilə bağlanılmış müqaviləyə xitam verilmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 1*6.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan İddiaçı ərizəsindən görünür ki, X2 işə qayıdana qədər onun həftəlik dərslərinin aparmasına icazə verilməsi ilə əlaqədar müraciət etmişdir. İşdə olan Gədəbəy Rayonu Günəşli X7 Məktəbinin direktor əvəzi Elvin Məmmədovun 17 oktyabr 2*24-cü il tarixli 39 saylı Əmrindən Çıxarışdan görünür ki, İddiaçı məktəbin fiziki tərbiyə müəllimi X2 işə başlayana qədər onun həftəlik dərslərinin aparmasına icazə verilmişdir. İşdə olan Gədəbəy Rayonu Günəşli X7 Məktəbinin 18.*3.2*25-ci il tarixli 7 saylı Əmrindən görünür ki, məktəbin fiziki tərbiyə müəllimi X1 xəstəliyi ilə əlaqədar Gədəbəy Rayonu Günəşli X7 Məktəbinin müəllimi İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İşdə olan Əmək Müqaviləsinin surətindən görünür ki, tərəflər arasında Müqavilənin 2.4-cü maddəsinə əsasən 17 oktyabr 2*24-cü il tarixdən 13 iyun 2*25-ci il tarixədək 7 ay 28 gün müddətinə bağlanılmış, Müqavilənin 9.1-ci maddəsinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə ləğv edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1; 68.2. və 68.2-ci maddəsinin a bəndinə əsasən Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada, o cümlədən, tərəflərdən birinin təşəbbüsü ilə xitam verilir. Məcəllənin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Məcəllənin 292-ci maddəsinin 1-ci hissəsinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Məcəllənin 294.1-ci maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Məcəllənin 294.2-ci maddəsinə əsasən kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. Məcəllənin 296.1-ci maddəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Məcəllənin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, tərəflər arasında 17 oktyabr 2*24-cü il tarixdə bağlanılmış müddətli əmək müqaviləsinə cavabdehin təşəbbüsü ilə 18 mart 2*25-ci il tarixdə Müqavilədə nəzərdə tutulmuş müddətdən daha əvvəl Müqavilənin 9.1-ci maddəsinə istinad edilməklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmiş, məhkəmənin gəldiyi qənaətinə görə müqavilə şərtlərinin pozuntularına yol verilməmişdir. Ona görə də iddia tələbləri təmin edilməməlidir. Məhkəmə bu qənaətə gələrkən iddiaçı işə götürülərkən yazdığı ərizə və verilmiş 17 oktyabr 2*24-cü il tarixli 39 saylı Əmrdə iddiaçının işə fiziki tərbiyə müəllimi X1 işə başlayana qədər işə götürüldüyünü və hazırda X1 işə başladığını da nəzərə alır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-22*, 227, 358-36*, 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbləri təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-758/2025
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-758/2025
02.07.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver