Məhkəmə qərarları › İş №2(042)-760/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-760/2021

20.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-760/2021 20.09.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Мirzəquliyеv Fizuli Bаlаğа oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, iddiaçı X5 və İddiaçı2 Cavabdeh və üçüncü şəxs Gədəbəy Rayon Notariat Ofisinə qarşı miras əmlakdan payların müəyyən edilməsi və mirasın qəbul edilməsi tələbləri haqqında iddia ərizəsinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X11 Cavabdeh, üçüncü şəxslər Gədəbəy Rayon Notariat Ofisinə və İddiaçı2 qarşı mərhum anası X2 qalmış ünvan 1 ünvanında yerləşən, 1968-ci il tarixdə tikilmiş fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0.12 ha torpaq sahəsindən ibarət miras əmlakın qanun üzrə vərəsə olaraq, faktiki qəbul edilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı X11 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən İddiaçı2 işə iddiaçı qismində cəlb edilməsini xahiş etmişdir. İddiaçılar X11 və İddiaçı2 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinə dəqiqləşdirmə verərək, mərhum X1ndan qalmış ünvan 1 ünvanında yerləşən, 1968-ci il tarixdə tikilmiş fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0.25 ha torpaq sahəsindən ibarət miras əmlakdan hər birinin 1/3 hissədə vərəsəlik paylarının müəyyən edilməsi, həmin miras paylarının qanun üzrə vərəsə olaraq, onlar tərəflərindən faktiki qəbul edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, X17 və X4 üç övladları doğulmuşdur. Mərhum atalarına 1968-ci ildə yaşayış evi tikmək üçün Gədəbəy rayon kolxozarası inşaat idarəsinin üst tərəfindəki hər iki yolun arasında olan kolxoza yararsız və kolxozun istifadə etmədiyi yerdən 25.05.1962-ci il tarixli protokola əsasən 25 sot torpaq sahəsi ayrılmışdır. Lakin həmin sənəddə onun ata adı səhvən anasının qızlıq soyadı ilə, yəni, Qurbanov kimi yazılmışdır. Ayrılmış torpaqda ata və anası birlikdə ev tikmdirmişlər. Evin texniki pasportu analarının adına tərtib edilmişdir. Eyni zamanda torpaq sahəsi də anasınn adınadır. X1 21.10.2002-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra həmin evdə heç kim yaşamamış, lakin ev faktiki olaraq övladlarının nəzarətində olmuşdur. İddiaçılar analarından miras qalmış həmin evi sənədləşdirmək istəsələr də, cavabdeh evin sənədləşdirilməsinə imkan vermir. İddiaçılar X11 və İddiaçı2 məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxılaraq, iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh və üçüncü şəxs Gədəbəy Rayon Notariat Ofisinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndələrinin iştirakını məhkəmə iclasında təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci və 185.6-cı maddələrinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsi olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X21 Çıxarışdan görünür ki, X17 və X8 14.09.1963-cü il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Musayeva soyadı verilmişdir. İşdə olan Arayışdan görünür ki, Cavabdeh xx.xx.1965-ci il tarixdə doğulmuş, atası qrafasında X17, anası qrafasında X10 göstərilmişdir. İşdə olan Arayışdan görünür ki, X17 08.10.1968-ci il tarixdə ölmüşdür. İşdə olan X9 surətindən görünür ki, X10 21.10.2002-ci il tarixdə ölmüşdür. İşdə olan X7 surətindən görünür ki, İddiaçı2 xx.xx.1969-cu il tarixdə doğulmuş, atası qrafasında X17, anası qrafasında X10 göstərilmişdir. İşdə olan X7 surətindən görünür ki, İddiaçı1 xx.xx.1963-cü il tarixdə doğulmuş, atası qrafasında X17, anası qrafasında X10 göstərilmişdir. İşdə olan 25.05.1962-ci il tarixli protokoldan görünür ki, X12, X13, X3 və X14 ev tikmək üçün 1 ha torpaq sahəsi verilmişdir. İşdə olan İnventar Nömrəsi 112 olan Texniki Pasportun surətindən görünür ki, Gədəbəy şəhəri, S.Vurğun küçəsində yerləşən fərdi yaşayış evi X6 məxsusdur. İşdə olan Gədəbəy Rayon Notariat Kontoru tərəfindən verilmiş imtina ayışından görünür ki, iddiaçıya məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məcəllənin 1159.1. və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sayılırlar. Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məcəllənin 1255-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, X6 məxsus ünvan 1 ünvanında yerləşən, 1968-ci il tarixdə tikilmiş fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.25 ha torpaq sahəsi miras aktivinə daxil olmuşdur. Həmin torpaq sahəsində tikilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair X4 adına 112 inventar nömrəli texniki pasport tərtib edilmişdir. Məhkəmə iclasında mirasqoyanın hər üç övladının miras əmlakı qəbul etməsi müəyyən edilmiş, iddiaçılar miras əmlakdan hər üçünün payının müəyyən edilməsini xahiş etmişlər. Ona görə də iddia tələbləri təmin edilməli, X2 miras qalmış ünvan 1 ünvanında yerləşən, 1968-ci il tarixdə tikilmiş fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0.25 ha torpaq sahəsindən ibarət miras əmlakın İddiaçı1 və İddiaçı2 tərəfindən qəbul edilməsi faktı və həmin mirasda hər birinin 1/3 hissədə payı müəyyən edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. X2 miras qalmış ünvan 1 ünvanında yerləşən, 1968-ci il tarixdə tikilmiş fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0.25 ha torpaq sahəsindən ibarət miras əmlakın İddiaçı1 və İddiaçı2 tərəfindən qəbul edilməsi faktı və həmin mirasda hər birinin 1/3 hissədə payı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar