Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-765/2020 23.10.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı cavabdehin ona məxsus fərdi yaşayış evindən azyaşlı uşaqları və əşyaları ilə birlikdə çıxarılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Cavabdeh oğlu İsgəndərov Elvinlə 2009-cu ildə nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından iki uşaqları doğulmuşdur. Cavabdeh ona və digər ailə üzvlərinə hörmət etməmiş, daim evlərində münaqişə olmuşdur. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)- 147/2020 saylı qətnaməsi ilə oğlu ilə gəlini arasında olan nikah pozulmuşdur. Bundan sonra cavabdeh azyaşlı uşaqları və əmlakı ilə birlikdə ona məxsus fərdi yaşayış evinə gəlmiş və həmin evdə yaşamağa başlamışdır. Cavabdehin yaşadığı evin yerləşdiyi torpaq sahəsi onun mülkiyyətindədir və həmin evi o tikdirmişdir. Cavabdehin ona məxsus evdə qeydiyyatda olması və ona məxsus evdə yaşaması onun mülkiyyət hüquqlarını pozur. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini etiraf etməmiş, izahat verərək bildirmişdir ki, X4 ilə 2009-cu ildə nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından iki uşaqları doğulmuşdur. Hazırda onun yaşadığı ev iddiaçının oğlu X4 və onun zəhməti ilə tikilmişdir. Həmin evin tikintisində həm özü işləmiş, həm də atasının pul vəsaitləri xərclənmişdir. İddiaçının evə heç bir hüququ yoxdur və evə hüquqlar qeydiyyata alınmayıb. Həmin ev ona məxsusdur və o, uşaqları ilə birlikdə orada yaşayır. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək bildirmişdir ki, cavabdeh onun qızıdır. Hazırda cavabdehin yaşadığı ev iddiaçının oğlu X4 və cavabdehin zəhməti və pul vəsaiti ilə tikilmişdir. Qızı və kürəkəninə ev tikintisi üçün torpaq almaq istəmiş, lakin iddiaçı ona bildirmişdir ki, onda torpaq sahəsi var. 4000 manata həmin torpaq sahəsini oğlu və gəlininə verə bilər. Bundan sonra o, 4000 manat pulu iddiaçıya vermiş və hazırki ev tikilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 eyniməzmunlu ifadə vermişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-147/2020 saylı qətnaməsinin surətindən görünür ki, X4 və Cavabdeh arasında olan nikah pozulmuş, azyaşlı uşaqlar Cavabdeh himayəsində saxlanılmışdır. İşdə olan Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh şikayəti əsasında toplanmış materiala cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. İşdə olan Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin surətindən görünür ki, X2 və onun ailə üzvlərinə Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx xxxxx 2001-ci il tarixli, 05 saylı qərarı ilə 0.25 ha torpaq sahəsi verilmişdir. İşdə olan Çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0.12 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddiatələbitəmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutеtmə vəzifələrinin bölgüsünün ümumi qаydаsını müəyyən еdir. Bu qаydаyа görə iş iştirаkçılаrı tələb və еtirаzlаrını əsаslаndırdıqlаrı fаktlаrı isbаt еtməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirаkçısı оlаn bu və yа bаşqа şəхsi оnun öz iddiа və еtirаzlаrını əsаslаndırmаq üçün söykəndiyi hаllаrın və qаnunlа sübut еtməli оlquğu bаşqа hаllаrın sübut оlunmаsı yükündən аzаd еdə, yахud sübutеtmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlаr tоplаmаq hüququ vеrmir və sübutlаrın tоplаnmаsı və vеrilməsi yükünü bütünlüklə sübutеtmə yükünü dаşıyаn iş iştirаkçılаrının üzərinə qоyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hеsаb еdir ki, işin оbyеktiv həlli üçün yаlnız mötəbər sübutlаrdаn istifаdə оlunа bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı оlmаlı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməliqir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İnsan Hüquqları üzrə Аvrоpа Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" xx xxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probalion”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, "Qavazov Bolqarıstana qarşı iş üzrə" xx xxxx 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutları qiymətləndirərkənbir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. X11 Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən fərdi yaşayış evinin mülkiyyətçisi olmalı, həmin fərdi yaşayış evi cavabdehin sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli yaşayış sahəsi Gədəbəy rayonunun Slavyanka kəndində yerləşmiş fərdi yaşayış evidir. Həmin mübahisəli evə tərəflərin mülkiyyət hüququnu təsdiq edən sənəd yoxdur. İddiaçı həmin evi tikdirərək cavabdehə və oğlu X1 müqaviləsi əsasında verməsini bildirmiş, lakin iddia tələbinin əsası kimi istinad etdiyi kirayə müqaviləsini və evin məhz onun vəsaiti hesabına tikilməsini sübut edə bilməmişdir. Cavabdeh isə torpaq sahəsinin cavabdehin mülkiyyətində olmasını təsdiq etmiş, lakin həmin evi X4 və onun birgə vəsaiti hesabına tikilməsini bildirmişdir. Yəni, mübahisəli fərdi yaşayış evinə mülkiyyət hüququ tanınmamış, cavabdehin istifadə hüququ yaranmışdır. Ona görə də iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə, göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-765/2020
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-765/2020
23.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver