Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-766/2022 30.08.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X13rşı alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X13rşı Gədəbəy rayonunun Novosaratovka kəndində yerləşən, Cavabdeh adına qeydə alınmış, hal-hazırda faktiki olaraq onun sahibliyində və istifadəsində olan, 1950-ci ildə taxtadan tikilmiş, şiferlə örtülmüş, əlavə tikililəri, həyəti (yəni 0.25 ha həyətyanı torpaq sahəsi) olan iki otaqlı fərdi yaşayış evinə dair X18 ilə Cavabdeh arasında 31 may 1991-ci il tarixli alğı-satqı əqdinin etibarlı və bağlanmış hesab edilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, 1995-ci il tarixdə Gədəbəy rayonu, Novosaratovka kənd sakini X24 ilə qeyri-rəsmi olaraq evlənmiş, nikahlarını xx.xx.2008-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan övladıları olmamışdır. Vahidlə evləndikdən sonra Gədəbəy rayonu, Novosaratovka kəndində ona məxsus fərdi yaşayış evində yaşamışdır. Həmin evdə Vahidin bacısı X14 da onlarla birlikdə yaşamışdır. Gülgəz Orucova heç vaxt ailə qurmamışdır. Onlar Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən həmin fərdi yaşayış evində yaşamış, evin yerləşdiyi 0.25 ha həyətyanı torpaq sahəsini əkib-becərmişlər. Həmin evi baldızı X14 31 may 1991-ci ildə sabiq Novosaratovka kənd sakini Cavabdeh sadə razlaşma yolu ilə 45.000 rubla almışdır. Ev 1950-ci ildə taxtadan tikilmiş, şiferlə örtülmüş, əlavə tikililəri, həyəti olan iki otaqdan ibarət olmuşdur. Ev hazırda da həmin vəziyyətdədir. Həmin ev Cavabdeh adına olmuşdur. Lakin baldızı X2 irəli gələrək notariat orqanında alğı-satqı müqaviləsi bağlamamışdır. Sonralar Cavabdeh dəfələrlə həmin evi sənədləşdirilməsini istəsə də, buna nail ola bilməmişlər. Eyni zamanda Cavabdeh rus olduğu üçün evi X4 bir müddət sonra Rusiya Federasiyasına getmişdir. Onun Rusiyanın hansı şəhərinə getməsi barədə heç bir rəsmi məlumatı yoxdur. X14 xx.xx.2006-cı ildə, X24 isə xx.xx.2022-ci ildə vəfat etmişdir. X8 ölümündən sonra da həmin evdə mərhum əri Vahid Orucov və o yaşamış, torpaq sahəsini əkib-becərmiş, təsərrüfatı idarə etmişlər. Vahid Orucovun ölümündən sonra həmin evdə o tək qalmış, hal-hazırda da evə faktiki sahiblik edir. Hazırda o, faktiki sahibi olduğu evi adına sənədləşdirmək istəyir. Lakin evin sənədləri olmadığına, hələ də ev arxiv sənədlərində rus milləti olan Cavabdeh adına olduğuna və X18 ilə Cavabdeh arasında bağlanmış sadə razılaşma əqdi əsasında evi adına keçirə bilmədiyinə görə məhkəməyə müraciət etmişdir. Ona görə də o, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh X22 məhkəmə iclasının yeri və vaxtı barədə onun məlum olan axırıncı yaşayış yerinə məhkəmə bildirişi göndərilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadə verərək, bildirmişdir ki, iddiaçı Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən fərdi yaşayış evində yaşamış, evin yerləşdiyi 0.25 ha həyətyanı torpaq sahəsini əkib-becərmişdir. Həmin evi iddiaçının baldızı X14 31 may 1991-ci ildə sabiq Novosaratovka kənd sakini Cavabdeh sadə razlaşma yolu ilə 45.000 rubla almışdır. Ev 1950-ci ildə taxtadan tikilmiş, şiferlə örtülmüş, əlavə tikililəri, həyəti olan iki otaqdan ibarət olmuşdur. Ev hazırda da həmin vəziyyətdədir. Həmin ev Cavabdeh adına olmuşdur. Lakin baldızı X1 irəli gələrək notariat orqanında alğısatqı müqaviləsi bağlamamışdır. X5 Cavabdeh dəfələrlə həmin evi sənədləşdirilməsini istəsə də, buna nail ola bilməmiş, ev sənədləşdirə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 eyniməzmunlu ifadə vermişdir. İşdə olan 31 may 1991-ci il tarixli notarial qaydada təsdiq edilmiş Aktın surətindən görünür ki, Gədəbəy rayonu, Novosaratovka kənd sakinləri X32, X33, X28, X23, X16 və X25 təsdiq etmişlər ki, X26 1950-ci il ildə taxtadan tikilmiş, şiferlə örtülmüş, əlavə tikililəri, həyəti olan iki otaqlı şəxsi evini 45000 rubla X3. İşdə olan X9 surətindən görünür ki, X24 və X7 xx.xx.2008-ci il tarixdə nikah bağlamış, nikah bağlandıqdan sonra arvada Orucova soyadı verilmişdir. İşdə olan X12 surətindən görünür ki, X24 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İşdə olan X29 görünür ki, X14 xx.xx.2006-cı il tarixdə ölmüşdür. İşdə olan X10 surətindən görünür ki, X24 xx.xx.1955-ci il tarixdə Gədəbəy rayonunun Çalburun kəndində doğulmuş, anası qrafasında X20 qeyd edilmişdir. İşdə olan X10 surətindən görünür ki, X14 xx.xx.1952-ci il tarixdə Gədəbəy rayonunun Çalburun kəndində doğulmuş, anası qrafasında X20 qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını, şahid ifadələrini və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş 1964-cü il redaksiyalı Azərbaycan SSR Mülki Məcəlləsinin 42-ci maddəsinə əsasən əqdin qanunla tələb edilən sadə yazılı formasına (bu Məcəllənin 41-ci maddəsi) riayət edilməməsi, mübahisə zamanı tərəfləri, əqdi təsdiq etmək üçün şahid ifadələrinə istinad etmək hüququndan məhrum edir, qanunda bilavasitə göstərilən hallarda isə, bu Məcəllənin 44-cü maddəsində nəzərdə tutulan nəticələrlə əqdin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 43-cü maddəsinə əsasən əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi (bu Məcəllənin 44-cü maddəsi) əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur. Məcəllənin 230-cu maddəsinə əsasən tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alğı-satqı müqaviləsi notariatda təsdiq edilməli və yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır.Yaşayış evinin alğı-satqı müqaviləsi qeydə alındığı vaxtdan bağlanmış sayılır. Müqavilə notariatda təsdiq edildiyi gündən bir ay gec olmayaraq qeydə alınmalıdır (24). “K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 mart 2006-cı il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüququ mövqeyi belə olmuşdur ki, Mülki Məcəllənin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən fərdi yaşayış evində yaşamış, evin yerləşdiyi 0.25 ha həyətyanı torpaq sahəsini əkib-becərmişdir. Həmin evi iddiaçının baldızı X14 31 may 1991ci ildə sabiq Novosaratovka kənd sakini Cavabdeh sadə razlaşma yolu ilə 45.000 rubla almışdır. Ev 1950-ci ildə taxtadan tikilmiş, şiferlə örtülmüş, əlavə tikililəri, həyəti olan iki otaqdan ibarət olmuşdur. Ev hazırda da həmin vəziyyətdədir. Həmin ev Cavabdeh adına olmuşdur. Lakin iddiaçının baldızı X1 cavabdehlə notariat orqanında alğı-satqı müqaviləsi bağlamamışdır. X5 Cavabdeh dəfələrlə həmin evi sənədləşdirilməsini istəsə də, buna nail ola bilməmiş, ev sənədləşdirilməmişdir. X14 xx.xx.2006-cı il tarixdə, X14 xx.xx.2006-cı il tarixdə ölmüşlər. Hazırda həmin ev İddiaçı faktiki istifadəsində və sahibliyindədir. Həmin ev Cavabdeh adına qeydə alınmış və iddiaçının həmin evi başqa qaydada sənədləşdirməsi mümkün deyil. Məhkəmə iddia tələbinin torpaq sahəsinin alğı satqısına dair əqdin bağlanmış hesab edilməsinə münasibət bildirərək, belə nəticəyə gəlir ki, tərəflər arasında alğı-satqı müqaviləsi bağlandıqdan sonra torpaq islahatı keçirilmiş və həmin torpaq islahatı zamanı həmin torpaq sahəsinin hansı şəxsə verilməsi müəyyən edilməmişdir. Yəni, iddia tələbinin torpaq sahəsinə münasibətdə təmin edilməsi əsassız hesab edilə bilər. Ona görə də iddia tələbləri qismən təmin edilməli, Gədəbəy rayonunun Novosaratovka kəndində yerləşən, Cavabdeh adına qeydə alınmış, hal-hazırda faktiki olaraq İddiaçı sahibliyində və istifadəsində olan, 1950-ci ildə taxtadan tikilmiş, şiferlə örtülmüş, əlavə tikililəri olan iki otaqlı fərdi yaşayış evinə dair X14 ilə Cavabdeh arasında 31 may 1991-ci il tarixli alğı-satqı əqdi etibarlı və bağlanmış hesab edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia tələbləri qismən təmin edilsin. Gədəbəy rayonunun Novosaratovka kəndində yerləşən, Cavabdeh adına qeydə alınmış, hal-hazırda faktiki olaraq İddiaçı sahibliyində və istifadəsində olan, 1950-ci ildə taxtadan tikilmiş, şiferlə örtülmüş, əlavə tikililəri olan iki otaqlı fərdi yaşayış evinə dair X14 ilə Cavabdeh arasında 31 may 1991-ci il tarixli alğı-satqı əqdi etibarlı və bağlanmış hesab edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-766/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-766/2022
30.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver