Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-769/2024 30.09.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Gədəbəy rayonu Düzyurd kəndində yerləşən, dövlət mülkiyyəti olaraq Gədəbəy rayonu Düzyurd kənd tam orta məktəbinin balansında olan *.3* ha torpaq sahəsinin *.164 ha hissəsindən Cavabdeh çıxarılması və vəkilə ödənilmiş 65 manat xərcin əvəzinin Cavabdeh alınaraq Gədəbəy rayonu Düzyurd kənd tam orta məktəbinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gədəbəy rayonu Düzyurd kənd tam orta məktəbinin ərazisi məktəbin inzibati binası ilə birlikdə *.3* ha təşkil edir. Bu barədə orta məktəbin texniki pasportunda müvafiq qeyd aparılmışdır. Hazır-hazırda Düzyurd kənd sakini Cavabdeh məktəbə aid olan *.3* ha torpaq sahəsinin *.164 ha hissəsini qanunsuz olaraq zəbt etmişdir. Dəfələrlə ondan məktəbə aid torpaq sahəsindən çıxması və torpaq sahəsini boşaltması tələb edilsə də, cavabdeh buna məhəl qoymur və öz qanunsuz hərəkətlərini davam etdirir. Bu barədə Gədəbəy rayon Polis şöbəsinə də müraciət olunmuş, lakin heç bir müsbət nəticəsi olmamışdır. Nəticədə həmin torpaq sahəsinə münasibətdə dövlət müəssisəsi olaraq iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənərə oxşar izahat verdi və əlavə olaraq bildirdi ki, Gədəbəy rayonu Düzyurd kənd tam orta məktəbinin direktoru vəzifəsində işləyir. Məktəbin torpaq sahəsinə dair 1959-cu il tarixə aid texniki pasport mövcuddur. Texniki pasportda məktəbin torpaq sahəsi 3*** kv.m olaraq göstərilmişdir. Məktəbin inzibati binası iki korpusdan ibarətdir. Birinci korpus 19-cu əsrin sonlarında inşa edilmişdir. İkinci korpus isə 2***-ci illərin əvvəllərində bələdiyyə tərəfindən inşa edilmişdir. Hal-hazırda məktəbdə 168 şagird təhsil alır. Məktəb üçün meydança və yadımçı sahələr inşa edilməlidir. Lakin cavabdeh tərəfindən məktəbin torpaq sahəsi zəbt edildiyindən onlar bundan məhrum olmuşdur. Torpaq sahəsi uzun müddətdir ki, cavabdeh tərəfindən istifadə edilir. Torpaq sahəsi əvvəllər məktəbin istifadəsində olmuş, lakin sonradan həmin torpaq sahəsi cavabdeh tərəfindən tutulmuşdur və hazırda əkin sahəsi kimi istifadə edilir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etmədi və izahat verərək bildirdi ki, onların Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən sahəsi *.35 ha olan torpaq sahəsinə mülkiyyət hüquqları vardır. Bu barədə anasının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. O, məktəb ərazisini zəbt etməmişdir. Məktəbin *.12 ha torpaq sahəsi vardır. Bu mütəxəssis rəyi ilə də təsdiqini tapır. Məktəbin ondan tələb etdiyi *.14 ha torpaq sahəsinə onun sənədi yoxdur. Lakin həmin torpaq sahəsi zəbt kimi verilmişdir. X1 23 sentyabr 2*24-cü il tarixli məhkəmə iclasında bildirmişdir ki, o, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11saylı Şəmkir Ərazi idarəsinin inventarlaşdırıcı mühəndisi vəzifəsində işləyir. Məhkəmə qərarı əsasında mübahisəli torpaq sahəsində məktəb kollektivinin və cavabdehin iştirakı ilə ölçü işləri aparılmışdır. Onlar tərəfindən verilən bütün rəylər xəritə əsasında verilir. Xəritədə Gədəbəy rayonu Düzyurd kənd tam orta məktəbinin ərazisi dövlət mülkiyyətinə aid torpaq sahəsi kimi *.12 ha qeyd olunmuşdur. Cavabdehin istifadəsində olan torpaq sahəsi isə *.14 ha-dır. Həmin cavabdehin istifadə etdiyi torpaq sahəsi qanunsuz olaraq cavabdeh tərəfindən istifadə olunur. Həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Cavabdeh tərəfindən istifadə edilən *.14 ha torpaq sahəsinə cavabdehin hər hansı mülkiyyəti yoxdur. Məktəb tərəfindən tələb edilən *.14 ha torpaq sahəsi cavabdeh tərəfindən çəpərlənmiş və əkin sahəsi kimi istifadə edilir. Məhkəmə tərəflərin dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan keçmiş Azərbaycan SSR Maarif Nazirliyi tərəfindən verilmiş 1955- 1958-ci illərə aid İddiaçı texniki pasportunun surətindən görünür ki, İddiaçınə 3*** kv.m torpaq sahəsi ayrılmışdır. İşdə olan İddiaçı direktoru, məktəbin direktor müavini X5 və direktor müavini X7 tərəfindən tərtib edilmiş 15.*4.2*23-cü il tarixli aktın surətindən görünür ki, Düzyurd kənd tam orta məktəbinə məxsus həyatyani sahəsi Məktəbin texniki pasportunun Vİİİ bölümündə “Məktəbin həyəti və torpaq sahəsi” bölümündə 3*** kv.m göstərilmişdir. Sənəddəki rəqəmlər nəzərə alınmaqla 164* kv.m ərazi kənd sakini Cavabdeh tərəfindən zəbt edilmişdir. Dəfələrcə yazılı və şifahi şəkildə edilmiş xəbərdarlığa rəğmən ərazi zəbt olunmuş olaraq qalmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən dövlət mülkiyyəti olaraq Gədəbəy rayonu Düzyurd kənd tam orta məktəbinin balansında olan *.1286 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmiş, yeni elektron uçot xəritəsinə əsasən Gədəbəy rayonu Düzyurd kəndində yerləşən dövlət mülkiyyəti olaraq Gədəbəy rayonu Düzyurd kənd tam orta məktəbinin balansında olan *.1286 ha torpaq sahəsinin hər hansı hissəsi Cavabdeh tərəfindən istifadə olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 241.1-ci maddəsinə əsasən. torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı və ya mülkiyyətçi olmasa da, Mülki Məcəllə ilə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxs olmalı, həmin torpaq sahəsi cavabdehin istifadəsində və sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının *2 iyun 2**9-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 yanvar 2*1*-cu il tarixli qərarında göstərilmişdir ki, “...daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir”. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, keçmiş Azərbaycan SSR Maarif Nazirliyi tərəfindən verilmiş 1955-1958-ci illərə aid İddiaçı texniki pasportuna əsasən, İddiaçınə 3*** kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı məhkəmədə iddia qaldıraraq məktəbin balansında olan *.3* ha torpaq sahəsinin *.164 ha hissəsinin Cavabdeh tərəfindən zəbt edildiyini iddia etmişdir. Məhkəmə tərəfindən mütəxəssis cəlb edilmiş və mütəxəssis tərəfindən verilmiş rəyə əsasən, yeni elektron uçot xəritəsinə əsasən Gədəbəy rayonu Düzyurd kəndində yerləşən dövlət mülkiyyəti olaraq Gədəbəy rayonu Düzyurd kənd tam orta məktəbinin balansında *.1286 ha torpaq sahəsi olması və həmin torpaq sahəsinin hər hansı hissəsinin Cavabdeh tərəfindən istifadə olunmaması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Gədəbəy rayonu Düzyurd kənd tam orta məktəbinin balansına 3*** kv.m torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alnmasa da iddiaçının qanuni istifadəsində olmuşdur. Həmin 3*** kv.m torpaq sahəsi dövlət mülkiyyəti olmaqla dövlət müəssisəsinin balansa ayrılmış, həmin torpaq sahəsinin qanuna müvafiq qaydada dövlət qeydiyyatına alınması, sənədləşdirilməsi müvafiq icra hakimiyyəti orqanın səlahiyyətində olmuş, torpaq sahəsinin dövlət qeydiyyatına alınmamasında iddiaçının hər hansı təqsiri olmamışdır. Odur ki, Gədəbəy rayonu Düzyurd kənd tam orta məktəbinin balansına ayrılmış 3*** kv.m torpaq sahəsi sonuncunun qanuni sahibliyindədir və həmin torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının bərpası ilə bağlı iddia qaldımaq üçün iddiaçıının subyektiv hüquqları vardır. Məhkəmə iddiaçının balansında olan 3*** kv.m torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsi ilə bağlı qeyd edir ki, Cavabdeh İddiaçı balansına verilmiş, 3*** kv.m torpaq sahəsinin 14** kv.m hissəsini qanunsuz olaraq istifadə edir. Bu mütəxəssisin izahatı ilə təsdiqini tapır. Həmin torpaq sahəsinə dair cavabdehin mülkiyyət və ya istifadə hüququnun olmasını təsdiq edən hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. İddiaçıda isə mübahisəli torpaq sahəsinin qanuni sahibliyində olmasını təsdiq edən texniki pasport mövcuddur. Göründüyü kimi cavabdeh qanunsuz olaraq iddiaçı Gədəbəy rayonu Düzyurd kənd tam orta məktəbinin qanuni sahibliyində olan 3*** kv.m torpaq sahəsinin 14** kv.m hissəsini istifadə edir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı balansında olan torpaq sahəsinin zəbt edilmiş 14** kv.m hissəsindən cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Gədəbəy rayonu Düzyurd kəndində yerləşən, Gədəbəy rayonu Düzyurd kənd tam orta məktəbinin qanuni sahibliyində olan 3*** kv.m torpaq sahəsinin 14** kv.m hissəsindən Cavabdeh çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 22*.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İddiaçı məhkəmə icraatı zamanı mütəxəssis xərci ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 1*7-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.*-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.*.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.*.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.*.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.*.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.*.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.*.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.*.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.*.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.*.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu, mütəxəssis xərci və ekspertiza xərci cavabdehə aid edilməlidir. Həmin qanunun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 1** manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edildiyindən cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-22*, 233.1, 36* və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Gədəbəy rayonu Düzyurd kəndində yerləşən, Gədəbəy rayonu Düzyurd kənd tam orta məktəbinin qanuni istifadəsinə və sahibliyinə verilmiş 3*** kv.m torpaq sahəsinin zəbt olunmuş 14** kv.m hissəsindən Cavabdeh çıxarılsın. Vəkilə ödənilmiş 65 manat xərcinin və 95 manat mütəxəssis xərcinin əvəzi Cavabdeh alınaraq Gədəbəy rayonu Düzyurd kənd tam orta məktəbinin hesabına ödənilsin. Cavabdeh 1** manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 1*-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-769/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-769/2024
30.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver