Məhkəmə qərarları › İş №2(042)-771/2021

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-771/2021

27.07.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-771/2021 27.07.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Mən Gədəbəy Rayon Məhkəməsinin sədri Kazımov Marif Sabir oğlu İddiaçı etiraz ərizəsinə baxaraq MÜƏYYƏN ETDİM: Gədəbəy Rayon Məhkəməsinin icraatında İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma, maddi və mənəvi ziyana görə pul” tələbinə dair mülki iş vardır. Qeyd edilən mülki iş hakim Kazımov Marif Sabir oğlunun icraatındadır. Məhkəmədə işə baxılarkən İddiaçı etiraz ərizəsi verərək işə Gədəbəy Rayon Məhkəməsində baxılmasına etirazını bildirmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh Rzayev X1 rayon Məhkəməsinin böyük məsləhətçi vəzifəsində işləyir. Bu səbəbdən bütün məhkəmə tərkibinə etiraz etmiş, işin baxılması üçün mülki işin etiraz məsələsi həll olunması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19.2.3-cü maddəsinə əsasən əgər hakim şəxsən bilavasitə və ya dolayı yolla işin nəticəsi ilə maraqlıdırsa ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa hakimin işə baxmasına yol verilmir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin bütün tərkibinə və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özü-özünə etiraz təmin edilmişsə, bu halda iş apellyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir. Belə olan halda hesab edirəm ki, İddiaçı etiraz ərizəsi təmin olunmalı və mülki iş başqa birinci instansiya məhkəməsinə verilmə məsələsinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 22 və 263-cü maddələrini rəhbər tutub QƏRARA ALDİM: İddiaçı işə Gədəbəy Rayon Məhkəməsində baxılmasına dair etiraz ərizəsi təmin edilsin və mülki iş başqa birinci instansiya məhkəməsinə verilmə məsələsinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Məhkəmənin sədri Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar