Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-771/2023 18.09.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı onun xx.xx.1958-ci il tarixdə Gədəbəy rayonunun Qoşabulaq kəndində doğulması faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsində göstərilənlərlə eyniməzmunlu izahat verərək bildirmişdir ki, o, xx xxxxxx 1958-ci il tarixdə Gədəbəy rayonunun Qoşabulaq kəndində doğulmuşdur. Hazırda Gədəbəy rayonunun Qoşabulaq kəndində yaşayır. X3 və anası X5 olmuşdur. Valideynləri o, anadan oldqudan sonra, yəni xx.xx.1964-cü ildə rəsmi nikaha daxil olmuşlar. Atası xx.xx.1999-cu ildə, anası xx.xx.2006-cı ildə vəfat etmişlər. Valideynləri savadsız olduğundan ona doğum haqqında şəhadətnamə almamışlar. Lakin ona şəxsiyyət vəsiqəsi verilmişdir. O, doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ona xx.xx.2023-cü il tarixli, 05/168/23 nömrəli arayış verilmişdir. Həmin arayışda qeyd edilmişdir ki, onun 1958-ci ildə doğulmağına dair doğum haqqında akt qeydi aşkar olunmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. Ona görə də ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Мəhkəmə Аzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı madddəsinin tələblərini rəhər tutaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X11 ifadə verərək bildirmişdir ki, Ərizəçi onun qaynının qızıdır. Məhbu xx xxxxxx 1958-ci il tarixdə Gədəbəy rayonunun Qoşabulaq kəndində doğulmuşdur. Məhbunun X3, anası X5 olmuşdur. Lakin valideynlərinin hüquqi savadsızlığı səbəbindən Məhbuya doğum haqqında şəhadətnamə alınmamışdır. Ərizəçinin valideynləri vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 eyni məzmunlu ifadə vermişdir. İşdə olan Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə Gədəbəy rayonunun Qoşabulaq kəndində doğulmuşdur və hazırda həmin kənddə yaşayır. İşdə olan İ-ИЕ № 461011 seriyalı evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Gülabatın Yusif qızı ilə xx.xx.1964-cü ildə nikaha daxil olmuş, nikah bağlandıqdan sonra arvada Musayeva soyadı verilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 05/168/23 nömrəli arayışdan görünür ki, Ərizəçi doğumu haqqında Maraqlı şəxs arxivində akt qeydi aşkar olunmamışdır. Doğum haqqında bərpa akt qeydləri 1958-ci ildən 1974-cü il tarixədək yoxlanılmışdır. İşdə olan Tovuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli görünür ki, Ərizəçi doğum haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları 1950-1960-cı illər üzrə yoxlanılmışdır. İşdə olan AZ-İ № 162008 seriyalı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.2006-cı il tarixdə ölmüşdür. İşdə olan ölüm haqqında arayışdan görünür ki, X8 xx.xx.1999-cu il tarixdə ölmüşdür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və təqdim edilmiş sübutları tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1 və 305.1.1-ci maddələrinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məcəllənin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktları məhkəmə qaydasında müəyyən edilir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məcəllənin 72.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edildi ki, Ərizəçi xx xxxxxx 1958-ci il tarixdə Gədəbəy rayonu, Qoşabulaq kəndində doğulmuşdur. Lakin ona doğum haqqında şəhadətnamə verilməmişdir. Ərizəçinin xx.xx.1958-ci ildə doğulması, atasının X8, anasının X5 olması iş materiallarında olan sübutlar və şahid ifadələri ilə öz təsdiqini tapır. Həmin faktın müəyyən edilməsi Ərizəçi doğum haqqında şəhadətnamə alınması üçün hüquqi əhəmiyyətlidir. Ərizəçi həmin sənədləri başqa qaydada ala bilməz və ona görə də ərizə təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 339, 341, 216-227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi qızının xx xxxxxx 1958-ci il tarixdə Gədəbəy rayonunun Qoşabulaq kəndində doğulması, atasının X8, anasının X5 olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-771/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-771/2023
18.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver