Məhkəmə qərarları › İş №2(042)-776/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-776/2023

11.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-776/2023 11.09.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X20 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mərhum X4ndan miras qalmış, JN- 654D KOD 50526018 saylı və JN-654E KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələr əsasında verilmiş, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0.28 ha və 0.08 ha həyətyanı torpaq sahələrinin 1/3 hissəsindən ibarət miras əmlakın, mərhum atası X8 miras qalmış, JN-654D KOD 50526018 saylı və JN-654E KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələr əsasında verilmiş, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0.28 ha və 0.08 ha həyətyanı torpaq sahələrinin 1/3 hissəsindən ibarət miras əmlakın və mərhum bacısı X9 miras qalmış, JN-654D KOD 50526018 saylı və JN-654E KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələr əsasında verilmiş, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0.28 ha və 0.08 ha həyətyanı torpaq sahələrinin 1/3 hissəsindən ibarət miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X15 ilə X4 1954-cü ildə qeyri-rəsmi ailə qurmuşlar, nikahlarını xx.xx.1966-cı ildə rəsmiləşdirmişlər. Onların birgə nikahından o, X21, X22, X17, X18 və X19 olmaqla altı övladı olmuşdur. X4 xx.xx.2012-ci ildə, atası X15 xx.xx.2017-ci ildə vəfat etmişdir. Eləcə də bacısı X19 xx.xx.2016-cı ildə vəfat etmişdir. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli, 05 saylı qərarı ilə Gədəbəy rayonu, Slavyanka kəndində atası X10, X4nın və bacısı X12 ümumi birgə mülkiyyətinə ayrı-ayrılıqda 0.28 ha və 0.08 ha həyətyanı torpaq sahələri verilmişdir. Bu barədə müvafiq olaraq JN-654D KOD 50526018 saylı və JN-654E KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələr tərtib edilmişdir. Atasının, anasının və bacısının vəfatından sonra onlardan miras qalmış, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0.28 ha və 0.08 ha həyətyanı torpaq sahələrinə faktiki olaraq o sahiblik etmişdir. Mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddət ərzində notariat orqanına müraciət etməsə də, həmin əmlakları valideynlərindən və bacısından qalmış miras əmlak olaraq qəbul etməsini şəksiz nümayiş etdirmişdir. Bu halı təsdiq etmək üçün Slavyanka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən vərəsəlik arayışları almış və Gədəbəy rayon notariat ofisinə təqdim etmişdir. Buna baxmayaraq, qeyd etdiyi kimi, mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddətdə notariat orqanına müraciət etməmişdir. O, atasından, anasından və bacısından miras qalmış əmlakı öz adına sənədləşdirmək üçün Gədəbəy rayon Notariat ofisinə müraciət etmiş, lakin Gədəbəy rayon Notariat ofisi tərəfindən ona mirasın qəbulu üçün müddəti keçirdiyi üçün vərəslik şəhadətnaməsinin verilməsinin mümkün olmaması barədə xx.xx.2023-cü il tarixli, 350 nömrəli imtina məktubu verilmişdir. Atasından, anasından və bacısından qalmış miras əmlaklarla bağlı heç bir mübashiə yoxdur. X3 və bacıları X21, X22 və X17 notarial qaydada ərizələr verərək atasından, anasından və bacısından miras qalmış əmlakı qəbul etmədiyini bildirmişlər. Həmçinin bacısı X19 heç vaxt ailə qurmamışdır. Bu barədə Gədəbəy rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş subaylıq arayışını ərizəsinə əlavə etmişdir. X12 birinci növbə vərəsələri ola biləcək valiydenləri vəfat etdiyindən və digər birinci növbə vərəsəsi olmadığından Mülki Məcəllənin 1159.2-ci maddəsinə əsasən, o bacı Ruqiyyə İlyasovanın ikinci növbə vərəsəsi olaraq ondan qalmış mirası faktiki qəbul etmişdir. Hal-hazırda valideynlərindən və bacısından qalmış miras əmlakı qəbul etmək üçün heç bir mübahisə yoxdur. Odur ki, mərhum X4ndan qalmış, Gədəbəy rayonu Slavyanka kəndində yerləşən 0.28 ha və 0.08 ha həyətyanı torpaq sahələrinin 1/3 hissəsindən, mərhum atası X8 qalmış, Gədəbəy rayonu Slavyanka kəndində yerləşən 0.28 ha və 0.08 ha həyətyanı torpaq sahələrinin 1/3 hissəsindən və mərhum bacısı X9 qalmış, Gədəbəy rayonu Slavyanka kəndində yerləşən 0.28 ha və 0.08 ha həyətyanı torpaq sahələrinin 1/3 hissəsindən ibarət mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını istəyir. Sözügedən əmlaklara mərhum atası X10, mərhum X4nın və mərhum bacısı X12 ümumi birgə mülkiyyət hüququna dair qanuni gözləntisi olmuş, onlar sağlığında həmin əmlakları daşınmaz əmlakın dövlət reyestrində adlarına qeydiyyata aldırmaqda hər hansı maneə olmamışdır. Ərizəçi məhkəmə iclasında ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Gədəbəy Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, nümayəndəsini məhkəməyə göndərməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X5 məhkəmə iclasında ifadə verərək bildirdi ki, ərizəçi onun qardaşıdır. X4 xx.xx.2012-ci ildə, atası X15 xx.xx.2017-ci ildə, bacısı X19 xx.xx.2016-cı ildə vəfat etmişdir. Onların ümumi birgə mülkiyyətlərinə 0.28 ha və 0.08 ha həyətyanı torpaq sahələri verilmişdir və onlardan həmin əmlaklar miras qalmışdır. Həmin torpaq sahələrini Ərizəçi əkib bezərir. Həmin əmlaklar ərizəçinin nəzarətindədir. Odur ki, miras əmlakların ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə etirazları yoxdur. X6 məhkəmə iclasında X5 ilə eyni məzmunlu ifadə verdilər. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nin Slavyanka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 650 nömrəli arayışdan görünür ki, Ərizəçi atası mərhum X15 ölən bir günə kimi Gədəbəy rayonu, Slavyanka kəndində qeydiyyatda olmaqla yaşamış və xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Başqa yerdə yaşayan ailə üzvləri kimi oğlu Ərizəçi, qızı X24, qızı X22, oğlu X14 və qızı X17 qeyd edilmişdir. Mərhumun atası və anası vəfat etmişdir. İşdə olan Gədəbəy RİHB-nin Slavyanka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 651 nömrəli arayışdan görünür ki, Ərizəçi anası mərhum X16 ölən bir günə kimi Gədəbəy rayonu, Slavyanka kəndində qeydiyyatda olmaqla yaşamış və xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Başqa yerdə yaşayan ailə üzvləri kimi oğlu Ərizəçi, qızı X24, qızı X22, oğlu X14 və qızı X17 qeyd edilmişdir. Mərhumun atası və anası vəfat etmişdir. İşdə olan Gədəbəy RİHB-nin Slavyanka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 652 nömrəli arayışdan görünür ki, Ərizəçi bacısı mərhum X19 ölən bir günə kimi Gədəbəy rayonu, Slavyanka kəndində qeydiyyatda olmaqla yaşamış və xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Başqa yerdə yaşayan ailə üzvləri kimi qardaşı Ərizəçi, bacısı X24, bacısı X22, qardaşı X14 və bacısı X17 qeyd edilmişdir. Mərhumun atası və anası vəfat etmişdir. İşdə olan JN-654D KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 05 nömrəli qərarı ilə X10, X11 və X12 ümumi birgə mülkiyyətinə Gədəbəy rayonu, Slavyanka kəndində 0.28 ha torpaq sahəsi verilmişdir. İşdə olan JN-654E KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 05 nömrəli qərarı ilə X10, X11 və X12 ümumi birgə mülkiyyətinə Gədəbəy rayonu, Slavyanka kəndində 0.08 ha torpaq sahəsi verilmişdir. İşdə olan Gədəbəy rayon İHB-nı Slavyanka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 iyun 2023-cü il tarixli, 648 nömrəli və 01 iyun 2023-cü il tarixli, 649 nömrəli arayışlardan görünür ki, JN-654E KOD 50526018 saylı və JN-654D KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdə X1 texniki səhv olaraq İlyasova, X2 isə texniki səhv olaraq İlyasov kimi qeyd edilmişdir. İşdə olan nikah akt qeydləri kitabından çıxarışdan görünür ki, X15 ilə X25 nikahlarını xx.xx.1966-cı il tarixdə Gədəbəy rayonu Şəkərbəy kənd İƏD üzrə nümayəndəliyində bağlamışlar. İşdə olan doğum haqqında arayışlardan görünür ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə, X19 isə xx.xx.1970-cı il tarixdə anadan olmuşdur. Ataları qrafasında X15, anaları qrafasında X16 qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X13 aid xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan ölüm haqqında arayışlardan görünür ki, X15 xx.xx.2017-ci il tarixdə, X16 xx.xx.2012-cı il tarixdə, X19 xx.xx.2016-cı il tarixdə ölmüşdür. İşdə olan X21, X22, X17 və X18 tərəfindən notarial qaydada verilmiş ərizələrdən görünür ki, ataları X10, anaları X11 və bacıları X12 ölümündən sonra onlardan qalmış mirası qəbul etməmişlər, qanunla nəzərdə tutulmuş müddəti ötürmüşlər və həmin miras əmlaklar üzrə vərəsəlik hüquqlarını rəsmiləşdirmək niyyətləri yoxdur. İşdə olan Gədəbəy rayon Notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 350 nömrəli məktubdan görünür ki, vərəsəliyin qəbulu müddətini keçirdiyinə görə Ərizəçi aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə ərizəçinin miras əmlakın qanun üzrə qəbul edilməsi barədə tələbinin qanuni əsaslarının mövcud olub-olmaması məsələsinin aydınlaşdırılması üçün X8, X7 və X9 miras əmlakın qalıb-qalmaması, miras kütləsinin dairəsinin, hansı vərəsəlik hüquq münasibətlərinin mövcudluğunun, vərəsələrin dairəsinin və mirasın bölüşdürülməsi qaydasının aydınlaşdırılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Məhkəmə iclasında müəyyən olundu ki, X15 və X16 ilə rəsmi nikaha daxil olmaqla olaraq evlənib ailə qurmuşlar. Onların birgə nikahlarından Ərizəçi, X21, X22, X17, X18 və X19 adında 6 övladları olmuşdur. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 05 nömrəli qərarı ilə X10, X11 və X12 ümumi birgə mülkiyyətinə Gədəbəy rayonu, Slavyanka kəndində JN-654D KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən 0.28 ha, JN-654E KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən isə 0.08 ha torpaq sahəsi verilmişdir. X15 xx.xx.2017-ci il tarixdə, X16 xx.xx.2012-cı il tarixdə və X19 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Onların ölümündən sonra ümumi birgə mülkiyyətlərində olan Gədəbəy rayonu, Slavyanka kəndində sahələri 0.28 ha və 0.08 ha olan həyətyanı torpaq sahələri miras qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, həmin torpaq sahələrinin hər birinin 1/3 payı olmaqla X8, X7 və X9 qalmış miras kütləsinə daxil edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmə miras əmlaka dair vərəsəlik hüquq münasibətlərinin növünü aydınlaşdıraraq, hesab edir ki, vəsiyyətnamə qoyulmadığından X8, X7 və X9 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüquq münasibətləri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanun üzrə vərəsələrin dairəsi və vərəsələr tərəfindən tərəfindən mirasın qəbul edilib-edilməməsi məsələsini həll edərkən məhkəmə qeyd etməlidir ki, X10 və X11 qanun üzrə vərəsə ola biləcək digər uşaqlarından X19 xx.xx.2016-cı il tarixdə vəfat etmiş, digər uşaqları X21, X22, X17 və X18 notarial qaydada ərizə verərək, L.İlyazovdan və T.İlyazovadan qalmış miras əmlakı qəbul etmədiklərini bildirmişdir. Eləcə də, digər miras qoyan mərhum X19 ailə qurmamış və övladları olmamışdır. Odur ki, onun birinci növbə vərəsələri mövcud deyildir. Həmçinin onun ikinci növbə vərəsələri olan X21, X22, X17 və X18 notarial qaydada ərizə verərək, L.İlyazovdan və T.İlyazovadan qalmış miras əmlakı qəbul etmədiklərini bildirmişdir. Bununla da məhkəmə onların mirası qəbul etməməsini nəzərə alır və hesab edir ki, onlar qanunla müəyyən edilmiş müddət ərzində mirası qəbul etmədiklərindən qeyd edilən miras əmlaklara vərəsə olmaq hüququnu itirmişlər. Odur ki, Ərizəçi valideynlərinin ölümündən sonra qalmış mirası birinci növbə qanun üzrə vərəsə olaraq, bacısı R.İlyasovadan qalmış miras əmlakı isə ikinci növbə qanun üzrə vərəsə olaraq qəbul etmişdir. Belə ki, miras qalmış əmlaklar hazırda da ərizəçinin faktiki nəzarətindədir və həmin əmlakları o idarə edir. Beləliklə, məhkəmə işdəki sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X10 ölümündən sonra qalmış, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 05 nömrəli qərarı ilə JN-654D KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında verilmiş 0.28 ha torpaq sahəsinin 1/3 hissəsindən JN-654E KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmiş 0.08 ha torpaq sahəsinin 1/3 hissəsindən ibarət miras əmlakın, X11 ölümündən sonra qalmış, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 05 nömrəli qərarı ilə JN-654D KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında verilmiş 0.28 ha torpaq sahəsinin 1/3 hissəsindən və JN-654E KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmiş 0.08 ha torpaq sahəsinin 1/3 hissəsindən və ibarət miras əmlakın və X12 ölümündən sonra qalmış, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 05 nömrəli qərarı ilə JN-654D KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında verilmiş 0.28 ha torpaq sahəsinin 1/3 hissəsindən və JN-654E KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmiş 0.08 ha torpaq sahəsinin 1/3 hissəsindən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. X10 ölümündən sonra qalmış, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 05 nömrəli qərarı ilə JN-654D KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında verilmiş 0.28 ha torpaq sahəsinin 1/3 hissəsindən və JN-654E KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmiş 0.08 ha torpaq sahəsinin 1/3 hissəsindən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. X11 ölümündən sonra qalmış, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 05 nömrəli qərarı ilə JN-654D KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında verilmiş 0.28 ha torpaq sahəsinin 1/3 hissəsindən və JN-654E KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmiş 0.08 ha torpaq sahəsinin 1/3 hissəsindən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. X12 ölümündən sonra qalmış, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 05 nömrəli qərarı ilə JN-654D KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında verilmiş 0.28 ha torpaq sahəsinin 1/3 hissəsindən və JN-654E KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmiş 0.08 ha torpaq sahəsinin 1/3 hissəsindən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar