Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-779/2021 03.08.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X18 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Oqtay oğluna qarşı “cavabdehin fərdi yaşayış evindən istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh Oqtay oğlunun ona məxsus olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə etmək hüququnun olmamasının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbində göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, o ünvan 1 ünvanında yaşayır. Ev mərhum nənəsi X4 ona miras qalmışdır. Z.Məmmədova ona vəsiyyətnamə vermişdir. Hazırda o evi öz adına rəsmiləşdirmək istəyir. Sənədlərini toplayaraq notariusa təqdim edən zaman məlum olmuşdur ki, tanımadığı şəxs Cavabdeh Oqtay oğlu həmin evdə qeydiyyatdadır. Həmin şəxslə əlaqə yaratmağa çalışsa da, bu mümkün olmamışdır. Hazırda həmin şəxsin sözügedən evdə qeydiyyatda qalması ona hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Cavabdeh Oqtay oğlu heç vaxt həmin evdə yaşamamış, oradan istifadə etmək hüququ olmamışdır. Cavabdeh formal olaraq həmin evdə qeydiyyatda qalmışdır. Cavabdehin onun sahibliyində olan evdən qeydiyyatdan çıxarılması ilə bağlı aidiyyəti təşkilatlara müraciət etsə də, Cavabdeh Oqtay oğlunun könüllü olaraq həmin evdən qeydiyyatdan çıxması mümkün olmadığından məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Oqtay oğlunun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə etmək hüququnun olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını istəyir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh Oqtay oğluna məhkəmə iclasının yeri və vaxtı barədə sonuncu məlum qeydiyyatda olduğu yer üzrə məhkəmə bildirişi göndərilmiş, məhkəmə bildirişi cavabdehin ünvanda yaşamaması barədə qeyd aparılmaqla məhkəməyə qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X11 məhkəmə iclasında ifadə verərək bildirdi ki, iddiaçı onun qardaşıdır. Qardaşına ev mərhum nənəsi X4 miras qalmışdır. Cavabdeh Oqtay oğlu həmin evdə qeydiyyatda olmasına baxmayaraq o, həmin şəxsi tanımır və həmin evdə yaşamamışdır. Məhkəmə iddiaçını və şahidi dinləyib, iş materiallarını tədqiq edərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İşdə olan Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında arayışdan görünür ki, X9 31.12.1990-cı il tarixdə “kəskin ürək-damar çatışmamazlığı” səbəbindən Gədəbəy rayonunda ölmüşdür. İşdə olan Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdə Gədəbəy rayonunda doğulmuşdur. Atası qrafasında X26, anası X15 qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında arayışdan görünür ki, X27 25.01.1958-ci il tarixdə Gədəbəy rayonunda doğulmuşdur. Atası qrafasında X9, anası X7 qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah akt qeydləri kitabından çıxarışdan görünür ki, X9 ilə X10 08.09.1950-ci il tarixdə nikahlarını Gədəbəy rayon Qeydiyyat şöbəsində bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İşdə olan Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında arayışdan görünür ki, X26 03.11.1962-ci il tarixdə Gədəbəy rayonunda doğulmuşdur. Atası qrafasında X9, anası X7 qeyd edilmişdir. İşdə olan Gədəbəy RİHB-nın Gədəbəy şəhər İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş 26.04.2021-ci il tarixli, 893 saylı arayışdan görünür ki, İddiaçı nənəsi X7 ölən bir günə kimi Gədəbəy şəhərində yaşamışdır və 30.01.2014-cü il tarixdə vəfat etmişdir. X2 atası və anası da vəfat etmişdir. İddiaçı mərhum nənəsi X1 onunla birgə yaşamış, birgə təsərrüfat aparmışdır. Başqa yerdə yaşayan ailə üzvləri bunlardır: oğlu X27 1958; oğlu X28 1959. X2 övladları X29 və X26 vəfat etmişlər. X2 başqa övladının olub-olmaması barədə şəhər İƏD üzrə nümayəndəlikdə məlumat yoxdur. İşdə olan Gədəbəy RİHB-nın Gədəbəy şəhər İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş 06.08.2021-ci il tarixli, 1758 saylı arayışdan görünür ki, Cavabdeh ünvan 4 ünvanında qeydiyyatda olmasına baxmayaraq hal-hazırda Gədəbəy şəhəri ərazisində yoxdur. İşdə olan Gədəbəy rayon Notariat Ofisi tərəfindən verilmiş 28 aprel 2021-ci il tarixli, 168 saylı məktubdan görünür ki, İddiaçı miras qoyan mərhum nənəsi X6 vəsiyyətnamə üzrə vərəsəsidir. Odur ki, ona vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinə müraciət edərək mərhum nənəsi X4 miras qalmış Gədəbəy şəhərində yerləşən fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə dair Reyestrdən çıxarışı aldıqdan sonra ona vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilər. İşdə olan Gədəbəy RPŞ QvŞV qrupu tərəfindən verilmiş 03.06.2021-ci il tarixli, ******* saylı arayışdan görünür ki, İddiaçı 22 iyul 2014-cü il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər bunlardır; X16 23.08.1973; X17, 16.09.2006; X35 23.09.1991; Cavabdeh Oqtay oğlu 06.12.1975; X14 15.01.1968. İşdə olan 11 yanvar 2001-ci il tarixli vəsiyyətnamədən görünür ki, ünvan 6 ünvanında yaşayan X3 rayonu Şəhriyar küçəsi ev 18, mən 12 ünvanında yerləşən şəxsi yaşayış evini, əşyalarını və adına nə varsa hamısını nəvəsi İddiaçı vəsiyyət etmişidir. Qalan vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir. Məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, o, ünvan 2 ünvanında qeydiyyatdadır. Həmin qeydiyyatda olduğu ev nənəsi X4 ona miras qalmışdır. Z.Məmmədova ona vəsiyyətnamə vermişdir. İddiaçı həmin evi adına rəsmiləşdirərkən evdə tanımadığı şəxs Cavabdeh Oqtay oğlunun qeydiyyatda olduğu məlum olmuşdur. İddiaçı həmin şəxsi tanımadığını və cavabdehin formal olaraq həmin evdə qeydiyyatda olduğunu bildirmişdir. İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehin ona məxsus olan evdə olan qeydiyyatının formal xarakter daşıdığına və bu hal onun mülkiyyət hüquqlarını pozduğuna görə cavabdehin ona məxsus evdən istifadə hüququnun olmamasının müəyyən edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya məxsus evdə formal olaraq qeydiyyatda qalması iddiaçı həmin mənzil üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu səbəbdən məhkəmə, iddianın qanuni əsasının, yəni iddiaçının rəhbər tutduğu Mülki Məcəllənin 152.1-ci maddəsinin dispozisiya şərtlərinin mövcudluğuna hüquqi qiymət verməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və X13 Haqqında Konvensiya»nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətində maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. MM-in 203-cü maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Məhkəmə hesab edir ki, iddiaya münasibətdə Mülki Məcəllənin 152.1-ci maddəsinin dispozisiya şərtləri mövcuddur, buna görə də iddiaçının tələbi əsaslı hesab edilməlidir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Həmin qanununun 2-ci maddəsinə əsasən, Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer-onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qeydiyyatı həm yaşayış yeri, həm də müvəqqəti olduqları yer (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar, qəyyumun (himayəçinin), övladlığa götürən şəxsin yaşayış yeri) üzrə aparılır. Beləliklə, məhkəmədə müəyyən edildi ki, İddiaçı qeydiyyatda olduğu nənəsi X4 miras qalmış və nənəsi tərəfindən ona vəsiyyət edilmiş ünvan 2 ünvanında yerləşən evdə tanımadığı şəxs Cavabdeh Oqtay oğlu qeydiyyatdadır. İddiaçının cavabdehlə heç bir qohumluq əlaqəsi yoxdur və onu tanımır. Cavabdeh formal olaraq həmin evdə qeydiyyatdadır. Bu şahid ifadəsi və işdə olan sübutlarla təsdiqini tapır. Məhkəmə qeyd edir ki, Cavabdeh Oqtay oğlu həmin evdə qeydiyyatda olmuş, lakin həmin şəxs qeyd olunan ünvanda yaşamamışdır. Cavabdeh Oqtay oğlunun İddiaçı ilə heç bir qohumluq əlaqəsi yoxdur və iddiaçı məhkəmə iclasında həmin şəxsi tanımadığını bildirmişdir. Belə olan halda Cavabdeh Oqtay oğlunun həmin evdə qeydiyyatda olması onun həmin evdən istifadə hüququnun yaranması anlamına gəlmir. Göründüyü kimi, cavabdehin ünvan 2 ünvanında yerləşən iddiaçıya məxsus ev üzrə qeydiyyatı formal xarakter daşıyır. Bu isə mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə hüququnun pozulması kimi qiymətləndirilməlidir. Buna görə də mülkiyyətçi bu hüququnu həyata keçirmək üçün fərdi yaşayış evindən cavabdehin istifadə hüququnun olmamasının müəyyən edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Oqtay oğlunun ona məxsus olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə etmək hüququnun olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən 10 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 238-244, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Oqtay oğlunun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə etmək hüququnun olmaması müəyyən edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat Cavabdeh Oqtay oğlundan tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-779/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-779/2021
03.08.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver