Məhkəmə qərarları › İş №2(042)-78/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-78/2021

09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-78/2021 09.02.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi Hacıyev Rövşən Hüseyn oğlunun və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh ona borclu olduğu 314 manat məbləğində pul alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Hacıyev Rövşən Hüseyn oğlu iddia ərizəsini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, iddiaçı xx xxxx 2018-ci il tarixdə “xxxx” ASCnin Gədəbəy Filialından kredit almaq üçün müraciət etmişdir. Ona kreditin zamin olacağı təqdirdə verilməsinin mümkün olmayacağı bildirilmişdir. O, bununla əlaqədar cavabdehə müraciət etmişdir. Cavabdeh zamin olmaq üçün razılıq vermiş, lakin 1500 manat miqdarında kreditin 500 manat hissəsinin həmin məbləğə uyğun olan ödənişlərini özü etmək şərtilə ona verilməsini xahiş etmişdir. İddiaçı ilə cavabdeh bu barədə razılıq əldə etmiş, bankdan 1500 manat kredit almışlar. Həmin pulun 500 manatını iddiaçı Bank işçilərinin və onun yanında cavabehə vermişdir. Onlar hərə öz payına düşən pulu hər ay təyin edilmiş günə ödəyəcəkləri barədə razılığa gəlmişlər. Cavabdehin payına kredit borcundan hər ay 27 manat ödəmə düşmüşdür. İddiaçının maaşı gec verildiyi üçün borcun üzərinə faiz gəlmişdir. Razılaşmaya əsasən cavabdehin hər ay ödəyəcəyi 27 manatın üzərinə 3 manat faiz pulu gəldiyinə görə cavabdehin hər ay ödəyəcəyi məbləğ 30 manat təşkil etmişdir. Cavabdeh onun üzərinə düşən kredit borcundan 2-3 ay ödəniş etmiş, lakin daha sonra ödəniş etməmişdir. Cavabdeh borcunu ödəmədiyi üçün həmin məbləğ iddiaçının maaşından tutulmuşdur. İddiaçı bununla bağlı Gədəbəy rayon Məhkəməsinə müraciət etmiş, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehin 2020-ci ilin yanvar ayına kimi iddiaçıya olan borcu yay məzuniyyət pulundan tutularaq iddiaçıya qaytarılmışdır. Hakim Fizuli Mirzəquliyev cavabdehə borcun qalan hissəsinin də iddiaçıya qaytarılmasını xəbərdarlıq etmiş, lakin cavabdeh borcunu ödəməmişdir. Ona görə də iddiaçı təkrar məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı 8 ay 40 manatdan (faizlə birlikdə) hesablanmaqla borcun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manatın və cavabdehin Gədəbəy rayon Məhkəməsinin qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti üzrə Gəncə Apellyasiya Məhkəməsinə getməsi üçün 38 manat yol pulunun cavabdehdən alınaraq iddiaçıya verilməsini istəyir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək iddia tələbini etiraf etmədi və bildirdi ki, o, İddiaçı zamin duraraq xxxx” ASC-nin Gədəbəy Filialından 1500 manat məbləğində kredit götürmüşlər. İddiaçı ilə aralarında olan razılaşmaya əsasən iddiaçı həmin məbləğə uyğun olan ödənişlərini özü etmək şərtilə kredit götürülmüş məbləğin 500 manat hissəsini ona vermişdir. O, borcunda gecikdirmə etdiyi üçün iddiaçı məhkəməyə müraciət etmiş və Gədəbəy rayon Məhkəməsinin qətnaməsinə əsasən o borcundan 371 manat ödəniş etmişdir. O, 2020-ci ilin yanvar ayından sonra borcundan ödəniş etməmişdir. O, pulu iddiaçıya vermiş, lakin iddiaçı ödəniş etməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nın Gədəbəy şəhəri İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1816 saylı arayışdan görünür ki, İddiaçı şəhər İƏD üzrə nümayəndəliyin 16 nömrəli ev təsərrüfatlarının uçotu kitabının 69-cu səhifəsində qeyd edilmişdir. İşdə olan xx xxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı “xxxx” ASC-nin Gədəbəy Filialına 181GTKR8102832AA referens nömrəsinə 596.27 manat ödəniş etmişdir. İşdə olan “xxxx” ASC-nin Gədəbəy Filialı tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Hacıyev X2 Bank” ASC-nin Gədəbəy Filialından xx.xx.2018-ci ildə 1500 manat məbləğində “X3” götürmüş və kreditini tam olaraq bağlamışdir. Haıhazırda 181GTKR8102832AA referens nömrəsi üzrə heç bir kredit öhdəliyi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Аzərbаycаn Rеspublikаsı MPM-nin 14.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və еtirаzlаrının əsаsı kimi istinаd еtdiy hаllаrı sübut еtməlidir. Məcəllənin 217.4-cü mаdəsinə əsаsən məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında işdə iştirak edən şəxslərin izahatları iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında “xxxx” ASC-nin Gədəbəy Filialından birlikdə 1500 manat miqdarında kredit alınması, cavabdehin iddiaçıya zamin durması və götürülmüş kreditin 1000 manatının iddiaçı, 500 manatının isə cavabdehin götürməsi və xx xxxxxx 2019-cu il tarixdən başlayaraq, xx xxxxxxxx 2020-ci il tarixə qədər, götürülmüş məbləğlərə uyğun ödənişlərin, yəni iddiaçı tərəfindən hər ay 54 manat, cavabdeh tərəfindən isə 27 manat ödənilməsi barədə razılıq əldə olunmuşdur. Cavabdeh borcunu ödəmədiyi üçün həmin məbləğ iddiaçının maaşından tutulmuşdur. İddiaçı bununla bağlı Gədəbəy rayon Məhkəməsinə müraciət etmiş, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli qətnaməsi ilə cavabdehin 2020-ci ilin yanvar ayına kimi iddiaçıya olan borcu tutularaq iddiaçıya qaytarılmışdır. Bundan sonra cavabdehə edilən xəbərdarlıqlara baxmayaraq qalan borcunu da ödəməmişdir. Beləliklə cavabdehin kredit borcu üzrə iddiaçıya 8 ay 27 manatdan hesablanmaqla 216 manat əsas borc olmaqla 40 manat gecikdirməyə görə faiz borcu yaranmışdır. Eyni zamanda cavabdehin vermiş olduğu apellyasiya şikayəti üzrə iddiaçı Gəncə Apellyasiya Məhkəməsinə getməsi üçün 38 manat yol pulu xərcləmişdir. Ona görə də, iddiaçı cavabdehdən kredit borcu və gecikdirməyə görə hesablanmış faiz borcu ilə birlikdə 256 manat borcu və 38 manat yol pulunu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 294 manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 20 manat dövlət rüsumu ödəmişdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 294 manat məbləğində pul və 20 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar