Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-785/2024 18.09.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı və cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X11 Mərkəzinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X1rşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, onun işdən azad olunması barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X11 Mərkəzinin direktoru Vasif Nəbiyev tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli, 147/K saylı işdən azad olunma əmrinin ləğv edilməsi, onun əvvəlki iş yerinə, yəni Qalakənd meşəbəyləyinin 10 saylı meşə dolayısının meşə gözətçisi vəzifəsinə bərpa olunması və ona xx.xx.2023-cü il tarixdən işə bərpa olunacağı tarixədək məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X11 Mərkəzinin direktoru Vasif Nəbiyevin xx.xx.2022-ci il tarixli 132/k nömrəli əmri ilə Gədəbəy rayonunun Qalakənd meşəbəyliyinin 10 saylı meşə dolayısına gözətçisi vəzifəsinə təyin edilmişdir. Həmin vəzifədə 27 dekabr 2023-cü il tarixədək işləmişdir. Mərkəzin direktoru Vasif Nəbiyevin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 147/k nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Hesab edir ki, həmin əmr qanunsuz olduğundan ləğv edilməli və o, öz işinə bərpa edilməlidir. Belə ki, o, işdən azad olunan vaxt xəstə olmuş və Gəncə Birləşmiş Şəhərlərarası xəstəxanada müalicədə olmuşdur. Bu faktı təsdiq edən bülleteni iddia ərizəsinə əlavə edir. Əmək qanunverciliyinə görə işçinin büllütündə olduğu müddətdə işdən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi yolverilməzdir. Qeyd etdiyi kimi o, xəstəliyi ilə əlaqədar xəstəxanada olmuş, bu səbəbdən işə gələ bilməmişdir. Bu halı təsdiq edən xəstəlik sənədini ərizəyə əlavə etmişdir. Belə olan halda hesab edir ki, onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdə azad edilməyi qanunsuz olmuşdur. Həmçinin, hesab edir ki, o, xx.xx.2023-cü il tarixdən etibarən məcburi iş buraxmaya görə iş buraxma günləri üçün əmək haqqını tələb etməkdə haqlıdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X11 Mərkəzinin nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini etiraf etmədi və izahatı verərək bildirdi ki, Əliyev X8 və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X11 Mərkəzinin direktoru Vasif Nəbiyevin xx.xx.2022-ci il tarixli 132/k nömrəli əmri ilə Gədəbəy rayonunun Qalakənd meşəbəyliyinin 10 saylı meşə dolayısına gözətçisi vəzifəsinə təyin edilmişdir. İddiaçı 02 oktyabr 2023-cü il tarixdən 27 dekabr 2023-cü il tarixədək işə çıxmamış və həmin müddət ərzində heç bir xəstəliyi ilə əlaqədar sənədi mərkəzə təqdim etməmişdir. Bu barədə aktlar tərtib edilmişdir. Meşələrin İnkişafı Xidmətinin 14 saylı X11 Mərkəzinin direktoru Vasif Nəbiyevin xx.xx.2023-cü il tarixli, 147/k nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. İddiaçı xəstəliyi ilə əlaqədar heç bir sənəd təqdim etməmiş, sadəcə şifahi olaraq bildirmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin faktiki hallarını hərtərəfli araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı aid AZE № ******* nömrəli əmək kitabçasının surətindən və 21 dekabr 2022-ci il tarixli, 132/k nömrəli və 27 dekabr 2023-cü il tarixli, 147/k nömrəli əmrlərin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli, 132/k nömrəli əmrlə, xx.xx.2022-ci il tarixdən Qalakənd meşəbəyliyinin 10 saylı meşə dolayısına gözətçi vəzifəsinə təyin edilmişdir. Qalakənd meşəbəyliyinin 10 saylı meşə dolayısının gözətçisi - İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İşdə olan 14 saylı Regional meşə X3 İttifaqı Komitəsinin 26 dekabr 2023-cü il tarixli, 18 saylı protokolunun surətindən görünür ki, gündəlik məsələdə İddiaçı vəzifəsinə səhlənkar yanaşması nəticəsində meşə fonduna 1924.76 manat ziyan dəyməsi və İddiaçı 02 oktyabr 2023-cü il tarixdən 27 dekabr 2023-cü il tarixədək hər hansı üzrlü səbəblər olmadan işdə olamaması müəyyən edilmiş, 14 saylı RMTM-nin Qalakənd meşəbəyliyinin 10 saylı meşə dolayısının gözətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə vəsatət qaldırılması haqda 14 saylı RMTM-nin direktoru V.Nəbiyevin təqdimatının nəzərə alınması, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bənidə əsasən xitam verilməsi barədə 14 saylı X2rşısında vəsatət qaldrılmasına razılıq verilmişdir. İşdə olan Səhiyyə Nazirliyinin Şəmkir Mərkəzi rayon Xəstəxanasının “publik hüquqi şəxsi” tərəfindən verilmiş 17 oktyabr 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Şəmkir rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində “ÜXİX Gərginlik stenokardiyası f/s İİ (iki) hipertoniya xəstəliyi İİİ (üç) dərəcə yüksək risk. Hipertonik krizlər)” diaqnozu ilə dispanser qeydiyyatında dayanır və ambulator müalicə alır. İşdə olan “Gədəbəy rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi Plankənd kənd Tibb məntəqəsi tərəfindən verilmiş 18 oktyabr 2023-cü il tarixli, 14 saylı arayışın surətindən görünür ki, İddiaçı 02 oktyabr 2023-cü il tarixdən 17 oktyabr 2023-cü il tarixə qədər ev şəraitində ilkin tibbi yardım göstərilmişdir. İşdə olan “Gəncə şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş ******* nömrəli “Əmək qabiliyyətinin olmaması vərəqəsi”inin surətindən görünür ki, İddiaçı 18 oktyabr 2023-cü il tarixdə “Vertebo-bazliyar sistemində qan dövranı pozğunluğu” diaqnozu ilə “Gəncə şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsinə daxil olmuş, 28 oktyabr 2023-cü il tarixədək xəstəxanada müalicə almışdır. Həmin vərəqədə İddiaçı işdən azad edilmə tarixi xx.xx.2023-cü il tarixdən 18 noyabr 2023-cü il tarixədək, işə başlamalı olduğu tarix kimi “xəstəlik davam edir” qeyd edilmişdir. İşdə olan “Gəncə şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən 14 saylı X11 Mərkəzinə ünvanlanmış 01 noyabr 2024-cü il tarixli məktubun surətindən görünür ki, İddiaçı A.Səhət adına xəstəxanada xx.xx.2023-cü il tarixdə “Vertebo-bazliyar sistemində qan dövranı pozğunluğu” diaqnozu ilə stasionar müalicə olunmuşdur. xx.xx.2023-cü il tarixdə kafi vəziyyətdə evə yazılmışdır. İşdə olan “Gəncə şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş ******* nömrəli “Əmək qabiliyyətinin olmaması vərəqəsi”inin surətindən görünür ki, İddiaçı 18 noyabr 2023-cü il tarixdə tarixdə “Vertebo-bazliyar sistemində qan dövranı pozğunluğu”diaqnozu ilə “Gəncə şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsinə daxil olmuş, 28 noyabr 2023-cü il tarixədək xəstəxanada müalicə almışdır. Həmin vərəqədə İddiaçı işdən azad edilmə tarixi 19 noyabr 2023-cü il tarixdən 28 dekabr 2023-cü il tarixədək, işə başlamalı olduğu tarix kimi 29 dekabr 2023-cü il qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 6-cı hissəsinə əsasən, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Məhkəmədə müəyyən edildi ki, iddiaçı hüququnun pozulduğunu bildiyi halda öz məhkəmə müdafiəsi hüququndan istifadə etmiş, hüquqi savadsızlığı ilə əlaqədar məhkəməyə vaxtında müraciət etməmişdir. Nəticədə fərdi əmək mübahisəsinin həll edilməsi üçün iddia ərizəsi və digər zəruri sənədlərin hazırlanması, eləcə də hüquqi savadsızlığı ilə əlaqədar obyektiv hallar iddiaçı tərəfindən müddətin buraxılması ilə nəticələnmişdir. Məhkəmə qeyd olunan obyektiv halları üzürlü hesab edərək, buraxılmış müddəti bərpa edib mübahisəyə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq saymışdır. İşin mübahisələndirilməyən faktiki hallarından aydın olur ki, Əliyev X9 İnkişafı Xidmətinin 14 saylı X11 Mərkəzinin xx.xx.2022-ci il tarixli, 132/k nömrəli əmri ilə, xx.xx.2022-ci il tarixdən Qalakənd meşəbəyliyinin 10 saylı meşə dolayısına gözətçi vəzifəsinə təyin edilmişdir. Qalakənd meşəbəyliyinin 10 saylı meşə dolayısının gözətçisi - İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçı məhkəmədə iddia qaldıraraq o, bülletendə olduğu dövrdə işdə çıxarıldığına görə bunun qanunsuz olduğunu iddia etmiş və işdən azad edilməsinə dair verilmiş əmrin ləğv edilərək yenidən əvvəlki işinə bərpa olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra ƏM-in) 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin “a” bəndinə əsasən, əmək müqaviləsinin xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür. Tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi qaydaları və əsasları ƏM-in 69-cu maddəsi (əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası) və 70-ci maddəsi (işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları) ilə tənzminlənir. İşin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, iddiaçı hazırda cavabdeh olan işəgötürən Gədəbəy rayon Təhsil şöbəsi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X11 Mərkəzin xx.xx.2023-cü il tarixli, 147/K №-li əmri əsasında, yəni işəgötürənin təşəbbüsü ilə işdən azad edilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; [128] e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Qeyd olunan hüquq normaları baxımından məhkəmə qeyd edir ki, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi ilə işçi ilə bağlanmış müqaviləni ləğv etmək üçün, ƏM-in 70-ci maddəsində sadalanan yuxarıdakı şərtlərdən birinin olması tələb olunur. Həmin maddədə sadalanan şərtlərdən biri də “ç” bəndi, yəni işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı 02 oktyabr 2023-cü il tarixdən 17 oktyabr 2023-cü il tarixədək ev şəraitində ambulator qaydada müalicə almış, 18 oktyabr 2023-cü il tarixdə tarixdə “Vertebo-bazliyar sistemində qan dövranı pozğunluğu” diaqnozu ilə “Gəncə şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsinə daxil olmuş, 28 dekabr 2023-cü il il tarixədək xəstəxanada ambulator və stasionar müalicə almışdır. “Gəncə şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş “Əmək qabiliyyətinin olmaması vərəqəsi”lərində İddiaçı işdən azad edilmə tarixi (hər iki vərəqə üzrə ümumilikdə) 18 oktyabr 2023-cü il tarixdən 28 dekabr 2023-cü il tarixədək, işə başlamalı olduğu tarix kimi 29 dekabr 2023-cü il qeyd edilmişdir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndində əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Göründüyü kimi, İddiaçı üzürlü səbəbdən, yəni xəstəliyi ilə əlaqədar olaraq 02 oktyabr 2023-cü il tarixdən 27 dekabr 2023-cü il tarixədək əmək funksiyalarını yerinə yetirə bilməmişdir. Bu fakt işdə olan sənədlər və “Gəncə şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş “Əmək qabiliyyətinin olmaması vərəqəsi”ləri ilə öz təsdiqini tapır. Belə olan halda məhkəmə o, qənaətə gəlir ki, İddiaçı 02 oktyabr 2023-cü il tarixdən 27 dekabr 2023-cü il tarixədək işə gəlməməsi onun əmək vəzifələrini kobud şəkildə pozması kimi qiymətləndirilə bilməzdi və bu əsasla onun işdən azad edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək, əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq əmək münasibətləri sahəsində işəgötürənin vəzifələrindəndir. Həmin Məcəllənin 12-ci maddəsinin 2-ci maddəsinə əsasən, işçilərin hüquqlarını pozan, əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyən, 15 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən, qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsi bağlayan, habelə bu Məcəllənin tələblərinə əməl etməyən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir. Məhkəmədə müəyyən edildi ki, iddiaçı tutduğu meşə gözətçisi vəzifəsindən azad edilərkən onun işə gəlməməsinin səbəbi barədə təşkilata məlumat verməməsi, iddiaçıya bununla əlaqədar yazılı bildiriş göndərilib-göndərilməməsi, iddiaçının üzürlü və ya üzürsüz səbəbdən işə gəlməməsinin yoxlanılmasını təsdiq edən heç bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci bəndinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Məhkəmə qeyd edir ki, iddiaçı barəsində intizam tənbehi tətbiq edilərkən onun izahatı alınmamış, izahatın alınması ilə əlaqədar tədbirlərin həyata keçirilməsini və iddiaçının izahat verməkdən imtina etməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu da onu göstərir ki, iddiaçının izahatı alınmadan cavabdehin əmri ilə işdən azad edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Əmək Məcəlləsi qanunvericilikdə nəzərdə tutulmayan əsasla əmək müqaviləsinə xitam verilməsini qadağan etdiyi halda, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X11 Mərkəzinin direktoru Vasif Nəbiyev Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 70, 76-cı maddələrinin tələbələrinə əməl etməmiş və nəticədə işçi İddiaçı əmək hüquqlarını pozmuşdur. Məhkəmə həmçinin, iddiaçının məcburi iş buraxmaya görə əmək haqqı tələbini araşdırır və hesab edir ki, bu hissədə də iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin birinci hissəsinə əsasən, Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İşin hallarından görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X11 Mərkəzinin direktoru Vasif Nəbiyevin xx.xx.2023-cü il tarixli, 147/K nömrəli əmri ilə İddiaçı işdən azad edilmişdir. İddiaçı 27 dekabr 2023-cü tarixdən işə çıxmamış və ona həmin tarixdən əmək haqqı ödənilməmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X11 Mərkəzinin direktoru Vasif Nəbiyevin xx.xx.2023-cü il tarixli, 147/K nömrəli əmri qanunsuz olduğundan məhkəmə hesab edir ki, 27 dekabr 2023-cü il tarixdən etibarən İddiaçı məcburi iş buraxmaya görə əmək haqqı ödənilməlidir. Məhkəmə toplanmış sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X11 Mərkəzinin direktoru Vasif Nəbiyevin 27 dekabr 2023-cü il tarixli, 147/K nömrəli əmri Azərbaycan Respublikası Əmək Qanunvericiliyinin tələbləri kobud pozulmaqla verildiyindən qanunsuz hesab edilərək ləğv edilməli, İddiaçı əvvəlki işinə bərpa edilməli və 27 dekabr 2023-cü il tarixdən etibarən İddiaçı məcburi iş buraxmaya görə əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı iddia tələbi təmin edilsin. İddiaçı işdən azad edilməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X11 Mərkəzinin direktoru Vasif Nəbiyevin 27 dekabr 2023-cü il tarixli, 147/K nömrəli əmri qanunsuz hesab edilərək ləğv edilsin. İddiaçı əvvəlki işinə, yəni Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X11 Mərkəzinin Qalakənd meşəbəyləyinin 10 saylı meşə dolayısının meşə gözətçisi işinə bərpa edilsin. İddiaçı 27 dekabr 2023-cü il tarixdən işə bərpa olunan vaxtadək məcburi iş buraxmaya görə əmək haqqı ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-785/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-785/2024
18.09.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver