Məhkəmə qərarları › İş №2(042)-788/2022

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-788/2022

09.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-788/2022 09.08.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, Ərizəçi “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qətnamə çıxarılmasını xahiş etmişlər. İşin məhkəmə hazırlıq iclası 09 avqust 2022-ci il tarixə, saat 10:30-a təyin edilmişdir. Ərizəçi oğlu X2 məhkəməyə ərizə verərək, anası Ərizəçi “doğum faktının müəyyən edilməsi” tələbinə dair məhkəməyə ərizə verdikdən sonra xx.xx.2022-ci il tarixə vəfat etdiyini bildirmişdir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.2022-ci il tarixdə Gədəbəy rayonu, Arıxdam kəndində ölmüşdür. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, Ərizəçi öldüyündən və barəsində mübahisə edilən hüquq münasibəti üzrə hüquq varisliyinə yol verilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 262.2-ci maddəsinə əsasən, məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, bu məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən, dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. İş materiallarında olan dövlət rüsumu barədə qəbzin surətindən görünür ki, Ərizəçi tərəfindən məhkəməyə ərizə verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun hüquqi varisinə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 191, 261, 262-264, 268-269-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Ərizəçi “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işin icraatına xitam verilsin və ərizəyə əlavə edilmiş sənədlər, eləcə də, Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun hüquqi varisinə qaytarılsın. Qərardaddan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar