Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-793/2020 21.09.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə,Ərizəçi Maraqlı şəxsnə qarşı qohumluq münasibətlərində olma faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı 1910-cu il tarixdə doğulmuş və xx.xx.1989-cu il tarixdə ölmüş X3 onunla qohumluq münasibətdə olması, yəni, X3 onun qardaşı olması faktının müəyyən edilməsi haqqındaərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə etmiş, izahat verərək bildirmişdir ki, mərhum X8 onun doğma qardaşıdır. Mərhum qardaşı X8 1910-cu il tarixdə doğulmuş və mərhum İmamquliyeva Göyçək Həsənqulu qızı ilə rəsmi nikah qeydiyyatından keçərək evlənib Gədəbəy rayonunun Plankənd kəndində yaşamışlar. Mərhum qardaşı X3 övladı olmadığı üçün onun oğlu X2 öz təsərrüfatlarına yazmaqla onu övlad kimi saxlamışlar. Qardaşı X8 xx.xx.1989-cu il tarixdə, arvadı İmamquliyeva Göyçək Həsənqulu qızı isə xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. Valideyinlərin savadsızlıqları səbəbindən mərhum qardaşı X5 doğum şəhadətnaməsi alınmamışdır. Hal-hazırda o, qardaşından qalmış əmlakı öz adına rəsmləşdirmək istəsə də, onlar arasında qohumluq münasibəti müəyyən edilmədiyi üçün bu mümkün olmamışdır. Bu səbəbdən Maraqlı şəxsnə müraciət etmiş, ona imtina məktubu verilmiş və qohumluq münasibətində olması ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Onun qohumluq faktının müəyyən edilməsi mülki hüquqlarının həyata keçirilməsi ilə əlaqədar zəruridir. Ona görə də ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Мəhkəmə Аzərbaycan Respublikası MPM-nin 185.6-cı madddəsinin tələblərini rəhər tutaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək, bildirmişdir ki, ərizəçinin yaxın qonşusudur. X8 onun qardaşı olmuşdur. Ataları vəfat etdikdən sonra X3 övladı olmamışdır. Lakin hazırki iş üzrə ərizəçinin oğlunu yetkinlik yaşına çatanadək saxlamışlar. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid2 eyniməzmunlu ifadə verdimişdir. İşdə olan X4 surətindən görünür ki, Ərizəçi xx.xx.1934-cü il tarixdə Gədəbəy rayonu, Plankənd kəndində doğulmuş, atası qrafasında X9 qeyd edilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş məktubdan görünür ki, xx.xx.1910-cu il tarixdə doğulmuş X3 doğum haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan Ölüm Haqqında Arayışdan görünür ki, X8 xx.xx.1989-cu il tarixdə Gədəbəy rayonu, Qalakənd kəndində ölmüşdür. İşdə olan Gədəbəy Rayon Notariat Ofisi tərəfindən verilmiş məktubun surətindən görünür ki, ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İşdə olan Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1934-cü il tarixdə Gədəbəy rayonu, Plankənd kəndində doğulmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini,təqdim edilmiş sübutları tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə araşdırmaları ilə xx.xx.1910-cu il tarixdə doğulmuş və xx.xx.1989cu il tarixdə ölmüş X1 Nəbi Qasım oğlunun qardaşı olması faktı sübut edilmişdir. Həmin faktın müəyyən edilməsi, ərizəçinin mülki hüquqlarının həyata keçirilməsi ilə əlaqədar hüquqi əhəmiyyətlidir və ərizəçinin həmin faktı təsdiq edən sənədləri başqa qaydada alması mümkün deyildir. Ona görə də ərizə təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1910-cu il tarixdə doğulmuş və xx.xx.1989-cu il tarixdə ölmüş X8 ilə X3 qohumluq münasibətlərində olması, yəni onların qardaş olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-793/2020
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-793/2020
21.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver