Məhkəmə qərarları › İş №2(042)-793/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-793/2023

06.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-793/2023 06.09.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X20 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mərhum X3ndan miras qalmış, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən, JN-721 KOD 50526018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında verilmiş 0.83 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin ½ hissəsindən və JN-103D KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməinə dair” şəhadətnamə əsasında verilmiş 0.27 ha həyətyanı torpaq sahəsinin ½ hissəsindən ibarət miras əmlakın və mərhum X9ndan miras qalmış, Gədəbəy rayonu Slavyanka kəndində yerləşən, JN-721 KOD 50526018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı asında verilmiş 0.83 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin ½ hissəsindən, JN-103D KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməinə dair” Şəhadətnamə əsasında verilmiş 0.27 ha həyətyanı torpaq sahəsinin ½ hissəsindən və həyətyanı torpaq sahəsində erləşən fərdi yaşayış evindən ibarət miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, miras qoyan X23 atası, X18 isə nənəsidir. X3 ilə babası X7 4 övladı olmuş, onlardan biri atası, digərləri X24, X19 və X10r. X9 anası X11 ilə 2001-ci ildə ailə qurmuşlar, onların bir övladı - o Ərizəçi anadan olmuşdur. Valideynləri 2013-cü ildə nikaha daxil olmuşlar. O, anadan olan vaxt atası ilə anası rəsmi nikahda olmasalar da, onun atalığı müəyyən edilmişdir. X6 xx.xx.2012-ci ildə, X9 xx.xx.2014-cü ildə vəfat etmişdir. Eləcə də babası X14 xx.xx.1991-ci ildə vəfat etmişdir. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli, 05 saylı qərarı ilə Gədəbəy rayonu, Slavyanka kəndində X9nun və nənəsi X15 ümumi birgə mülkiyyətinə 0.83 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə JN-721 KOD 50526018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı tərtib edilmişdir. Eləcə də Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli, 05 saylı qərarı ilə Gədəbəy rayonu, Slavyanka kəndində X9nun və nənəsi X15 ümumi birgə mülkiyyətinə 0.27 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə JN-103D KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməinə dair” Şəhadətnamə tərtib edilmişdir. Nənəsi və babasın sağlığında 1957-ci ildə həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişlər. Babasının və nənəsinin ölümündən sonra ev təsərrüfatbaşına kitabda atasının adına qeyd edilmişdir. Bu barədə Slavyanka kənd İƏD üzrə nümayəndəliyinə şifahi olaraq müraciət etsə də, evin təsərrüfatbaşına kitabda həqiqətən də atasının adına qeyd olunması barədə ona arayış verilməmişdir. Odur ki, bu barədə Slavyanka kənd İƏD üzrə nümayəndəliyinə məhkəmə sorğusu göndərilməsini xahiş edir. O, həmin evdə doğulmuş və orada böyümüşdür. Ev zirzəmidən, 4 otaq və 1 şüşəbənddən ibarət olmaqla birmərtəbəli fərdi yaşayış evidir. Nənəsinin və atasının vəfatından sonra onlardan miras qalmış, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0.83 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə, 0.27 ha həyətyanı torpaq sahəsinə və torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə faktiki olaraq o sahiblik etmişdir. Mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddət ərzində notariat orqanına müraciət etməs də, həmin əmlakları atasından və nənəsindən qalmış miras əmlak olaraq qəbul etməsini şəksiz nümayiş etdirmişdir. Bu halı təsdiq etmək üçün Slavyanka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 746 və 747 saylı vərəsəlik arayışlarını ərizəsinə əlavə edir. Həmin arayışlardan da görünür ki, həqiqətən nənəsindən və atasından qalmış təsərrüfatı o idarə edir. Buna baxmayaraq, qeyd etdiyi kimi, mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddətdə notariat orqanına müraciət etməmişdir. O, atasından və nənəsindən miras qalmış əmlakları öz adına sənədləşdirmək üçün Gədəbəy rayon Notariat ofisinə müraciət etmiş, lakin Gədəbəy rayon Notariat ofisi tərəfindən ona mirasın qəbulu üçün müddəti keçirdiyi üçün vərəslik şəhadətnaməsinin verilməsinin mümkün olmaması barədə xx.xx.2023-ci il tarixli, 440 nömrəli imtina məktubu verilmişdir. Atasından və nənəsindən qalmış miras əmlaklarla bağlı atasının qardaşbacıları və arvadı, yəni onun anası ilə arasında heç bir mübahisə yoxdur. Atasının qardaşı X19, bacıları X24 və X17 nənəsindən qalmış miras əmlakı qəbul etməməsi barədə notarial imtina ərizələri vermişlər. Eləcə də anası X11 atasından qalmış miras əmlakı qəbul etməməsi barədə notarial imtina ərizələri vermişdir. Hal-hazırda atasından və nənəsindən qalmış miras əmlakı qəbul etmək üçün heç bir mübahisə yoxdur. Odur ki, mərhum X3ndan qalmış, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0.83 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin və 0.27 ha həyətyanı torpaq sahəsinin ½ hissəsindən, mərhum X9ndan qalmış, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0.83 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin və 0.27 ha həyətyanı torpaq sahəsinin ½ hissəsindən və həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasım istəyir. Sözügedən 0.83 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə və 0.27 ha həyətyanı sahəsinə mərhum X9nun və mərhum X3nın ümumi birgə mülkiyyət hüququna dair qanuni gözləntisi olmuş, həmçinin, 0.27 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə mərhum X9nun mülkiyyət hüququna dair qanuni gözləntisi olmuş, onlar sağlığında həmin əmlakları daşınmaz əmlakın dövlət reyestrində adlarına qeydiyyata aldırmaqda hər hansı maneə olmamışdır. Ərizəçi məhkəmə iclasında ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Gədəbəy Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, nümayəndəsini məhkəməyə göndərməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nin Slavyanka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 746 nömrəli arayışdan görünür ki, Ərizəçi X9 ölən bir günə kimi Gədəbəy rayonu, Slavyanka kəndində yaşamışdır və xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Mərhumun başqa yerdə yaşayan ailə üzvləri kimi arvadı X11 və oğlu X26 qeyd edilmişdir. X2 ata və anası vəfat etmişdir. İşdə olan Gədəbəy RİHB-nin Slavyanka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 747 nömrəli arayışdan görünür ki, Ərizəçi mərhum X3 ölən bir günə kimi Gədəbəy rayonu, Slavyanka kəndində yaşamışdır və xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Mərhumun başqa yerdə yaşayan ailə üzvləri kimi oğlu X19, qızı X24, qızı X17 və oğlu X23 qeyd edilmişdir. X1 ata və anası vəfat etmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X23 xx.xx.1967-ci il tarixdə anadan olmuşdur. Atası qrafasında X14, anası qrafasında X18 qeyd edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.2002-ci il tarixdə anadan olmuşdur. Atası qrafasında X23, anası qrafasında X11 qeyd edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamələrin lazımi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X23 xx.xx.2014-cü il tarixdə, X18 xx.xx.2012-ci il tarixdə, X14 xx.xx.1991-ci il tarixdə ölmüşdür. İşdə olan JN-721 KOD 50526018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli, 05 nömrəli qərarı ilə X16 və X12 mülkiyyətinə Gədəbəy rayonu, Slavyanka kəndində 0.83 ha torpaq sahəsi verilmişdir. İşdə olan JN-103D KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli, 05 nömrəli qərarı ilə X16 və X12 mülkiyyətinə Gədəbəy rayonu, Slavyanka kəndində 0.27 ha torpaq sahəsi verilmişdir. İşdə olan X24, X19, X17 və X11 tərəfindən notarial qaydada verilmiş ərizələrin lazımi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, onlar X8 qalmış miras əmlakı qanunla nəzərdə tutulmuş müddətdə qəbul etməmişlər və miras əmlakdan onlara düşən paydan imtina edirlər. İşdə olan X11 tərəfindən notarial qaydada verilmiş ərizənin lazımi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, o X13 qalmış miras əmlakı qanunla nəzərdə tutulmuş müddətdə qəbul etməmişdir və vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində deyildir. İşdə olan Gədəbəy rayon Notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 440 nömrəli məktubdan görünür ki, vərəsəliyin qəbulu müddətini keçirdiyinə və mirasın faktiki qəbulu müəyyən edilmədiyinə görə Ərizəçi aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə ərizəçinin miras əmlakın qanun üzrə qəbul edilməsi barədə tələbinin qanuni əsaslarının mövcud olub-olmaması məsələsinin aydınlaşdırılması üçün X13 və X8 miras əmlakın qalıb-qalmaması, miras kütləsinin dairəsinin, hansı vərəsəlik hüquq münasibətlərinin mövcudluğunun, vərəsələrin dairəsinin və mirasın bölüşdürülməsi qaydasının aydınlaşdırılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Məhkəmə iclasında müəyyən olundu ki, X14 və X18 ilə faktiki olaraq evlənib ailə qurmuşlar. Onların birgə yaşadıqları dövrdə X23, X24, X19 və X17 adında dörd övladı olmuşdur. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli, 05 nömrəli qərarı ilə X16 və X12 mülkiyyətinə Gədəbəy rayonu, Slavyanka kəndində müvafiq olaraq sahələri 0.83 ha və 0.27 ha olan torpaq sahələri verilmişdir. X23 xx.xx.2014-cü il tarixdə, X18 isə xx.xx.2012-ci il tarixdə vəfat etmiş, onların ölümündən sonra Gədəbəy rayonu, Slavyanka kəndində müvafiq olaraq sahələri 0.83 ha və 0.27 ha olan torpaq sahələri miras qalmışdır. Odur ki, həmin torpaq sahələri X13 və X8 qalmış miras kütləsinə daxil edilməlidir. Məhkəmə ərizəçinin atasından miras qaldığını iddia etdiyi fərdi yaşayış evinin miras kütləsinə daxil olub-olmaması ilə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Qeyd olunan normalara əsasən məhkəmə hesab edir ki, miras əmlakın kütləsinə miras qoyanın sağlığında qanunun tələbi əsasında malik olduğu əmlak daxildir. Qanunun tələbi isə ondan ibarətdir ki, miras kütləsinə daxil olan əmlak miras qoyanın öldüyü məqamadək mövcud olmalı və həmin əmlak miras qoyana mülkiyyət hüququ ilə məxsus olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəlləsinin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Qeyd edilən normalardan göründüyü kimi, daşınmaz əmlaka dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Lakin, ərizəçi tərəfindən X2 adına mübahisəli əmlaklara dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və ya həmin evin mövcudluğunu və F.Hüseynova məxsus olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, miras əmlakın miras kütləsinə daxil edilməsi üçün həmin əmlak miras qoyanın öldüyü məqamadək mövcud olmalı və qanuni əsasla miras qoyana məxsus olmalıdır. İşə əlavə edilmiş heç bir sənədlə fərdi yaşayış evinin F.Hüseynovun öldüyü məqamadək mövcud olmasını və mərhum F.Hüseynovun həmin fərdi yaşayış evinə mülkiyyət hüququnun olması təsdiq edilmir. Belə olan halda, məhkəmə hesab edir ki, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən mübahisəli tikili (ev) miras kütləsinə daxil edilə bilməz. Məhkəmə miras kütləsinə daxil olan torpaq sahələrinin ərizəçi tərəfindən qəbul edilibedilməməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmə miras əmlaka dair vərəsəlik hüquq münasibətlərinin növünü aydınlaşdıraraq, hesab edir ki, vəsiyyətnamə qoyulmadığından X13 və X8 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüquq münasibətləri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.2-ci maddəsinə əsasən, övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanun üzrə vərəsələrin dairəsi və vərəsələr tərəfindən tərəfindən mirasın qəbul edilib-edilməməsi məsələsini həll edərkən məhkəmə qeyd etməlidir ki, miras qoyan X7 və X12 birgə yaşadıqları dövrdə X23, X24, X19 və X17 adında dörd övladı olmuşdur. X24, X19 və X17 notarial qaydada ərizə verərək D.Hüseynovadan miras qalmış əmlakları qəbul etmədiklərini bildirmişlər. X4 və X5 birgə nikahlarından X30 adında bir övladları anadan olmuşdur. X11 da notarial qaydada ərizə verərək, D.Hüseynovadan və F.Hüseynovdan qalmış miras əmlakı qəbul etmədiyini bildirmişdir. Bununla da məhkəmə onların mirası qəbul etməməsini nəzərə alır və hesab edir ki, onlar qanunla müəyyən edilmiş müddət ərzində mirası qəbul etmədiklərindən qey edilən miras əmlaklara vərəsə olmaq hüququnu itirmişlər. Odur ki, Ərizəçi X3nın və X9nun ölümündən sonra qalmış mirası qanun üzrə vərəsə olaraq qəbul etmişdir. Belə ki, miras qalmış əmlaklar hazırda da ərizəçinin faktiki nəzarətindədir və həmin əmlakları o idarə edir. Beləliklə, məhkəmə işdəki sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, X12 ölümündən sonra qalmış, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən, JN-721 KOD 50526018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında verilmiş 0.83 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin ½ hissəsindən və JN-103D KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməinə dair” şəhadətnamə əsasında verilmiş 0.27 ha həyətyanı torpaq sahəsinin ½ hissəsində ibarət miras əmlakın və X16 ölümündən sonra qalmış, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən, JN-721 KOD 50526018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında verilmiş 0.83 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin ½ hissəsindən və JN-103D KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməinə dair” şəhadətnamə əsasında verilmiş 0.27 ha həyətyanı torpaq sahəsinin ½ hissəsində ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, ərizə fərdi yaşayış evindən ibarət əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə qismən təmin edilsin. X12 ölümündən sonra qalmış, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən, JN- 721 KOD 50526018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında verilmiş 0.83 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin ½ hissəsindən və JN-103D KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməinə dair” şəhadətnamə əsasında verilmiş 0.27 ha həyətyanı torpaq sahəsinin ½ hissəsindən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. X16 ölümündən sonra qalmış, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən, JN- 721 KOD 50526018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında verilmiş 0.83 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin ½ hissəsindən və JN-103D KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməinə dair” şəhadətnamə əsasında verilmiş 0.27 ha həyətyanı torpaq sahəsinin ½ hissəsindən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar