Məhkəmə qərarları › İş №2(042)-794/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-794/2022

22.09.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-794/2022 22.09.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, iddiaçılar İddiaçı və X3 iştirakları ilə İddiaçı və X3 Cavabdeh qarşı evə köçürülmə və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələblərinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı azyaşlı uşaqları xx.xx.2002-ci il təvəllüdlü X6 və xx.xx.2008ci il təvəllüdlü X4 ilə birlikdə Cavabdeh məxsus Gədəbəy rayonunun Ataxal kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi və Cavabdeh ilə birgə yaşadıqları dövrdə əldə etdikləri əmlakın bölünməsi tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında X6 ərizə verərək, iddiaçı qismində onun da cəlb edilməsini xahiş etmiş və iddiaçı qismində cəlb edilmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, o, Cavabdeh ilə xx.xx.1996-cı ildə qeyri-rəsmi ailə qurmuşdur. Aralarıda rəsmi nikah olmamışdır. Birgə ailə münasibətlərindən onların xx.xx.2002-ci il tarixdə X6 və xx.xx.2008-ci il tarixdə X4 doğulmuşlar. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2 (042)-531/2019 saylı qətnaməsi ilə azyaşlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi, 240 manat miqdarında aliment təyin edilmişdir. Hazırda uşaqlardan biri yetkinlik yaşına çatmış, biri isə azyaşlıdır. Yetkinlik yaşına çatmış xx.xx.2002-ci il təvəllüdlü X6 xəstədir və ona baxmaqda çətinlik çəkir. Hazırda övladları ilə birlikdə kirayədə yaşayır. Cavabdehlə ailə qurduqdan sonra cavabdehə məxsus Gədəbəy rayonunun Ataxal kəndində yerləşən fərdi yaşayış evinə köçmüşdür. Övladları həmin evdə doğulmuş, həmin evdə böyümüşlər. Nikahları olmasa da, birgə yaşadıqları müddətdə cavabdehin adına Bakı şəhərində ev almışlar. Hazırda birgə yaşadıqları dövrdə əldə etdikləri evin bölünməsini və gəlin köçdüyü Gədəbəy rayonunun Ataxal kəndində yerləşən fərdi yaşayış evinə azyaşlı uşaqları ilə birlikdə köçmək istəyir. O, evə köçmək üçün mediasiya xidmətinə müraciət etsə də cavabdehin mediasiya sessiyasına gəlməməsi səbəbindən mediasiya prosesinə xitam verilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də, iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçı X6 eyniməzmunlu izahat verərək, iddia tələblərinin təmin edilməsini xahiş etmişdir Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada bildiriş göndərilmiş, lakin cavabdehə göndərilmiş bildirişlər onun həmin ünvanda yaşamaması qeydi ilə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan DƏDRX-nin 11 Saylı Ərazi İdarəsi tərəfindən verilmiş Arayışdan görünür ki, Cavabdeh adına Bakı şəhəri, Nizami rayonu, Məmmədli Şərifli küçəsi, ev 9, 219 nömrəli mənzil daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınaraq, 26 aprel 2018ci il tarixli **********34-05301-093265 reyestr nömrəli çıxarış verilmişdir. Gədəbəy rayonu, Ataxal kəndində yerləşən fərdi yaşayış evi Cavabdeh adına qeydiyyata alınaraq, xx.xx.2014-cü il tarixdə **********37-10301 nömrəli çıxarış verilmişdir. İşdə olan Arayışın surətindən görünür ki, İddiaçı Gədəbəy Rayon Ataxa Kənd İƏD üzrə Nümayəndəlikdə qeydiyyatda olmaqla Cavabdeh övladları X6 və X4 ilə birlikdə yaşayır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, habelə, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Tərəflərin izahatlarından və işin mübahisələndirilməyən hallarından görünür ki, iddiaçı Cavabdeh ilə 1996-cı ildə ailə qurmuş və cehiz əmlakı ilə birlikdə Cavabdeh məxsus Gədəbəy rayonu, Ataxal kəndində yerləşən evə köçmüşdür. Ona görə də tərəflər arasındakı mübahisə maddi hüquq münasibətinin yarandığı zamana uyğun olaraq, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü mаddəsinə əsаsən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əssən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 9.1-ci maddəsinə əsasən nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış əlavə edilməklə, bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Məcəllənin 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Məcəllənin 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Məcəllənin 36.4-cü maddəsinə əsasən, məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Beləliklə, İddiaçı 1996-cı ildə Cavabdeh ilə ailə qurmuş və ailə üzvi kimi, Cavabdeh məxsus evə köçmüşdür. Həmin vaxtdan, yəni, 20 ildən artıq bir müddət ərzində o, heç bir qeyd-şərt və etiraz olmadan həmin evdə yaşamış, cavabdehlə birlikdə evin saxlanmasında və təsərrüfatın idarə edilməsində iştirak etmişdir. Həmin evdə onun övladları doğulmuş və yaşamışlar. Bu müddət ərzində iddiaçıların cavabdehlə ümumi təsərrüfat aparması mübahisələndirilmədiyi üçün, yaşayış evinin hüquqi statusundan asılı olmayaraq, onların evə və digər tikililərə istifadə hüququ yaranmışdır. Məhkəmə digər iddia tələbinə, yəni, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə münasibət bildirərək, belə nəticəyə gəlir ki, tərəflər arasında nikah olmadığı üçün bu tələb təmin edilməməlidir. Ona görə də iddia tələbləri qismən təmin edilməli, iddiaçılar X2 Hüsniyyə Səfxan qızı azyaşlı övladı xx.xx.2008-ci il təvəllüdlü X4 ilə birlikdə Gədəbəy rayonunun Ataxal kəndində yerləşən, Cavabdeh məxsus fərdi yaşayış evinə köçürülməlidirlər. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360, 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia tələbləri qismən təmin edilsin. X6, İddiaçı və xx.xx.2008-ci il təvəllüdlü X1 rayonunun Ataxal kəndində yerləşən, Cavabdeh məxsus fərdi yaşayış evinə köçürülsünlər. Ödənilmiş 50 manat dövlət rüsumunun və 50 manat mediasiya xərcinin əvəzi Cavabdeh alınaraq, İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar