Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-8/2021 27.10.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsindən çıxarılma və maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 31.08.1998-ciu il tarixli, 52 saylı qərarı ilə verilmiş, Gədəbəy rayonu, Çalburun kəndində yerləşən, JN-124D KOD 50500058 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında ona və ailə üzvlərinə məxsus olan 0.26 ha torpaq sahəsindən cavabdeh X1 çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona və ailə üzvlərinə Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1997-ci il tarixli, 13/1 nömrəli qərarı ilə JN-312 KOD 50515018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında verilmiş 0.23 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsi onlara verildiyi vaxtdan bu günə kimi həmin torpaq sahəsinin hamısını cavabdehlər Cavabdeh1 Zirəddın oğlu, Cavabdeh2 və Cavabdeh3 qanunsuz olaraq zəbt edərək otunu biçib aparırlar. Hazırda sözügedən torpaq sahəsindən istifadə edə bilmir. Cavabdehlərin uzun illərdir, onun torpaq sahəsini qanunsuz olaraq zəbt edib otunu biçmələrini kənd camaatı da, Düzyurd bələdiyyəsi də, Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının Düzyurd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi də bilir. O, cavabdehlərdən bu qanunsuz hərəkətlərinə son qoymağı dəfələrlə xahiş etsə də, cavabdehlər buna məhəl qoymurlar. Onu da qeyd edir ki, bir il ərzində həmin 0.23 ha torpaq sahəsindən 1 ton ot çıxır. Otun bir kiloqramının qiyməti orta hesabla 20 qəpikdir. Beləliklə, cavabdehlər 22 il ərzində ona 4400 manat maddi ziyan vurmuşdur. Bu barədə bir çox aidiyyəti orqanlara müraciətlər etmişdir. Lakin mübahisə mülki xarakterli olduğundan ona məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Onun hüquqları cavabdehlər tərəfindən kobudcasına pozulur. Cavabdehlərin ona məxsus torpaq sahəsindən qanunsuz olaraq istifadə etmələri davamlı olaraq mübahisələrə səbəb olur. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəmə heç bir məlumat verməmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasında ərizə verərək işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılıb qərar qəbul edilməsini tələb etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etmədi və izahatında göstərdi ki, o, iddiaçının torpaq sahəsini istifadə etmir. Belə ki, onun öz torpaq sahəsini istifadə edir. Torpaq sahəsinə dair əlində sənədi vardır. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh3 məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etmədi və Cavabdeh1 izahatı ilə eyni məzmunlu izahat verdi. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayon İHB-nın Düzyurd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlardan görünür ki, İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hal-hazırda Düzyurd kəndində qeydiyyatdadır və yaşayır. İşdə olan JN-312 KOD 50515018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 04.12.1997-ci il tarixli, 13/1 saylı qərarı ilə Gədəbəy rayonu, Düzyurd kəndində X3 və onun ailə üzvlərinə 0.23 ha torpaq sahəsi verilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin 07.08.2019-cu il tarixli, 2(042)-692/2019 saylı qətnaməsinin surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 01 dekabr 1999-cu il tarixli, 13/1 saylı qərarı ilə verilmiş JN-312 KOD 50515018 saylı Dövlət aktının İddiaçı məxsus olması faktı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 03 dekabr 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, mütəxəssis tərəfindən mübahisəli ərazidə lazımi ölçülər götürülmüş, lakin kameral şəraitdə dəqiqləşdirilmə aparılarkən kəndin kompleks yerquruluşu xəritəsi, hüquq müəyyənedici sənədlərin koordinatları və faktiki vəziyyətin arasında uyğunsuzluqlar aşkar olunduğu üçün rəy vermək və qərardadda göstərilmiş sualları cavablandırmaq mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 15 sentyabr 2021-ci il tarixli, 10/4284 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Tovuz Layihə-Tədqiqat İdarəsinin mütəxəssisi İlqar Məmmədovun mütəxəssis rəyində qeyd edilir ki, mütəxəssis tərəfindən mübahisəli ərazidə çöl ölçmə işləri aparılmış, lakin kameral şəraitdə dəqiqləşdirmə aparılarkən kompleks yerquruluşu xəritəsi, hüquqmüəyyənedici sənədlərin koordinatları və faktiki vəziyyət arasında uyğunsuzluqlar aşkar olunduğu üçün rəy vermək və qərardadda qoyulmuş sualları cavablandırmaq mümkün olmamışdır. Ekspert tərəfindən qeyd olunur ki, mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Broniovski Polşaya qarşı” işində Avropa İnsan hüquqları Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyildir. Maddi əşyalar kimi əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hesab edilə bilər. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı, həmin torpaq sahəsi cavabdehlərin sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. MPM-in 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmədə işdə iştirak edən şəxslərin izahatı və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 04.12.1997-ci il tarixli, 13/1 saylı qərarı ilə Gədəbəy rayonu, Düzyurd kəndində İddiaçı və onun ailə üzvlərinə 0.23 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə JN-124D KOD ******* saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı tərtib olunmuşdur. İddiaçı məhkəmədə iddia qaldıraraq ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən tutulduğunu iddia edir. İş üzrə texniki köməklik göstərilməsi üçün mütəxəssis cəlb edilmiş, mütəxəssis rəyinə əsasən, mütəxəssis tərəfindən mübahisəli ərazidə lazımi ölçülər götürülmüş, lakin kameral şəraitdə dəqiqləşdirilmə aparılarkən kəndin kompleks yerquruluşu xəritəsi, hüquq müəyyənedici sənədlərin koordinatları və faktiki vəziyyətin arasında uyğunsuzluqlar aşkar olunduğu üçün rəy vermək və qərardadda göstərilmiş sualları cavablandırmaq mümkün olmamışdır. Eləcə də, ekspert rəyinə əsasən, mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinin iddiaçıya məxsusluğu, onun hər hansı hissəsinin cavabdehlər tərəfindən qanunsuz tutulması tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmadığından iddia tələbi bu hissədə əsassızdır. Eləcə də iddiaçı ona məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə edilməsi nəticəsində ona 4400 manat zərər vurulduğunu bildirsə də, o, cavabdehlərin həmin torpaq sahəsindən necə istifadə etməsi, istifadə nəticəsində ona vurulmuş ziyanın nədən ibarət olması, həmin ziyanın necə yaranması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etmədi. MPM-in 77.1-ci maddəsinə əsasən, qeyd olunan halları sübut etmə yükü iddiaçının üzərinə düşdüyündən, MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğundan məhkəmə hesab edir ki, iddiaçının maddi ziyan hissəsində də tələbi əsassızdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin qanuni əsasının dispozitiv şərtləri mövcud olmadığından rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmişdir. Eləcə də, mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc 99.56 manat və məhkəmə tikinti-texniki ekspertizasının ekspert rəyinin verilməsinə görə çəkilən xərc isə 50 manat təşkil etmişdir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu və hazırkı iş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsindən çıxarılma və maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. İş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc olaraq 99.56 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq "xxxx" MMC-nin AZ23AİİB******************** №-li hesablaşma hesabına köçürülsün. İş üzrə ekspert rəyinin verilməsinə görə çəkilən xərc olaraq 50 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN: **********1, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-8/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-8/2021
27.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver