Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-8/2024 28.08.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və cavabdeh X2 iştirakı ilə İddiaçı cavabdeh X3 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X3 qarşı Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(104)-95/2017 nömrəli xx.xx.2017-ci il tarixli qərardadına əsasən Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş Dövlət Aktı ilə 2021,15 kvm sahəsi olan 717 A nömrəli ona məxsus əkin torpaq sahəsinin cavabdehlər Cavabdeh və onun ailə üzvlərinin boşaldılması və ona təhvil verilməsi tələbi haqqında iddia ərizəsi ilə mhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etmiş və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbinə etiraz etmiş, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 12 dekabr 2012-ci il tarixli 2(042)- 1177/2012 saylı qətnaməsindən görünür ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Gədəbəy rayonunun Söyudlü kəndində yaşamış mərhum anası X1 adına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gədəbəy rayon şöbəsi və Dövlət Yerqurluş Layihə İnstitutu tərəfindən 02 avqust 1999-cu ildə verilmiş JN- 717 KOD 50500048 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktının 3-cü vərəsində qeyd edilən 2012.15 kv.m sahəsi olan 717 A nömrəli əkin torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılıması,həmin torpaq sahəsi üzərində ona mülkiyyət hüququnun tanınması və Cavabdeh adına verilmiş Dovlət aktının ləğv edilməsi və onun mübahisəli torpaq sahəsindən məcburi qaydada çıxarılmasını xahiş etmiş, iddia tələbi qismən təmin edilmiş Cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gədəbəy Rayon Şöbəsi və X4 tərəfindən 02 avqust 1999-cu ildə verilmiş JN717 KOD 50500048 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 3-cü vərəqəsində qeyd edilən 2012,15 kvm sahəsi olan 717A nömrəli torpaq sahəsindən çıxarılması qət ediolmiş, qətnamə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi var. Ona görə də iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 261, 262-264, 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İş üzrə icraata xitam verilsin. Qərardaddan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-8/2024
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-8/2024
28.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver