Məhkəmə qərarları › İş №2(042)-801/2020

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-801/2020

19.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-801/2020 19.08.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, iddiaçı Ərizəçi fərdi yaşayış evinin və torpaq sahəsinin satın alınması faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdi: İddiaçı Ərizəçi fərdi yaşayış evinin və torpaq sahəsinin satın alınması faktının müəyyən edilməsi tələbinə dair məhkəməyə ərizə ilə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyü məsələsinə baxılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsində cavabdeh göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə Ərizəçi fərdi yaşayış evinin və torpaq sahəsinin satın alınması faktının müəyyən edilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin iddia ərizəsində cavabdehi qeyd etməmişdir. Ona görə də iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Ərizəçi fərdi yaşayış evinin və torpaq sahəsinin satın alınması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar