Məhkəmə qərarları › İş №2(042)-815/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-815/2023

20.09.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-815/2023 20.09.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, iddiaçı X2 iştirakı ilə, iddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququnun tanınması və evə köçürülmə tələblərinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə birgə yaşadıqları Gədəbəy rayonu, Plankənd kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi və yaşayış evindən istifadə hüququna dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı X7 iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, o, 2002-ci ildə Cavabdeh1 ilə qeyri-rəsmi ailə qurmuş, nikahlarını xx.xx.2007-ci il tarixdə Gədəbəy rayonu, X22 İƏD üzrə Nümayəndəliyində rəsmiləşdirmişər. Birgə nikahlarından üç uşaqları olmuş, onlardan xx.xx.2004-cü il doğum tarixli X10 yetkinlik yaşına çatmışdır. Cavabdeh1 ilə aralarında olan narazılığa görə ayrılmış, ayrıldığı vaxtdan uşaqları ilə birlikdə kirayədə yaşayır. Onun Həsənlə ailəsini bərpa etməyi mümkün olmadığından məhkəmə nikahın pozulması ilə bağlı iddia qaldırmışdır. Həmçinin bildirir ki, o, cavabdehlə ailə qurduqdan sonra, yəni, 2002-ci ildə ona məxsus olan Gədəbəy rayonu, Plankənd kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və uşaqları ilə birlikdə həmin evdə yaşamışdır. Uşaqları həmin evdə böyümüşdür. Hazırda uşaqları ilə yaşamağa evi yoxdur və kirayədə yaşamaq məcburiyyətindədir. Bunun üçün isə kifayət qədər maddi imkanı yoxdur. Halbuki 20 ilə yaxın bir müddətdə cavabdehlərə məxsus evdə yaşamış, onlarla birgə təsərrüfat aparmış, evin, təsərrüfatın saxlanması və yaxşılaşdırılmalarında öz əməyi və vəsaitləri ilə iştirak etmişdir. Ona görə də, iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 01 sentyabr 2023-cü il tarixdə keçirilmiş hazırlıq iclasında izahat verərək, bildirmişdir ki,həqiqətən Gədəbəy rayonu, Blankənd kəndində yaşayış evi vardır. O, iddia tələbini etiraf edir, lakin ahıl yaşı ilə əlaqədar baxış iclasında iştirak etməyəcək. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirakı etməmiş, bunun səbəbləri barədə məhkəmə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X4 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, iddiaçı və cavabdehlər onun həmkəndliləridir. İddiaçı 2002-ci ildə cavabdehlər məxsus evə gəlin köçmüş və 20 ilə yaxın həmin evdə uşaqları ilə birlikdə yaşamışdır. İddiaçının üç övladı var, onlardan biri yetkinlik yaşına çatmışdır. Bildiyinə görə iddiaçı ilə cavabdehlə arasında ailə problemlərinə görə münasibətlər pozulmuşdur. X8 məhkəmə iclasında X9 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan iddiaçıya aid şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 rayonu, Miskinli kəndində qeydiyyatdadır. İşdə olan X6 surətlərindən görünür ki, X10 xx.xx.2004-cü il tarixdə, X11 xx.xx.2005-ci il tarixdə,X14 xx.xx.2013-cü il tarixdə doğulmuş, ataları qrafasında Cavabdeh1 Bpyükkişi oğlu, anaları qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, o, Gədəbəy rayonu, Blankənd kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının və cavabdehlərin izahatlarını, habelə, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İddiaçının izahatından, şahid ifadələrindən və işin mübahisələndirilməyən hallarından görünür ki, iddiaçı X7 Cavabdeh1 ilə 2002-ci ildə qeyri-rəsmi ailə qurmuş, cavabdehlərə məxsus Gədəbəy rayonu, Plankənd kəndində yerləşən evə gəlin köçmüş, xx.xx.2007-ci il tarixdə cavabdehlə rəsmi nikaha daxil olmuşdur. Ona görə də tərəflər arasındakı mübahisə maddi hüquq münasibətinin yarandığı zamana uyğun olaraq, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü mаddəsinə əsаsən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Məcəllənin 51.2-ci maddəsinə əsasən uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Məcəllənin 28.3-cü maddəsinə əsasən 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Azərbaycan Respublikası MPM-nin 72.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər. Beləliklə, iddiaçı 2002-ci ildə Cavabdeh1 ilə ailə qurmuş və ailə üzvü kimi, Cavabdeh2 məxsus evə köçmüşdür. Həmin vaxtdan, yəni, 21 il ərzində o, heç bir qeydşərt və etiraz olmadan həmin evdə yaşamış, cavabdehlərlə birlikdə evin saxlanmasında və təsərrüfatın idarə edilməsində iştirak etmişdir. Həmin evdə onun övladları doğulmuş və yaşamışlar. Cavabdehlərin heç birinin evə mülkiyyət hüququ qeydə alınmamışdır. Bu müddət ərzində iddiaçının cavabdehlərlə ümumi təsərrüfat aparması mübahisələndirilmədiyi üçün, yaşayış evinin hüquqi statusundan asılı olmayaraq, onun evə və digər tikililərə istifadə hüququ yaranmışdır. Ona görə də iddia ərizəsi təmin edilməli, iddiaçı X2 cavabdehlərə məxsus Gədəbəy rayonu, Plankənd kəndində yerləşən evə istifadə hüququ tanınmalı və o, həmin evə köçürülməlidir. Məhkəmə bu nəticəyə gələrkən o halı da nəzərə almışdır ki, Cavabdeh2 məhkəmə hazırlıq iclasında iddia tələbini etiraf etmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360, 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia tələbi təmin edilsin. İddiaçı X2 Cavabdeh2 məxsus Gədəbəy rayonu, Plankənd kəndində yerləşən evə istifadə hüququ tanınsın və o, həmin evə köçürülsün. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq, X3 verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar