Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-82/2024 05.02.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, ərizəçi Ərizəçi iştirakı ilə, ərizəçi X2 Maraqlı şəxsnə qarşı qohumluq münasibətlərində olma faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi X6 Maraqlı şəxsnə qarşı 24 avqust 2006-cı ildə Gədəbəy rayonu, Qarıkənd kəndində ölmüş X7 onunla qohumluq münasibətində olması, yəni, X8 onun nənəsi olması hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi X6 məhkəmə iclasında ərizəsini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, o, xx.xx.1964-cü il tarixdə Gədəbəy rayonu, Qarıkənd kəndində doğulmuşdur. Onun X1 və anası X12 olmuşdur. X1 xx.xx.2012-ci il tarixdə, anası X12 xx.xx.2002-ci il tarixdə ölmüşdür. X14 onun atasının anası olmuşdur. Nənəsi xx.xx.2006-cı il tarixdə ölmüşdür. O, nənəsindən qalmış miras əmlakı qəbul etmişdir. Lakin vərəsəlik şəhadətnaməsi almaq istərkən məlum olmuşdur ki, X1nun doğum haqqında şəhadətnaməsi olmamışdır. Bu səbəbdən onun nənəsi ilə qohum münasibətində olmasının müəyyən edilməsi mümkün olmamışdır. Ona görə də ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Мəhkəmə Аzərbaycan Respublikası MPM-nin 185.6-cı madddəsinin tələblərini rəhbər tutaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş X10 ifadə verərək bildirmişdir ki, ərizəçini tanıyır. Ərizəçinin atası Tapdıq, anası Solmaz və ata nənəsi Sultan olmuşdur. Məhkəmə iclasında digər şahid X16 eyniməzmunlu ifadə vermişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsündən” görünür ki, Gədəbəy Rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 13 nömrəli qərarı ilə X11 Gədəbəy rayonu, Qarıkənd kəndində 2497.33 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Arayışlardan görünür ki, X9 xx.xx.2012-ci il tarixdə, X14 xx.xx.2006-cı il tarixdə, X13 xx.xx.2002-ci il tarixdə Gədəbəy rayonu, Qarıkənd kəndində ölmüşlər. İşdə olan Arxiv Arayışından görünür ki, X5 05 aprel 1941-ci il tarixdə doğulması, atasının X15, anasının X14 olması qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini və təqdim edilmiş sübutları tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə araşdırması ilə X3 24 avqust 2006-cı il tarixdə Gədəbəy rayonu, Qarıkənd kəndində ölmüş X14 ilə qohumluq münasibətində olması, yəni, X7 ərizəçinin nənəsi olması faktı sübut edilmişdir. Həmin faktın müəyyən edilməsi ərizəçinin vərəsəlik hüquqlarının həyata keçirilməsi ilə əlaqədar hüquqi əhəmiyyətlidir və ərizəçinin həmin faktı təsdiq edən sənədləri başqa qaydada alması mümkün deyildir. Ona görə də ərizə təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i : Ərizə təmin edilsin. X3 24 avqust 2006-cı il tarixdə Gədəbəy rayonu, Qarıkənd kəndində ölmüş X14 ilə qohumluq münasibətində olması, yəni, X7 onun nənəsi olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-82/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-82/2024
05.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver