Məhkəmə qərarları › İş №2(042)-821/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-821/2023

26.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-821/2023 26.10.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Мirzəquliyеv Fizuli Bаlаğа oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Gədəbəy Rayon Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi haqqında ərizəsinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Gədəbəy Rayon Notariat Ofisinə qarşı nənəsi X1 miras qalmış Gədəbəy rayonu, Əlinağılar kəndində yerləşən və DƏDRX-niin 11 saylı Ərazi İdarəsi tərəfindən 12 may 2023-cü il tarixdə mülkiyyətə verilmiş 190,6 kvm yaşayış evi və 0,25 ha həyətyanı torpaq sahəsinə buraxılmış müddət bərpa edilməklə mirasın faktiki olaraq onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X7 ərizəni müdafiə etmiş, izahat verərək bildirmişdir ki, mirasqoyan X4 ərizəçinin nənəsi olmuşdur. Mirasqoyanın mülkiyyətində Gədəbəy rayonu, Əlinağılar kəndində həyətyanı torpaq sahəsi və yaşayış evi olmuşdur. Mirasqoyan əmlakını ərizəçiyə vəsiyyət etmişdir. Mirasqoyan 01 fevral 1987-ci il tarixdə vəfat etmişdir. Ərizəçi onun ölümündən sonra ondan miras qalmış evdə yaşamaqla mirası qəbul etmişdir. Digər vərəslər mirası qəbul etməmişlər. Ona görə də ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Gədəbəy Rayon Notariat Ofisinə məhkəmə baxış iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək, bildirmişdir ki,ərizəçi onun qonşusudur. Cəfərova Fatma ərizəçinin nənəsi olmuşdur. Onun Gədəbəy rayonu, Əlinağılar kəndində evi və həyətyanı torpaq sahəsi olmuşdur. Fatma Cəfərova 1987-ci ildə vəfat etmişdir. Fatma Cəfərovanın öz övladları da vəfat etmişlər. Fatma Cəfərovadan miras qalmış əmlakı nəvəsi Ərizəçi miras kimi qəbul etmiş, həmin evdə yaşamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmişCəfərov Nəzmi Hüseyn oğlu eyniməzmunlu ifadə vermişlər. İşdə olan Vəsiyyətnamənin surətindən görünür ki, X8 bütün əmlakını nəvəsi Ərizəçi vəsiyyət etmişdir. İşdə olan Arayışın surətindən görünür ki, X4 03 fevral 1987-ci il tarixdə ölmüşdür. İşdə olan Çıxarışın surətindən görünür ki,Gədəbəy rayonu, Əlinağılar kəndində yerləşən 0.25 ha torpaq sahəsi və üzərində yerləşən yaşayış evinə X2 mülkiyyət hüquqları qeydə alınmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini və işdə olan sənədləri təhlil edərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məcəllənin 1159.1. və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sayılırlar. Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məcəllənin 1255-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsrinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, mirasqoyan X4 03 fevral 1987-ci il tarixdə ölmüşdür. Onun Gədəbəy rayonu, Əlinağılar kəndində yerləşən 0.25 ha torpaq sahəsi və üzərində yerləşən yaşayış evinə mülkiyyət hüquqları qeydə alınmışdır. O, bütün əmlakını ərizəçiyə vəsiyyət etmiş və ərizəçi ondan miras qalmış Gədəbəy rayonu, Əlinağılar kəndində yerləşən 0.25 ha ölçüdə həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzəruində yerləşən 190,6 kvm ölçüdə yaşayış evini miras kimi qəbul etmişdir. Digər vərəsələr mirası qəbul etməmişlər. Ona görə də ərizə təmin edilməli, ərizəçi tərəfindən mərhum X2 mülkiyyətində olmuş Gədəbəy rayonu, Əlinağıar kəndində yerləşən 0.25 ha ölçüdə həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzəruində yerləşən 190,6 kvm ölçüdə yaşayış evinindən ibarət miras əmlakın qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi tərəfindən mirasqoyan X2 mülkiyyətində olmuş Gədəbəy rayonu, Əlinağıar kəndində yerləşən 0.25 ha ölçüdə həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzəruində yerləşən 190,6 kvm ölçüdə yaşayış evindən ibarət miras əmlakın qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar