Məhkəmə qərarları › İş №2(042)-822/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-822/2023

03.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-822/2023 03.10.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X16 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mərhum X8 miras qalmış Gədəbəy rayonu, Böyük Qaramurad kəndində yerləşən 1975-ci il tarixdə inşa edilmiş ümumi sahəsi 80 kv.m olan fərdi yaşayış evinə və 0.25 ha həyatyanı torpaq sahəsinə buraxılmış müddəti bərpa edilməklə mirasın faktiki olaraq onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, miras qoyan onun mərhum qayınanası və mərhum arvadıdır. Mərhum X1na məxsus Gədəbəy rayonu, Böyük Qaramurad kəndində 1975-ci il tarixdə inşa edilmiş 80 kv.m ibarət yaşayış evi və 0.25 ha həyətyanı torpaq sahəsi olmuşdur. Mərhum X1 xx.xx.1997-ci il tarixdə, arvadı X15 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. X1 Gədəbəy rayonu ərazisində torpaqların islahatı aparılmamışdan əvvəl vəfat etdiyi üçün həmin torpaq sahəsi islahatdan kənarda qalmışdır. Lakin Gədəbəy rayon Dövlət arxivi tərəfindən verilmiş təsərrüfatbaşına kitabdan çıxarışda 1975-ci il tarixdə inşa edilmiş 80 kv.m ibarət yaşayış evi və 0.25 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. X1 vəfat etdikdən sonra həmin təsərüfatı mərhum arvadı R.İbrahimova və o idarə etmişdir. Qayınanasının və arvadının dəfn mərasimlərini o həyata keçirmişdir. Miras faktiki olaraq onun tərəfindən qəbul edilmişdir. Arvadı R.İbrahimova vəfat etdikdən sonra həmin evdə o ailə üzvüləri ilə birlikdə yaşamışdır. Mərhum arvadı ilə onun birgə nikahlarından iki övladları olmuşdur ki, həmin uşaqların hər ikisi də notarial qaydada ərizə verərək onun xeyrinə miras əmlakı qəbul etməkdən imtina etmişlər. Həmin fərdi yaşayış evini və torpaq sahəsini öz adına vərəsəlik qaydasında keçrilməsi ilə əlaqadar Maraqlı şəxsna və DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə müraciətlər etmişdir. Lakin Notariat ofisi tərəfindən qanunla müəyyən edilmiş müddət ötrüldüyü üçün miras mülklə ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olumuşdur. Sözügedən fərdi yaşayış evinin və 0.25 ha həyətyanı torpaq sahəsinin onun adına rəsimləşdirmək məqsədi ilə sənədlərini toplayıb DƏDRX-nin Şəmkirə Ərazi İdarəsinin Gədəbəy rayon Şöbəsinə təqdim etsə də onun sənədlərini qəbul etməmişlər və həmin mülkün mülkiyyət kimi qeydiyyatdan keçməməsini və həmin evlə bağlı heç bir hüquqi sənədin olmadığını bildirmişlər. Eyni zamanda ona mirasın qəbulu ilə bağlı məhkəməyə müraciət etməli olduğu izah edilmişdir. O, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qənaətinə gəlmişdir. Mərhum arvadı X8 Gədəbəy rayonu, Böyük Qaramurad kəndində miras qalmış 1975-ci il tarixdə inşa edilmiş 80 kv.m ibarət fərdi yaşayış evi və 0.25 ha həyətyanı torpaq sahəsindən ibarət mirasın faktiki olaraq onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsinə dair qətnamə çıxaılrmasını istəyir. Ərizəçi məhkəmə iclasında ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Gədəbəy Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, nümayəndəsini məhkəməyə göndərməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X9 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Ərizəçi onun həm qohumu, həm də qonşusudur. Fərdi yaşayış evi Böyük Qaramurad kəndində yerləşir. Həmin ev ərizəçinin X1nın adına olmuşdur. Ərizəçinin qayınanası vəfat etdikdən sonra həmin fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini ərizəçi və arvadı idarə etmişdir. Ərizəçinin arvadı Roza İbrahimova da vəfat etmişdir. Hazırda həmin fərdi yaşayış evi və torpaq sahəsi ərizəçinin istifadəsində və nəzarətindədir. X6 və X20 məhkəmə iclasında eyni məzmunlu ifadə verdilər. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nin Böyük Qaramurad kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 491 nömrəli arayışdan görünür ki, Ərizəçi mərhum X1 xx.xx.1997-ci il tarixdə vəfat etmiş, mərhumun Böyük Qaramurad kəndində təsərrüfatı və fərdi yaşayış evi qalmışdır. Yeganə qızı olan X15 anasının adına olan təsərrüfatı idarə etmiş və xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Hazırda həmin təsərrüfatda və evdə heç kim yaşamır. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Ərizəçi və X15 nikahlarını xx.xx.1987-ci il tarixdə bağlamışlar. İşdə olan ölüm haqqında arayışdan görünür ki, X10 xx.xx.1997-ci il tarixdə ölmüşdür. İşdə olan ölüm haqqında şəhadətnamələrdən görünür ki, X15 xx.xx.2020-ci il tarixdə, X11 xx.xx.1980-ci il tarixdə ölmüşdür. İşdə olan X21 və X23 tərəfindən notarial qaydada verilmiş ərizənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, onlar X8 qalmış miras əmlakı qanunla nəzərdə tutulmuş müddətdə qəbul etməmişlər və vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində deyillər. İşdə olan Gədəbəy rayon Notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 381 nömrəli məktubdan görünür ki, vərəsəliyin qəbulu müddətini keçirdiyinə görə Ərizəçi aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə ərizəçinin miras əmlakın qanun üzrə qəbul edilməsi barədə tələbinin qanuni əsaslarının mövcud olub-olmaması məsələsinin aydınlaşdırılması üçün X8 miras əmlakın qalıb-qalmaması, miras kütləsinin dairəsinin, hansı vərəsəlik hüquq münasibətlərinin mövcudluğunun, vərəsələrin dairəsinin və mirasın bölüşdürülməsi qaydasının aydınlaşdırılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi və X15 ilə xx.xx.1987-ci il tarixdə rəsmi nikaha girəməklə ailə qurmuşlar. Onların birgə nikahlarından X21 və X23 adında iki övladları olmuşdur. X3 ərizəçinin arvadı X12 anası olmuşdur. X5 adına Gədəbəy rayonu, Böyük Qaramurad kəndində fərdi yaşayış evi və torpaq sahəsi olmuşdur. Fərdi yaşayış evinə və torpaq sahəsinə X5 mülkiyyət hüququnu təsdiq edən sənəd olmasa da, həmin evin və torpaq sahəsinin X7 məxsusluğu mübahisələndirilmir və məhkəmə hesab edir ki, həmin fərdi yaşayış evinə və torpaq sahəsinə dair X5 mülkiyyətə qanuni gözləntiləri vardır. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Həmin iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüququna malik olmasa da, onun Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq həmin mənzili müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ olduğundan, ərizəçinin həmin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyətin» təşkil olunması üçün kifayət qədər əsaslı olmuşdur. Məhkəmə Avropa Məhkəməsinin qeyd edilən presedent hüququna istinad edərək hesab edir ki, X3nın Gədəbəy rayonu, Böyük Qaramurad kəndində yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən ibarət əmlaka dair mülkiyyət hüququnun gözləntisi olmuş və həmin əmlak X5 mülkiyyəti kimi qiymətləndirilməlidir. X10 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra Gədəbəy rayonu, Böyük Qaramurad kəndində fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi miras qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, həmin torpaq sahəsi və fərdi yaşayış evi X4 qalmış miras kütləsinə daxil edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmə miras əmlaka dair vərəsəlik hüquq münasibətlərinin növünü aydınlaşdıraraq, hesab edir ki, vəsiyyətnamə qoyulmadığından X4 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüquq münasibətləri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanun üzrə vərəsələrin dairəsi və vərəsələr tərəfindən tərəfindən mirasın qəbul edilib-edilməməsi məsələsini həll edərkən məhkəmə qeyd etməlidir ki, miras qoyan X10 vəfat etdiyi zaman onun birinci növbə yeganə vərəsəsi qızı Roza İbrahimova olmuşdur. Uxanna Ballayeva vəfat etdiyi zaman ondan qalmış miras əmlakı qanun üzrə vərəsə olaraq Roza İbrahimova faktiki qəbul etmişdir. Roza İbrahimova isə xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Roza İbrahimovanın qanun üzrə vərəsəsi ola biləcək uşaqları X21 və X23 notarial qaydada ərizə verərək, analarında qalmış miras əmlakı qəbul etmədiklərini bildirmişlər. Bununla da məhkəmə onların mirası qəbul etməməsini nəzərə alır və hesab edir ki, onlar qanunla müəyyən edilmiş müddət ərzində mirası qəbul etmədiklərindən mərhum Roza İbrahimovadan miras qalmış əmlaka vərəsə olmaq hüququnu itirmişlər. Ərizəçi X3ndan miras qalmış və X15 tərəfindən faktiki olaraq qəbul edilmiş mirası qanun üzrə vərəsə olaraq qəbul etmişdir. Hazırda mübahisəli torpaq sahəsini və fərdi yaşayış evini Ərizəçi idarə edir və onun nəzarətindədir. Beləliklə, məhkəmə işdəki sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X5 ölümündən sonra qalmış mərhum X15 tərəfindən faktiki olaraq qəbul edilmiş və ölümündən sonra miras qalmış Gədəbəy rayonu Böyük Qaramurad kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsindən, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlaka Ərizəçi qanun üzrə vərəsəlik hüququ tanınmalı və həmin mirasın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. X5 ölümündən sonra qalmış mərhum X15 tərəfindən faktiki olaraq qəbul edilmiş və ölümündən sonra miras qalmış Gədəbəy rayonu Böyük Qaramurad kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsindən, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlaka Ərizəçi qanun üzrə vərəsəlik hüququ tanınsın və həmin mirasın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar