Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-83/2021 01.03.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X16 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Gədəbəy rayonu, Ərtəpə kəndində inşa edilmiş mərhum X4nın adına olan yaşayış evinin, qeyri yaşayış yerinin, 0.25 ha həyətyanı torpaq sahəsinin və 0.52 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin onun tərəfindən mirasın faktiki qəbul edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək göstərdi ki, mərhum X4nın Gədəbəy rayonu, Ərtəpə kəndində özünə məxsus fərdi yaşayış evi olmuşdur. X4 ölənə kimi o və onun ailə üzvləri həmin evdə yaşamaqla təsərrüfatı birlikdə idarə etmişlər. O, uşaq olarkən atası ilə anası arasında olan nikah pozulmuş, o və bacısı X9 anasının himayəsində qalmışdır. Bacısı böyüyüb ailə həyatı qurmuş və hazırda Gədəbəy rayonu, Söyüdlü kəndində öz ailə üzvləri ilə birlikdə yaşayırlar. O, isə 2006-ci il tarixdə ailə qurmuş, iki övladı olmuşdur. X4 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Anasının yas mərasimini o vermiş və anasını o dəfn etmişdir. Yaşadıqları ev və həyətyanı torpaq sahəsi X4nın adına qeyd olunmaqla həmin evdə yaşamışlar və hazırda həmin evdə o və ailə üzvləri yaşayırlar. Lakin, həmin evin sənədlərini öz adına rəsmiləşdirmək istəsə də bu mümkün olmamışdır. O, anasından ona qalmış miras mülkü 6 ay müddətində öz adına rəsmiləşdirməli olduğu halda qanunla müəyyən edilmiş müddət üzrsüz səbəbdən gecikdirmişdir. Eyni zamanda həyətyanı torpaq sahələri ilə bağlı islahat aparılan zaman həmin torpaq sahəsinin plan və ölçüsünə dair kadastr mərhum anasının adına verilmişdir. Həmin sənədləri öz adına rəsmiləşdirmək istəsə də bu mümkün olmamışdır. Anasında qalmış mirası faktiki olaraq o qəbul etmiş və miras mülk üzərində vərəsə kimi tanınmalıdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edib mərhum X4ndan miras qalmış 0.25 ha həyətyanı torpaq sahəsinin və 0.52 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin və yaşayış evinin faktiki qəbul etməsi faktının məhkəmə qaydasında müəyyən olunmasını istəyir. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs X18 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, nümayəndəsini məhkəməyə göndərməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nin Ərtəpə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 159 nömrəli arayışdan görünür ki, Ərizəçi 02 nömrəli təsərrüfatbaşına kitabın 07-ci səhifəsinə əsasən Ərtəpə kənd İƏD üzrə nümayəndəliyində qeydiyyatdadır. İşdə olan JN-02xx xxx 50521018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Gədəbəy rayon X13 xx.xx.1999-cu il tarixli, 06 saylı qərarı Gədəbəy rayonu, Ərtəpə kəndində X11 0.52 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-033A KOD 50521018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Gədəbəy rayon X13 xx.xx.1999-cu il tarixli, 06 saylı qərarı Gədəbəy rayonu, Ərtəpə kəndində X1 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 xx.xx.2013-cü il tarixdə Gədəbəy rayonunda ölmüşdür. Ölüm səbəbi kimi “kəskin fiokard infarktı ürəyin içematik xəstəliyi” göstərilmişdir. İşdə olan X23 tərəfindən Ərizəçi ərizəsinə cavab olaraq ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, 207 saylı məktubundan görünür ki, Ərizəçi vərəsəliyin qəbul müddətini keçirdiyinə görə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Vərəsəliyin qəbul müddəti bərpa etdikdən sonra ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək olar. Ona görə də, həmin miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün ona aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olnmuşdur. İşdə olan Gədəbəy rayonu, Söyüdlü kəndində qeydiyyatda olan X9 tərəfindən verilmiş və notariat qaydada təsdiq edilmiş ərizədən görünür ki, xx.xx.2013-cü ildə ölmüş anası X7 ölümündən sonra qalmış miras əmlakdan ona çatası hissəsini qəbul etmir, onu qəbul etmək niyyətində də deyil və gələcəkdə bununla əlaqədar məhkəmədə iddia qaldırmayacaqdır. İşdə olan Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan Ərtəpə kənd İƏD üzrə nümayəndəliyin 2006-2010-cu illəri əhatə edən təsərrüfatbaşına kitabdan çıxarışdan görünür ki, X8 adında torpaq qrafasında 0.25 ha torpaq sahəsi və tikili qrafasında 1958-ci ildə inşa edilmiş, ümumi sahəsi 40 kv.m olan mənzil qeyd edilmişdir. Məhkəmə ərizəçinin miras əmlakın qanun üzrə qəbul edilməsi barədə tələbinin qanuni əsaslarının mövcud olub-olmaması məsələsinin aydınlaşdırılması üçün X5 miras əmlakın qalıb-qalmaması, miras kütləsinin dairəsinin, hansı vərəsəlik hüquq münasibətlərinin mövcudluğunun, vərəsələrin dairəsinin və mirasın bölüşdürülməsi qaydasının aydınlaşdırılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-in)1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-in 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Məhkəmə iclasında müəyyən olundu ki, X12 Ərizəçi anasıdır. Ərizəçinin atası ilə anası o uşaq ikən ayrılmışlar. Birgə nikahlarında Ərizəçi və onun bacısı X9 olmuşdur. X3 JN-02xx xxx 50521018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında 0.25 ha həyətyanı torpaq sahəsi və JN-033A KOD 50521018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnaməsi əsasında isə 0.52 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi ayrılmışdır. Həyətyanı torpaq sahəsində ümumi sahəsi 40 kv.m olan yaşayış evi vardır. Həmin əmlaklarla bağlı X7 adına mülkiyyət hüququnu təsdiq edən sənəd olmasa da, onların X10 məxsusluğu mübahisələndirilmir və məhkəmə hesab edir ki, ümumi sahəsi 40 kv.m olan fərdi yaşayış evi, 0.52 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi və 0.25 ha həyətyanı torpaq sahəsindən ibarət əmlaka dair X7 mülkiyyətə qanuni gözləntiləri vardır. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» iş üzrə xx xxxxxxxx 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Həmin iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüququna malik olmasa da, onun Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq həmin mənzili müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ olduğundan, ərizəçinin həmin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyətin» təşkil olunması üçün kifayət qədər əsaslı olmuşdur. Məhkəmə Avropa Məhkəməsinin qeyd edilən presedent hüququna istinad edərək hesab edir ki, mərhum X7 ümumi sahəsi 40 kv.m olan fərdi yaşayış evi, 0.52 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi və 0.25 ha həyətyanı torpaq sahəsindən ibarət əmlaka dair mülkiyyət hüququnun gözləntisi olmuş və həmin əmlak X7 mülkiyyəti kimi qiymətləndirilməlidir. X12 xx.xx.2013-cü ildə vəfat etmişdir. Onun ölümündən sonra Gədəbəy rayonu, Ərtəpə kəndində ümumi sahəsi 40 kv.m olan fərdi yaşayış evi, 0.52 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi və 0.25 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, həmin torpaq sahələri və fərdi yaşayış evi X5 qalmış miras kütləsinə daxil edilməlidir. MM-nin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-in 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmə miras əmlaka dair vərəsəlik hüquq münasibətlərinin növünü aydınlaşdıraraq, hesab edir ki, vəsiyyətnamə qoyulmadığından X5 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüquq münasibətləri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanun üzrə vərəsələrin dairəsi və vərəsələr tərəfindən tərəfindən mirasın qəbul edilib-edilməməsi məsələsini həll edərkən məhkəmə qeyd etməlidir ki, miras qoyanın qanun üzrə vərəsə ola biləcək uşağı X9 notarial qaydada ərizə verərək anasından miras qalmış əmlakdan ona çatası paydan imtina etmiş, onu qəbul etmək niyyətində də deyil və gələcəkdə bununla əlaqədar məhkəmədə iddia qaldırmayacağını bildirmişdir. Belə ki, miras qalmış əmlak hazırda da ərizəçinin faktiki nəzarətindədir və həmin əmlakı o idarə edir. Beləliklə, məhkəmə işdəki sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X7 ölümündən sonra qalmış, Gədəbəy rayonu Ərtəpə kəndində yerləşən 1958-ci ildə tikilmiş, ümumi sahəsi 40 kv.m olan fərdi yaşayış evi, 0.52 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi və 0.25 ha həyətyanı torpaq sahəsidən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. MPM-in 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. X7 ölümündən sonra qalmış, Gədəbəy rayonu, Ərtəpə kəndində yerləşən 1958-ci ildə tikilmiş, ümumi sahəsi 40 kv.m olan fərdi yaşayış evi, 0.52 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi və 0.25 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-83/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-83/2021
01.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver