Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-83/2024 31.10.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və metal torun cavabdehin hesabına sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001 -ci il tarixli, 17 saylı qərarı ilə verilmiş, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən, JN-102 KOD 50500048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında ona və ailə üzvlərinə məxsus olan 3.32 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, Cavabdeh ona məxsus olan torpaq sahəsinin tutuduğu hissəsinə çəkmiş olduğu metal tor setkanın cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi və izahat verərək bildirdi ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001 -ci il tarixli, 17 saylı qərarı ilə onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Gədəbəy rayonu, Söyüdlü kəndində 03.32 ha kənd təsərrüfatı məhsulları istehsalı kateqoriyalı torpaq sahəsi verilmişdir. Bu barədə JN-102 KOD 50500048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı tərtib edilmişdir. Halhazırda onun torpaq sahəmin təxminən 15 sot hissəsini Cavabdeh qanunsuz olaraq tutmuş, torpaq sahəsinin tutduğu hissəsini metal tor setka ilə çəpərləmişdir. Bu da onun mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarmışdır. O, cavabdehə torpaq sahəsindən çıxmasını və çəkdiyi metal tor setkanın sökməsini dəfələrlə xahiş etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan JN 0102, KOD 50500048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 2001ci il tarixli, 17 nömrəli qərarı ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə Gədəbəy rayonu, Söyüdlü kəndində 3.32 ha torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, yeni elektron uçot xəritəsinə əsasən Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 2001 -ci il tarixli, 17 saylı qərarı ilə verilmiş, Gədəbəy rayonu Söyüdlü kəndində yerləşən, JN-102 saylı KOD 50500048 nömrəl Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında İddiaçı və onun ailə üzvlərinə məxsus 3.32 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin sərhədləri müəyyən edilmiş və həmin torpaq sahəsinin 102C hissəsindən 0.0132 ha-dək torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə olunduğu və həmin torpaq sahəsinə cavabdeh tərəfindən metal tor çəkilməsi aşkar olunmuşdur. İşdə olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 22 avqust 2024-cü il tarixli ekspert rəyindən görünür ki, yeni elektron uçot xəritəsinə əsasən Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 2001 -ci il tarixli, 17 saylı qərarı ilə verilmiş, Gədəbəy rayonu Söyüdlü kəndində yerləşən, JN-102 saylı KOD 50500048 nömrəl Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında İddiaçı və onun ailə üzvlərinə məxsus 3.32 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin sərhədləri müəyyən edilmiş və həmin torpaq sahəsinin 102C hissəsindən 0.0132 ha-dək torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə olunduğu və həmin torpaq sahəsinə cavabdeh tərəfindən metal tor çəkilməsi aşkar olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı və ya mülkiyyətçi olmasa da, Mülki Məcəllə ilə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxs olmalı, həmin torpaq sahəsi cavabdehin istifadəsində və sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Beləliklə, mübahisələndirilən torpaq sahəsinin iddiaçının mülkiyyətində olduğu və həmin ərazinin faktiki vəziyyətdə 0.0132 ha hissəsinin Cavabdeh tərəfindən qeyri-qanuni olaraq istifadə edildiyi və həmin istifadə edilən hissəsinin ətrafına cavabdeh tərəfindən metal tor çəkilməsi məhkəmə iclasında tədqiq edilmiş hüquq müəyyənedici sənədlərlə, eləcə də ekspert və mütəxəssis rəyləri ilə müəyyən edilir. Belə ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 2001-ci il tarixli, 17 nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə Gədəbəy rayonu, Söyüdlü kəndində 3.32 ha torpaq sahəsi verilmişdir. Bu barədə JN 0102, KOD 50500048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı tərtib edilmişdir. İş materiallarında ekspert və mütəxəssis rəyinə əsasən, İddiaçı mülkiyətində olan torpaq sahəsinin 0.0132 ha hissəsinin Cavabdeh tərəfindən istifadə olunduğu və həmin torpaq sahəsinə cavabdeh tərəfindən metal tor çəkilməsi aşkar olunmuşdur. Bu da onu göstərir ki, cavabdeh iddiaçıya məxsus olan torpaq sahəsindən qanunsuz istifadə edir. Eləcə də, cavabdeh mübahisələndirilən torpaq sahəsinə qanuni əsasla sahiblik etdiyini sübuta yetirən heç bir mötəbər sübut məhkəməyə təqdim etmədi. Odur ki, qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 2001-ci il tarixli, 17 nömrəli qərarı əsasında iddiaçıya məxsus olan 3.32 ha torpaq sahəsinin 0.0132 ha hissəsindən Cavabdeh məcburi çıxarılmasını və torpaq sahəsinin ətrafına çəkilmiş metal torun sökülməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 2001-ci il tarixli, 17 nömrəli qərarı ilə verilmiş, JN 0102, KOD 50500048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında İddiaçı və ailə üzvlərinə məxsus olan Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 3.32 ha torpaq sahəsinin 0.0132 ha hissəsindən (istifadə etdiyi hissəsindən) Cavabdeh çıxarılmalı və həmin torpaq sahəsinin ətrafına çəkilmiş metal tor Cavabdeh hesabına sökülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu, məhkəmə icraatı zamanı mütəxəssis xərci ödəmişdir. Eləcə də, iş üzrə ekspertizanın keçirilməsinə görə 100 manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu, mütəxəssis xərci və ekspertiza xərci cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 2001-ci il tarixli, 17 nömrəli qərarı ilə verilmiş, JN 0102, KOD 50500048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında İddiaçı və ailə üzvlərinə məxsus olan Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 3.32 ha torpaq sahəsinin 0.0132 ha hissəsindən (istifadə etdiyi hissəsindən) Cavabdeh çıxarılsın və həmin torpaq sahəsinin ətrafına çəkilmiş metal tor Cavabdeh hesabına sökülsün. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun və 95 (doxsan beş) manat mütəxəssis xərcinin əvəzi cavabdehlər Cavabdeh alınıb İddiaçı verilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************, büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu – 3) keçirilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-83/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-83/2024
31.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver