Məhkəmə qərarları › İş №2(042)-84/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-84/2021

19.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-84/2021 19.02.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı evdən və həyətyanı torpaq sahəsindən çıxarılma tələblərinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Cavabdeh və onun ailə üzvlərinin ona məxsus olan evdən və həyətyanı torpaq sahəsindən çıxarılmaları haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyniməzmunlu izahat verərək bildirmişdir ki, cavabdeh onun qardaşıdır. Hazırda o, mərhum atasından miras qalmış, Gədəbəy rayonu, Çobankənd kəndində yerləşən evdə yaşayır. Mərhum atası sağlığında cavabdehə “Tala” adlı ərazidən ev və həyətyanı torpaq sahəsi vermiş, iddiaçı 2000-ci ildən həmin evdə 4 nəfər ailə üzvü ilə birlikdə yaşamışdır. X3 2001-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra, yəni 2003-cü ildə cavabdeh yenə də ata mülkündən pay istəmiş, o da qardaşı ilə aralarında narazılıq yaranmaması üçün qardaşına o vaxtki Azərbaycan manatı ilə ******* manat pul vermiş, həmin pulun qarşılığında iddiaçı qəbz verərək ata mülkünə bundan sonra heç bir iddiasının olmayacağını bildirmişdir. Eləcə də bu barədə akt tərtib olunmuşdur. Lakin cavabdeh hazırda yenidən onun adına olan evə girmək istəyir. Valideynlərinə sağlığında onlara baxıb qulluq etmiş, valideynlərinin ölümündən sonra da həmin evdə o, yaşamışdır. Ata-anasının vəfat etdikdən sonra onların dəfn xərclərini çəkmiş, bundan sonra evin yaxşılaşdırma işlərini görmüşdür. Cavabdeh 1991-ci ildən həmin evdə yaşamır. Cavabdehin meşənin kənarında özünə məxsus evi vardır. Atasının ölümündən sonra təsərrüfatbaşına kitabda mübahisəli ev onun adına qeyd olunmuşdur. Cavabdeh 2019-cu il tarixdə onun evdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin Gədəbəy Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti vermiş, lakin apelyasiya məhkəməsinin qətnaməsi ilə Gədəbəy Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin cavabdeh yenə də onu narahat edir və tez-tez ev haqqında əsassız iddialarla müxtəlif yerlədə danışır. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz etmiş, izahat verərək bildirmişdir ki, 1994-cü ilədək mərhum atası Məmməd Quliyevə məxsus olan, Gədəbəy rayonu, Çobankənd kəndində yerləşən evdə yaşamış, orada böyümüşdür. 1994-cü ildə atası onu qardaşı Eltifat Quliyevin yaşadığı evə köçürmüş, indiyədək ailə üzvləri ilə birlikdə orada yaşamışdır. Lakin evin şəraiti yoxdur. Qardaşı İddiaçı isə özünün yaşayış evi olmasına baxmayaraq onu ata evindən istifadə etməsinə imkan vermir. Hal-hazırda onun yaşamağa başqa yeri yoxdur. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2 (042)- 968/2019 saylı qətnaməsinin surətindən görünür iddiaçı Cavabdeh İddiaçı qarşı evə köçürülmə və cavabdehin evdən çıxarılması tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, iddiaçı 1994-cü ildə mübahisəli evdən çımış və yaşamaq üçün başqa yerə (Gədəbəy rayonu, Çobankənd kəndində “Tala” adlı ərazidə yerləşən evə) köçmüşdür və hal-hazıradək orada yaşamışdır. Belə ki, iddiaçı valideynlərinin ölümündən əvvəl, yəni 1994-cü ildə qardaşı İddiaçılə razılaşaraq ailə üzvləri ilə birlikdə başqa təsərrüfata köçmüş, atası vəfat etdikdən sonra ata mülkünə qayıtmaq istəmiş, lakin qardaşı Cavabdehlə qarşılıqlı razılıq əsasında ata mülkündən tələbinin olmadığını və gələcəkdə olmayacağını bəyan etmişdir. Bu fakt iş materiallarında olan iddiaçının özü tərəfindən icra edilmiş məlumat vərəqi, Çobankənd kənd İƏD üzrə nümayəndəliyində tərtib edilmiş qonşuluq aktları və digər sənədlərlə təsdiq olunur. İddiaçı yaşayış ehtiyaclarını Gədəbəy rayonu, Çobankənd kəndində “Tala” adlı ərazidə yerləşən evdə təmin etmiş, orada müstəqil təsərrüfat başçısı kimi qeydiyyata düşmüş və müstəqil təsərrüfat aparmışdır. Həmin təsərrüfatda onun adına 40 kv.m olan fərdi yaşayış evi, 0.08 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Bununla da iddiaçının mübahisəli evə köçürülməsi üçün bütün hüquqi əsaslar aradan qalxmışdır. Qətnamə ilə müəyyən edilmişdir ki, işdə olan reyestrdə 2V-102 № ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, DTXK-nın Gədəbəy rayon şöbəsi tərəfindən xx.xx.1998-ci il tarixdə X2 verilmiş, seriya nömrəsi JN: 243 KOD: 50529018 olan dövlət aktına əsasən Gədəbəy rayonu. Çobankənd kəndində yerləşən, ümumi sahəsi 0.90 ha olan torpaq sahəsinin onun payına düşən hissəsindən ibarət miras əmlaka münasibətdə 1/1 hissə payı müəyyən edilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(104)16xxxx/2020 saylı qətnaməsinin surətindən görünür ki, Gədəbəy Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2 (042)-968/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının nümayənəsinin izahatını, şahid ifadələrini, habelə, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Məcəllənin 152.3-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, Gədəbəy Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2 (042)- 968/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı evə köçürülmə və cavabdehin evdən çıxarılması tələbinə dair iddia tələbi təmin edilməmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, hazırki iş üzrə cavabdeh “Tala” adlanan ərazidə özünə məxsus evi və təsərrüfatı var, iddiaçı isə atası X1 məxsus olmuş evə sahiblik edir Ona görə də iddia tələbi qismən təmin edilməli, Cavabdeh oğlu İddiaçı məxsus Gədəbəy rayonu, Çobankənd kəndində yerləşən evdən çıxarılmalıdır. Cavabdehin ailə üzvləri iş üzrə cavabdeh kimi cəlb edilmədikləri üçün iddia ərizəsi ailə üzvlərinin iddiaçıya məxsus evdən çıxarılma hissəsində təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbləri qismən təmin edilsin. Cavabdeh İddiaçı məxsus olan fərdi yaşayış evindən çıxarılsın. Ödənilmiş 10 manat dövlət rüsumunun 5 manat hissəsi Cavabdeh alınaraq, İddiaçı verilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar