Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-848/2022 29.09.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gədəbəy rayonu, Novosaratovka kənd sakini olmuş Cavabdeh adına olan Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən, 1956-cı il tarixdə inşa edilmiş ümumi sahəsi 0.58 kv.m olan fərdi yaşayış evinə və 0.25 ha həyətyanı torpaq sahəsinə onunla cavabdeh arasında xx.xx.1996-cı il tarixdə sadə razılaşma yolu ilə bağlanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında tələbini müdafiə edib göstərdi ki, o, xx.xx.1996-cı il tarixdə Novosaratovka kənd sakini olmuş Cavabdeh 1956-cı il tarixdə inşa edilmiş ümumi sahəsi 58 kv.m olan fərdi yaşayış evini və 0.25 ha həyətyanı torpaq sahəsini sadə razılaşma yolu ilə 20.000 rubla almışdır. Cavabdeh sözü gedən evi və həyətyanı torpaq sahəsini ona təhvil vermiş, o vaxtdan da həmin evə ailəsi ilə birlikdə mövsümi olaraq yay aylarında gələrək yaşamağa başlamış, evi və təsərrüfatı o ailəsi ilə idarə etmişdir. Gədəbəy rayonu ilə Ermənistan Respublikası həmsərhəd olduğu üçün və həmin vaxt müharibə dövrünə təsadüf etdiyi üçün Gədəbəy rayonunun kəndlərində yaşayan rus əsilli insanlar evlərini satıb çıxıb Rusiya Federasiyasının müxtəlif şəhərlərinə getmişlər. Həmin vaxt ondan Cavabdehlə sadə razılaşma yolu ilə sözü gedən evi almış və cavabdeh ona ailəsini aparıb yerləşdirdikdən sonra qayıdıb gəlib lazımi sənədləri rəsimləşdirəcəyini bildirmişdir. O, həmin evdə ailəsi ilə birlikdə 1996-cı il tarixdən yaşayırlar. Eyni zamanda həmin tarixdə onun Cavabdehlə ilə aralarında bağlanmış akt mövcuddur. Cavabdehdən dəfələrlə həmin fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini onun adına alqı-satqı müqaviləsi əsasında keçirilməsini istəsə də buna nail ola bilməmişdir. Belə ki, cavabdeh 1996-cı il tarixdən Rusiya Federasiyasına getmiş və bir daha qayıtmamışdır. O, müxtəlif şəxslərlə cavabdehin yerini öyrənməyə çalışsa da mümkün olmamışdır. Cavabdehi tanıyan şəxslərdən Cavabdeh hansı ünvanda yaşamasını bilən olmamışdır. Sözü gedən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi hal-hazırda onun istifadəsindədir. Həmin vaxtdan evdən və həyətyanı torpaq sahəsindən o ailəsi ilə birlikdə istifadə edir. Həyətyanı torpaqların vətəndaşların adlarına rəsmiləşdirilməsinə dair yerlərdə islahat aparılan zaman həmin torpaq sahəsinə dair sənədləşmə aparılmamışdır. Onların yaşadıqları kənddə yüzlərlə ev və həyətyanı torpaq sahəsi sənədsiz vətəndaşların istifadəsindədir. O, həmin evi və həyətyanı torpaq sahəsini cavabdehin yaşayış ünvanı məlum olmadığından öz adına rəsmiləşdirə bilməmişdir. Belə olan halda cavabdeh onun hüquqları kobud şəkildə pozmuşdur. Sözü gedən fərdi yaşayış evini və 0.25 ha həyətyanı torpaq sahəsini cavabdeh ilə 1996-cı ildə sadə razılaşma yolu ilə 20000 manata almışdır. Ona görə də, Cavabdeh ilə aralarında həmin tarixdə bağlanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını istəyir. Odur ki, İddiaçı iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh sonuncu rəsmi qeydiyyatda olduğu yer üzrə məhkəmə bildirişi göndərilmiş, lakin, bildiriş ünvanda yaşamaması barədə qeyd aparılmaqla geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 36.1-ci maddəsinin tələbinə görə, yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yeri üzrə verilə bilər. Həmin Məcəllənin 147-ci maddəsinin tələbinə görə isə, cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, yerli icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Odur ki, məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Maraqlı şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X2 məhkəmə iclasında bildirdi ki, o, Gədəbəy rayonu, Novosaratovka kəndində yaşayır. İddiaçını tanıyır. İddiaçı 1996-cı il tarixdə Cavabdeh fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini almışdır. Həmin vaxtdan həmin evdə iddiaçı yaşamışdır. Hər il yay aylarında iddiaçı gəlib həmin evdə qalıb getmişdir. Daha sonra isə iddiaçı həmin evi müxtəlif insanlara kirayəyə vermişdir. Həmin evin və torpaq sahəsinin alqı-satqısında o da iştirak etmişdir. Lakin, alqı-satqının məbləği yadında qalmamışdır. X1, X7, X8, X13 və X9 məhkəmə iclasında X4 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan Bakı şəhəri, Xətai rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyi 66 saylı MKİS-i tərəfindən verilmiş, 15 aprel 2022-ci il tarixli, 1097 saylı arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi, 26 saylı evdə qeydiyyatdadır. İşdə olan Gədəbəy rayonu İHB-nın Novosaratovka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 aprel 2022-ci il tarixli, 142 saylı arayışdan görünür ki, İddiaçı 10 may 1996-cı ildə Gədəbəy rayonu, Novosaratovka kənd sakini Cavabdeh ona məxsus olan fərdi yaşayış evini almışdır. 1996-cı ildən hal-hazıradək ailəsi ilə birlikdə yay mövsümündə həmin evdə yaşayırlar. İşdə olan sadə yazılı formada bağlanmış notarial qaydada Azərbaycan dilinə tərcümə edilmiş əqddən görünür ki, iddiaçı Abbasov X10 rayonu, Novosaratovka kənd sakini Cavabdeh 10 may 1996-cı il tarixdə sadə yazılı formada əqd bağlanılmaqla, Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 0.25 ha sahəsi olan həyətyanı sahədə yerləşən daş zirzəmi üzərində ağacdan, kirəmik örtüklü, ümumi sahəsi 44 kv.m olan evini razılaşdılmış qiymətə 20000 rubla İddiaçı satmış və həmin məbləği Cavabdeh almışdır. İşdə olan Gədəbəy rayonu, Novosaratovka kəndi sakinləri X12, X7 və X3 tərəfindən notarial qaydada verilmiş ərizələrdən görünür ki, onlar İddiaçı qonşu kimi uzun illərdir tanıyırlar və təsdiq edirlər ki, İddiaçı xx.xx.1996-cı il tarixdə onlarla qonşuluqda yaşayan Cavabdeh Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini pul verərək almışdır. Uzun illərdir ki, İddiaçı ailə ilə birlikdə yay mövsümündə həmin evdə yaşayırlar. İşdə olan ünvan 1 ünvanında yaşayan X14 tərəfindən notarial qaydada verilmiş ərizənin surətindən görünür ki, o, hərbiçi olduğu 2003-cü ilin mart ayından, 2013-cü ilin iyun ayınadək İddiaçı Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən evində yaşamışdır. İşdə olan Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş 12 aprel 2022-ci il tarixli, 19 saylı məktubdan görünür ki, Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan Gədəbəy rayonu, Novosaratovka kənd X6 1991-1995-ci illərə dair 1 nömrəli təsərrüfatbaşına kitabında sorğuda qeyd olunan Cavabdeh adına olan 71-ci şəxsi hesablı təsərrüfat qeyd olunmaqla aşağıda göstərilən ailə üzvləri vardır:
1. Ailə başçısı Cavabdeh
2. X24 Pavlovna
3. X27 Afanasiyeviç
4. X11 Andreyevna
5. X17 Viktorovna
6. X26 Viktoroviç. Torpaq qrafasında ümumi 0.25 ha torpaq sahəsi və tikili qrafasında ümumi sahəsi 58 kv.m olan mənzil qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi verilmiş 07 iyun 2022-ci il tarixli məktubdan görünür ki, Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən ümumi sahəsi 56.1 kv.m, 2 yaşayış otağından ibarət olan fərdi yaşayış evinə dair Cavabdeh adına aprel 1989-cu il tarixli, 63 nömrəli texniki pasport tərtib edilmişdir. Cavabdeh adına Gədəbəy rayonu, Novosaratovka kəndində həyətyanı torpaq sahəsi aşkar edilməmişdir. İşdə olan Gədəbəy rayonu Novosaratovka bələdiyyəsi tərəfindən verilmiş 19 sentyabr 2022-ci il tarixli, 69 saylı arayışa əsasən, Novosaratovka Bələdiyyəsi ərazisində Cavabdeh və ailə üzvlərinə JN-699 saylı Dövlət aktı ilə 3.18 ha pay torpaq sahəsi ayrılmışdır. Hazırki iş üzrə iddia tələbini mahiyyəti üzrə həll etməmişdən əvvəl iddiaçının etibarlı hesab edilməsini tələb etdiyi alğı-satqı əqdinin predmeti olan fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin hüquqi statusunun müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmədə müəyyən edildi ki, mübahisəli fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi Cavabdeh adına təsərrüfatbaşına kitabda qeydə alınmışdır. Eləcə də, Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən ümumi sahəsi 56.1 kv.m, 2 yaşayış otağından ibarət olan fərdi yaşayış evinə dair Cavabdeh adına 1989-cu il tarixli, 63 nömrəli texniki pasport tərtib edilmişdir. Azərbaycan SSR Mülki Məcəlləsinin 119-cu maddəsinin tələbinə görə kolxozçu həyətinin əmlakı birgə mülkiyyət hüququ əsasında onun üzvlərinə məxsusdur. Kolxozçu həyətinin mülkiyyətində kolxoz nizamnaməsinə müvafiq olaraq, onun istifadəsində olan həyətyanı torpaq sahəsindəki yardımçı təsərrüfat, yaşayış evi, məhsuldar mal-qara, ev quşları və xırda kənd təsərrüfatı alətləri ola bilər. Həmin Məcəllənin 120-ci maddəsinin 1-ci hissəsinə görə kolxozçu həyətinin əmlakına sahiblik, ondan istifadə və onun üzərində sərəncam, kolxozçu həyətinin bütün üzvlərinin razılığı ilə həyata keçirilir. Göründüyü kimi, ölkədə aparılan torpaq islahatındadək kəndlərdə mövcud olmuş kolxozçu həyəti həmin ailə üzvlərinin birgə mülkiyyəti hesab olunmuşdur. Kolxozçu həyətinin qeydiyyatı kənd təsərrüfatıbaşına kitablarda aparılmış və bu həyətin əmlakı barəsində sərəncam vermək hüqununu həyata keçirmək üçün onların əlavə olaraq qeydə alınmasına zərurət olmamışdır. Gədəbəy rayonu, Novosaratovka kənd X6 1991-1995-ci illərə dair 1 nömrəli təsərrüfatbaşına kitabında ailə başçısı kimi Cavabdeh adına 0.25 ha torpaq sahəsi və ümumi sahəsi 58 kv.m olan fərdi yaşayış evi qeyd edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinə və fərdi yaşayış evinə cavabdehin Cavabdeh 1996-cı il tarixədək hüququnu mülkiyyətə qanuni gözlənti hüququ kimi qiymətləndirir. Mübahisəli hüquq münasibətinin yarandığı zaman Mülki Məcəllənin qüvvədə olmuş 335.2-ci maddəsinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. “K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 mart 2006-cı il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüququ mövqeyi belə olmuşdur ki, Mülki Məcəllənin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin hüququ mövqeyinə əsasən Mülki Məcəllənin 335.2-ci maddəsinə əsasən əqdin bağlanmış hesab edilməsi üçün 3 hal məcmu halında mövcud olmalıdır. Bu hallardan hər hansı birinin olmaması Mülki Məcəllənin 335.2-ci maddəsinin tətbiqini istisna edir. Məhkəmədə təqdim edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında Gədəbəy rayonunun Novosaratovka kəndində yaşayan Cavabdeh məxsus 0.25 ha həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin alğı-satqısına dair 10 may 1996-ci ildə sadə yazılı formada əqd bağlanmış, həmin əqdə görə cavabdeh həmin torpaq sahəsini və evi o vaxtkı rus rublu ilə 20000 rubla iddiaçıya satmağı, iddiaçı isə razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı razılaşdırılmış məbləği cavabdehə vermiş və cavabdeh özünə məxsus 0.25 ha həyətyanı torpaq sahəsini və fərdi yaşayış evini iddiaçının faktiki sahibliyinə təhvil vermişdir. Hüquqi savadsızlığı ilə əlaqədar iddiaçı əqdi notarial qaydada təsdiq etdirməmiş, cavabdeh isə qeyri-məlum ünvana köçmüşdür. Cavabdehin olmaması və onun yayınması mübahisəli torpaq sahəsinin və fərdi yaşayış evinin rəsmiləşdirilməsini qeyri-mümkün etmişdir ki, bu da iddiaçının hüquq və maraqlarının pozulması ilə nəticələnmişdir. İddiaçı cavabdehlə alğı-satqı müqaviləsinin qanuniləşdirilməsinin yeganə yolunu məhkəmədə görmüşdür. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında Gədəbəy rayonu, Novosaratovka kəndində yaşayan Cavabdeh məxsus 0.25 ha həyətyanı torpaq sahəsinin və ümumi sahəsi 56.1 kv.m olan fərdi yaşayış evinin alğı-satqısına dair əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməmişdir, bu hal əks tərəfin, yəni cavabdehin təqsiri ucbatından baş vermiş, eləcə də, məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmışdır. Bu əqd qanuna zidd deyildir və tərəflər əqdin sadə yazılı formada tərtib edilməsinə dair tələbə əməl etmişlər. Bu fakt şahid ifadələri ilə də öz təsdiqini tapır. Odur ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə mübahisəli fərdi yaşayış evinin sahəsinin arxiv arayışı ilə texniki pasportda fərqli olmasına münasibət bildirərək qeyd edir ki, fərdi yaşayış evinin sahəsi olaraq texniki pasportda qeyd edilən sahə əsas götürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddianı əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən, Cavabdeh adına olan 0.25 ha həyətyanı torpaq sahəsinə və ümumi sahəsi 56.1 kv.m olan fərdi yaşayış evinə dair İddiaçı ilə Cavabdeh arasında 10 may 1996-ci il tarixli alğı-satqı əqdi etibarlı və bağlanmış hesab edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Marif Kazımov