Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-856/2023 28.09.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayоn Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa оğlunun sədrliyi, məhkəmə iclas katibi X4 оğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatına qarşı işə bərpa, qanunsuz olaraq işləməkdən məhrum edilmiş müddət üçün bərpa olunduğu vaxtadək məcburi iş buraxmaya görə əməkhaqqı tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baхaraq, müəyyən etdi : İddiaçı cavabdeh Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatına qarşı işdən azad olunması barədə Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatının 08 fevral 2023-cü il tarixli 12 saylı əmrinin ləğv edilməsi və onun əvvəlki iş yerinə, yəni, Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatında zibil yükləyən fəhlə vəzifəsinə bərpa olunması və 08 fevral 2023-cü il tarixdən etiarən işə bərpa olunan vaxtadək məcburi iş buraxmaya görə əməkhaqqı ödənilməsi tələbləri barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələblərini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, 02 mart 2020-ci il tarixdən etibarən cavabdeh Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatında zibil yükləyən fəhlə işləyir. Müəssisənin rəisi vəzifəsini müvəqqəti icra edən Elşad Quliyevin 08 fevral 2023-cü il tarixli əmri ilə işdən çıxarılmışdır. Müəssisənin 31 iyul 2023-cü il tarixdə verdiyi Arayışa əsasən isə 10 aprel 2023-cü il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç və e bəndlərinə əsasən X2 verilmişdir. Bununla belə 08 fevral 2023-cü il tarixdən ona əməkhaqqı ödənilməmişdir. Əmr qanunsuzdur. Cavabdeh onunla əmək müqaviləsinə Əmək Məcəlləsinin iki maddəsi ilə xitam verə bilməzdi. O, əmək müqaviləsi üzrə vəzifələrini həmişə yerinə yetirmiş, pozuntulara yol verməmişdir. Cavabdeh də onun hansı pozuntulara yol verdiyini göstərməmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsini, işə bərpa olunmasını və 08 fevral 2023-cü il tarixdən etiarən işə bərpa olunan vaxtadək məcburi iş buraxmaya görə əməkhaqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin nümayəndəsini məhkəmə baxış iclasına göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinin tələblərini nəzərə alaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-nin maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur və bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Əmrdən Çıxarışdan görünür ki, Gədəbəy Rayon KMK-nın rəisi əvəzi Elşad Quliyevin 08 fevral 2023-cü il tarixli Əmrilə İddiaçı Azəraycan Respublikası ƏM-nin
70. ç. və e bəndlərinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İşdə olan Gədəbəy Rayon KMK-nın rəisi Fuad Bayramovun imzaladığı Arayışdan görünür ki, İddiaçı ilə əmək müqaviləsinə 10 aprel 2023-cü il tarixli 12 nömrəli Əmrlə xitam verilmişdir. İşdə olan X2 Verilməsi ilə X3 Bildirişindən görünür ki, 08 fevral 2023-cü il tarixli 12 saylı əmrlə İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70.e. bəndi ilə 08 mart 2023-cü il tarixdə xitam verilmişdir. İşdə olan 10 aprel 2023-cü il tarixli 12 saylı Əmrdən Çıxarışdan görünür ki, Gədəbəy Rayon KMK-nın rəisi Fuad Bayramovun 10 aprel 2023-cü il tarixli Əmrilə İddiaçı ilə əmək müqaviləsinə Azəraycan Respublikası ƏM-nin 70.e. bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf юz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə юz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını dinləyib iş matеriallarını araşdıraraq hеsab еdir ki, iddia tələbləri təmin оlunmalıdır. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinin İ hissəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin q bəndinə əsasən işçinin əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq hüququ vardır. Həmin Məcəllənin 44-cü maddəsinə əsasən Əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü X2 verilməsinin əsasıdır. Məcəllənin 70 və 70-ci maddəsinin e bəndinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda,əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məcəllənin 70-ci maddəsinin ç bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Məcəllənin 71-ci maddəsinin 2-ci bəndinə əsasən Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Məcəllənin 76.1. maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Məcəllənin 76.2-cimaddəsinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məcəllənin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Məcəllənin 292-ci maddəsinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Məcəllənin 296-cü maddəsinin 1-ci bəndinə əsasən fərdi əmək mübahisəsinin həll еdilməsi üçün işçi hüququnun pоzulduğunu aşkar еtdiyi эündən еtibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət еdə bilər. Həmin maddənin 2-ci bəndinə əsasən hüququnun pоzulmasının aşkar еdildiyi эün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hеsab sənədlərinin (kitabçasının,vərəqəsinin, çеkinin) vеrildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəэötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pоzulduğu эündür. Məcəllənin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Beləliklə, cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç və e bəndlərinə əsasən xitam vermiş, lakin məhkəmənin qənaətinə görə həmin Məcəllənin 71-ci maddəsinin 2-ci bəndinin tələbinə əsasən, iddiaçı tərəfidnən işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu yerinə yetirməməsi ilə iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasını işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsini təsdiq edən sübutları məhkəməyə təqdim edilməmişdir. İşəgötürən işçi ilə əmək müqaviləsinə həmçinin Əmək Məcəlləsinin 70.e. bəninə əsasən də xitam vermiş və bununla da əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi üçün əsas olan qanun pozuntusuna yol vermişdir. Ona görə də iddia tələbləri təmin edilməlidirlər. Məhkəmə bu nəticəyə gələrkən işçinin tutuduğu vəzifədən azad edilməsi və onunla X2 verilməsi ilə əlaqədar işəgötürən tərəfindən əmrin məzmunu və verilmə tarixləri ilə haqqında ziddiyətli sənədlər tərtib etdiyini də nəzərə alır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Rеspublikası MPMnin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq,
qət etdi:
İddia tələbləri təmin edilsin. Gədəbəy Rayon KMK-nın İddiaçı işdən azad edilməsi və onunla X2 verilməsi haqqında Əmri ləğv edilsin. 08 fevral 2023-cü il tariхdən işə bərpa olunan günədək məcburi iş buraхmağa görə əmək haqqı hеsablanaraq, Gədəbəy Rayon KMK tərəfindən İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gədəbəy Rayоn Məhkəməsi vasitəsi ilə Gəncə Apеllyasiya Məhkəməsinə apеllyasiya şikayəti vеrilə bilər.
Sədrlik еdən: Fizuli Mirzəquliyev