Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-857/2020 02.09.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, iddiaçı X1 Cavabdeh qarşı “vərəsəlikdən çıxarma və evdən çıxarma” tələblərinə dair ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdim: İddiaçı X2 Cavabdeh qarşı “vərəsəlikdən çıxarma və evdən çıxarma” tələblərinə dair məhkəməyə ərizə ilə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyü məsələsinə baxılarkən müəyyən olunmuşdur ki, iddiaçı cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan iki tələb irəli sürmüşdür. Belə ki, ərizədən görünür ki, vərəsəlikdən çıxarma və evdən çıxarma tələbləri birbiri ilə əlaqəli deyildir. Bu tələblərin hər birinin ayrıca predmeti və hüquqi əsasları vardır. Yəni, vərəsəlikdən çıxarma xüsusi icraat qaydasında, evdən çıxarma tələbi isə iddia icraatı qaydasında baxılan işlər kateqoriyasındandır. MPM-in 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, belə olan halda iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı X1 Cavabdeh qarşı “vərəsəlikdən çıxarma və evdən çıxarma” tələblərinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geriqaytarılsın. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-857/2020
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-857/2020
02.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver