Məhkəmə qərarları › İş №2(042)-857/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-857/2023

18.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-857/2023 18.09.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı qohumluq münasibətində olması faktının müəyyən edilməsinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı 1915-ci il tarixdə doğulmuş və 07 yanvar 2009-cu il tarixdə vəfat etmiş nənəsi X2 münasibətdə qohumluq faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, X7 doğma anası, X5 isə anasının anası, yəni, nənəsi olmuşdur. Anası xəstəlikdən 1974-cü ildə, nənəsi isə 2009-cu ildə vəfat etmişdir. Nənəsindən miras qalmış əmlakın qəbul edilməsi ilə əlaqədar notariat orqanına müraciət edərkən, anasının doğum haqqında qeydi olmadığı üçün, ona qohumluq münasiətində olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Мəhkəmə Аzərbaycan Respublikası MPM-nin 185.6-cı madddəsinin tələblərini rəhər tutaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş X3 ifadə verərək, bildirmişdir ki, ərizəçi onun qonşusudur. Ərizəçinin anası Asiya Quliyeva xəstəlikdən vəfat etmişdir. Ərizəçini nənəsi Tamam Cəfərova saxlamışdır. Ərizəçinin nənəsi də 2009-cu ildə vəfat etmişdir. O, təsdiq edir ki, Asiya Quliyeva ərizəçinin anası, Tamam Cəfərova isə ərizəçinin anasının anası, yəni, nənəsi olmuşdur. Məhkəmə iclasında şahid kimi dindirilmiş X8 və X4 eyniməzmunlu ifadələr vermişlər. İşdə olan Arayışdan görünür ki, X7 01 yanvar 1974-cü il tarixdə ölmüşdür. İşdə olan Arayışdan görünür ki,Ərizəçi xx xxxxxx 1970-ci il tarixdə doğulmuşdur, onun anası X7, atası X6 olmuşdur. İşdə olan Arayışdan görünür ki, X5 07 yanvar 2009-cu il tarixdə ölmüşdür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və təqdim edilmiş sübutları tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə araşdırması ilə 07 yanvar 2009-cu il tarixdə ölmüş X1 ərizəçinin nənəsi olması faktı sübut edilmişdir. Həmin faktın müəyyən edilməsi ərizəçinin mülkiyyət hüquqlarının həyata keçirilməsi ilə əlaqədar hüquqi əhəmiyyətlidir və ərizəçinin həmin faktı təsdiq edən sənədləri başqa qaydada alması mümkün deyildir. Ona görə də ərizə təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilsin. 07 yanvar 2009-cu il tarixdə ölmüş X1 Ərizəçi nənəsi olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar