Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-86/2022 21.02.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı azyaşlı uşaqları 04.01.2011-ci il il tarixdə doğulmuş X7 və 05.12.2011-ci il tarixdə doğulmuş X6 ilə birlikdə Gədəbəy rayonunun Novosaratovka kəndində yerləşən, Cavabdeh məxsus ümumi sahəsi 36 kv.m olan, 3 otaqdan ibarət, ikimərtəbəli fərdi yaşayış evinə köçürülmələri tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, Cavabdeh ilə 05.08.2011-ci il tarixdə nikah bağlamışlar. Ailə münasibətlərindən 04.01.2011-ci il tarixdə X7 və 05.12.2011-ci il tarixdə X6 doğulmuşlar. Cavabdehlə ailə qurduqdan sonra ona məxsus Gədəbəy rayonunun Novosaratovka kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Ev ümumi sahəsi 36 kv.m, 3 otaqdan ibarət ikimərtəbəli fərdi yaşayış evidir. Keçmiş qayınatası öldükdən sonra, həmin evə cavabdeh sahiblik etmişdir. Cavabdeh tüfeyli həyat tərzi keçirir və həmin evdə yaşamır. Hazırda azyaşlı uşaqları ilə birlikdə yaşamağa yeri yoxdur. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq, ona göndərilmiş bildirişlər cavabdehin həmin ünvanda yaşamaması qeydi ilə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək, bildirmişdir ki, tərəflərdən hər ikisi qohumudur. İddiaçı cavabdehlə ailə qurduqdan sonra cavabdehin evinə köçmüş və orada yaşamışdır. Cavabdeh isə tüfeyli həyat tərzi keçirir, özü də həmin evdə yaşamır. O, iddiaçının uşaqlarla birlikdə evə köçürülməsinə etirazı olmadığını bildirmişdir. Tərəflər arasında nikah pozulduqdan sonra iddiaçı azyaşlı uşaqları ilə birlikdə valideynlərinin evinə gəlmiş, lakin orada da yaşaya bilməmişdir. Hazırda iddiaçının yaşamağa evi yoxdur. İşdə olan Şəmkir Rayon Məhkəməsinin 14.12.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Mahir qızı və Cavabdeh arasında 05.08.2011-ci il tarixdə bağlanmış və nikahları həmin qətnaməyə əsasən pozulmuşdur. İşdə olan X4 görünür ki, tərəflərin ailə münasibətlərindən 04.01.2011-ci il tarixdə X7 və 05.12.2011-ci il tarixdə X6 doğulmuşlar. İşdə olan Arayışlardan görünür ki, CavabdehGədəbəy rayonu, Novosaratovka kəndində atasından qalmış evdə qeydiyyatdadır, lakin orada yaşamır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını, şahid ifadəsini və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Məcəllənin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası MPM-nin 72.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər. Beləliklə, işin mübahisələndirilməyən hallarından görünür ki, İddiaçı 2010-cu il tarixdə Cavabdeh ilə ailə qurmuş, cavabdehə məxsus evə gəlin köçmüş, 2015-ci ilədək həmin evdə yaşamışdır. Ailə münasibətləri 2010-cu il tarixdə yarandığından tərəflər aralarında yaranmış mübahisə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən həll edilməli, nəzərə alınmalıdır ki, iddiaçının azyaşlı uşaqları ilə birlikdə yaşamaq üçün evi yoxdur. Məhkəmə iddiaçının və azyaşlı uşaqlarının yaşayış yerinin olmamasını və işin digər hallarını nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia tələbləri təmin edilməli, İddiaçı azyaşlı övladları, 04.01.2011-ci il tarixdə doğulmuş X7 və 05.12.2011-ci il tarixdə doğulmuş X6 ilə birlikdə Cavabdeh məxsus Gədəbəy rayonunun Novosaratovka kəndində yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı azyaşlı övladları, 04.01.2011-ci il tarixdə doğulmuş X7 və 05.12.2011-ci il tarixdə doğulmuş X6 ilə birlikdə Cavabdeh məxsus Gədəbəy rayonunun Novosaratovka kəndində yerləşən, ümumi sahəsi 36 kv.m olan, 3 otaqdan ibarət, ikimərtəbəli fərdi yaşayış evinə fərdi yaşayış evinə köçürülsün. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi X2 və Cavabdeh alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-86/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-86/2022
21.02.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver