Məhkəmə qərarları › İş №2(042)-86/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-86/2025

12.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-86/2025 12.02.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, iddiaçı 14 saylı X3 Mərkəzinin nümayəndəsi X1 iştirakı ilə iddiaçı 14 saylı X4 Mərkəzinin Cavabdeh Raçazan oğluna qarşı meşə fondu sahəsinin boşaldılması və əvvəliki vəziyyətə gətirilərək təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı 14 saylı X4 Mərkəzi Cavabdeh qarşı Cavabdeh qanunsuz zəbt edtdiyi 0.40 ha meşə fondu torpağının əvvəlki vəziyyətinə qaytarılaraq 14 saylı X4 Mərkəzinə təhvil verilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı 14 saylı X3 Mərkəzinin nümayəndəsi X2 məhkəmə iclasında, izahat verərək bildirmişdir ki, 31 iyul 2024-ci il tarixdə Mərkəzin əməkdaşları tərəfindən Qızılca Meşəbəyliyinin 1 saylı meşə dolayında Dövlət meşə fondu torpaqların istifadə vəziyyəti araşdırılarkən cavabdeh tərəfindən həmin dolayın 2-ci kvartalında dəmir dirəklər üzərində çardaqlar tikilməsi aşkar edilmişdir. Sonradan cavabdeh həmin torpaq sahəsi ilə əlaqədar sənədləri təqdim etmişdir. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan 14 saylı X3 Mərkəzi tərəfindən 31 iyul 2024-cü il tarixdə tərtib edilmiş Aktdan görünür ki, həmin tarixdə Mərkəzin əməkdaşları tərəfindən Qızılca meşəbəyliyinin 1 saylı meşə dolayında Dövlət meşə fondu torpaqlarının istifadə vəziyyəti araşdırılarkən Gədəbəy şəhəri sakini Cavabdeh tərəfindən həmin dolayın 2-ci kvartalında 0.40 ha meşə fondu torpağının istirahət-rekresiya məqsədilə zəbt olunması, dəmir dirəklər üzərində və mişar daşından tikilmiş çardaqlar aşkar edilmişdir. İşdə olan Gədəbəy Rayon XDS İcraiyyə Komitəsinin 12 yanvar 1984-cü il tarixli qərarının surətindən görünür ki, Gədəbəy qəsəbəsinin şərq tərəfindən, Göyəlli bulağının cənub tərəfindən, meşə yolunun qərb tərəfindən 75 nəfərlik yeməkxana tikintisi üçün 0.20 hektar torpaq sahəsi ayrılmıdır. İşdə olan Aktdan görünür ki, dövlət orqanları, o cümlədən, Rayon Təbiəti Mühafizə Cəmiyyətinin məsul katibi torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etmişlər. İşdə olan Texniki Pasportun surətindən görünür ki, Cavabdeh adına olan ticarət və ictimai iaşə obyekti ilə əlaqədar tərtib edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçı cavabdeh tərəfindən istifadə edilən torpaq sahəsinin mülkiyyətində olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, cavabdeh istifadəsində olan torpaq sahəsini qanunda nəzərdə tutulmuş prosedur qaydalarına uyğun olaraq əldə etdiyini təsdiq edən sənədləri məhkəməyə təqdim etmişdir. Ona görə də iddia tələbi təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Аzərbаycаn Rеspublikаsı MPMnin 216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, qət etdi: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar