Məhkəmə qərarları › İş №2(042)-863/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-863/2021

21.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-863/2021 21.09.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi X4, Cavabdeh və üçüncü şəxs X7 iştirakları ilə İddiaçı Cavabdeh və üçüncü şəxs X10 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və üçüncü şəxs X10 qarşı azyaşlı uşaqları ilə birlikdə 2011-ci ilin oktyabr ayının 28-dən 2020-ci ilin iyun ayının 23-dək yaşadığı Gədəbəy rayonunun Miskinli kəndində yerləşən Cavabdeh məxsus fərdi yaşayış evinə köçürülməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, o, X13 ilə 2011-ci ildə qeyri-rəsmi evlənmiş, ailə münasibətlərindən 28.07.2012-ci il tarixdə X5, 26.10.2014-cü il tarixdə X8 və 18.04.2016-cı il tarixdə X14 doğulmuşlar. Onlar ailə qurduqları zaman cavabdehə məxsus evə gəlin köçmüşdür. Lakin 2020-ci il tarixdə ailə münasibətləri pozulmuş və o, öz valideynlərinin evinə köçmüşdür. Hazırda azyaşlı uşaqları ilə birlikdə müvəqqəti olaraq valideynlərinə məxsus evdə yaşayır. O, mübahisəli evdə yaşamaq istəmir, lakin azyaşlı uşaqları üçün həmin evdən pay istəyir. O, keçmiş əri X6 dəfələrlə övladlarına yaşaması üçün ev verməsini tələb etsə də, bu heç bir nəticə verməmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir və iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı nümayəndəsi X11 eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, iddiaçı ona məxsus evdə yaşadığı müddətdə evdə mübahisə yaratmış, evin heç bir işində köməklik etməmişdir. İddiaçı ona məxsus evə köçürülərsə yenidən mübahisə yaranacaq və onun həmin evdə yaşaması çətinləşəcəkdir. İddiaçı hazırda valideynlərinin evində yaşayır. Bundan başqa onun Bakı şəhərində evi var. Ona görə də iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında üçüncü şəxs X13 Cavabdeh izahatı ilə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X2 surətlərindən görünür ki, tərəflərin ailə münasibətlərindən 28.07.2012ci il tarixdə X5, 26.10.2014-cü il tarixdə X8 və 18.04.2016-cı il tarixdə X12 doğulmuşlar. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 05.10.2020-ci il tarixli, 2(042)-944/2020 saylı qətnaməsinin surətindən görünür ki, 18 aprel 2016-cı il tarixdə doğulmuş X9 atasının X13 olması müəyyən edilmiş, 28.07.2012-ci il tarixdə doğulmuş X1, 26.10.2014-cü il tarixdə doğulmuş X3 və 18.04.2016-cı il tarixdə doğulmuş X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün X6 hər ay sabit pul məbləğində hər uşaq üçün 120 manat, cəmi, 360 manat miqdarında aliment alınaraq, İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, habelə, işin faktiki hallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatları və digər sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehlər arasında ailə münasibətləri 2011-ci ildə yaranmış və ailə münasibətlərinə 2020-ci ildə xitam verilmişdir. Yəni, mübahisə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərinə əsasən tənzimlənməli, iddiaçının cavabdehlərlə ailə münasibətlərinə xitam verildiyi, keçmiş ailə üzvü kimi, onun həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmamalıdır. Məhkəmə araşdırmaları zamanı iddiaçının cavabdehlərə məxsus yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanılması üçün də əsaslar müəyyən edilməmişdir. Həmçinin məhkəmə iclasında iddiaçı mübahisəli evə köçmək niyyətinin olmadığını, azyaşlı uşaqları üçün həmin evdən pay istədiyini bildirmişdir. Ona görə də iddia tələbi təmin edilməməlidir. İddiaçı məhkəməyə müraciət edən zaman 10 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu İddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstəriləələri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar