Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-87/2025 10.01.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, iddiaçı 14 saylı X4 Mərkəzinin nümayəndəsi X1 iştirakı ilə iddiaçı 14 saylı X5 Mərkəzinin Cavabdeh qarşı meşə fondu sahəsinin boşaldılması və əvvəliki vəziyyətə gətirilərək təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı 14 saylı X5 Mərkəzi Cavabdeh qarşı Cavabdeh qanunsuz zəbt edtdiyi 1.10 ha meşə fondu torpağının əvvəlki vəziyyətinə qaytarılaraq 14 saylı X5 Mərkəzinə təhvil verilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı 14 saylı X4 Mərkəzinin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, 05 avqust 2024-ci il tarixdə Mərkəzin əməkdaşları tərəfindən Qalakənd meşəbəyliyinin 7 saylı meşə dolayında Dövlət meşə fondu torpaqların istifadə vəziyyəti araşdırılarkən cavabdeh tərəfindən həmin dolayın 11- 12-ci kvartalında 1,10 ha meşə fondu torpağının istirahət-rekresiya məqsədilə qanunsuz olaraq, zəbt olunması 2.90 m x 2.80 m x 2.0 m; 4.30 m x 3.0 m x 2.30 m; 6.40 m x 3.0 m x 2.40m, 4.0 m x 3.0 m x 2.40 m ölçülərdə beş ədəd dəmir dirəklər üzərində tikilmiş çardaqlar və 8.0 x5.0 x 2.30 m ölçüdə mişar daşı ilə tikilmiş mətbəx otağının tikilməsi aşkar edilmişdir. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan 14 saylı X4 Mərkəzi tərəfindən tərtib edilmiş 00249N Aktinan görünür ki, 05 avqust 2024-ci il tarixdə Mərkəzin əməkdaşları tərəfindən Qalakənd meşəbəyliyinin 7 saylı meşə dolayında Dövlət meşə fondu torpaqlarının istifadə vəziyyəti araşdırılarkən Gədəbəy şəhəri, 20 yanvar küçəsi, ev 9 yaşayan Cavabdeh tərəfindən həmin dolayın 11- 12-ci kvartalında 1,10 ha meşə fondu torpağının istirahət-rekresiya məqsədilə zəbt olunaraq, 2.90x2.80 x 2.0 m ölçüdə, 4.30x3.0x2.30 ölçüdə 6.40x3.0x2.40 ölçüdə, 4.0x3.0x2.40 ölçüdə beş ədəd dəmir dirəklər üzərində tikilmiş çardaqlar və 8.0x5.0x2.30 m ölçüdə mişar daşı ilə tikilmiş mətbəx otağı tikintisi aşkar edilmişdir. İşdə olan fotoşəkilərdən görünür ki, meşə fondu ərazisində əsaslı tikinti obyektləri var. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı 14 saylı X5 Mərkəzinin mülkiyyətində olan Gədəbəy rayonu, Qalakənd meşəbəyliyinin 7 saylı meşə dolayında Gədəbəy şəhəri, 20 yanvar küçəsi, ev 9-da yaşayan Cavabdeh tərəfindən həmin dolayın Qalakənd kəndində yerləşən torpaq sahəsinin 1.10 ha hissəsinın Cavabdeh tərəfindən istifadə olunur və cavabdeh zəbt etdiyi sahədə tikinti aparmışdır. Ona görə də iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən qanunsuz zəbt etdiyi 1.10 ha meşə fondu torpağı əvvəlki vəziyyətinə qaytarılmalı və iddiaçıya təhvil verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Аzərbаycаn Rеspublikаsı MPMnin 216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən qanunsuz zəbt etdiyi 1.10 ha meşə fondu torpağı əvvəlki vəziyyətinə qaytarılaraq,14 saylı X3 təhvil verilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-87/2025
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-87/2025
10.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver