Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-870/2020 16.10.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğlu və Cavabdeh4 qarşı istifadə hüququnun verilməsi tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı cavabdehlərə məxsus ünvan 1 ünvanında olan evdən, yardımçı sahələrdən və həyətyanı torpaq sahəsindən azyaşlı övladı ilə birlikdə cavabdehlərlə bərabər şəkildə istifadə hüququnun verilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçıiddia tələblərini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, o, Cavabdeh1 ilə 2016-cı ildə qeyri-rəsmi evlənmiş, ailə münasibətlərindən xx.xx.2016-cı il tarixdə övladları X4 doğulmuşdur. Onlar ailə qurduqları zaman keçmiş qayınatası, hazırkı iş üzrə cavabdeh olan Cavabdeh2 məxsus evə gəlin köçmüşdür. İki il müddətə həmin evdə yaşamışdır. Lakin 2018-ci il tarixdə ailə münasibətləri pozulmuş və o, öz valideynlərinin evinə köçmüşdür. Hazırda azyaşlı uşağı ilə birlikdə müvəqqəti olaraq qardaşına məxsus evdə yaşayır. O, keçmiş əri Cavabdeh1 dəfələrlə ona və övladına yaşaması üçün ev verməsini tələb etsə də, bu heç bir nəticə verməmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir və iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, İddiaçı ilə 2016-cı il tarixdə evlənmişlər. Ailə münasibətlərindən bir övladları doğulmuşdur. Ailə qurduqdan bir neçə ay sonra özlərinin tikdikləri evə köçmüşlər. Həmin ev qızıl mədəninin ərazisində olduğu üçün ev sökülmüşdür. Bununla əlaqədar, onlar onun valideynlərinin evlərinə köçmüşlər. Lakin həmin evdə təxminən bir ay yaşadıqdan sonra iddiaçı ilə ailə münasibətləri pozulmuş və iddiaçı öz valideynlərinin evlərinə köçmüşdür. Ona görə də iddia tələbinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh3 Cavabdeh1 ilə eyniməzmunlu izahat verdi. Cavabdeh4 məhkəməyə teleqram göndərərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2 (042)-635/2018 saylı qətnaməsinin surətindən görünür ki, xx xxxxxx 2016-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat miqdarında aliment alınaraq, İddiaçı verilməsi qət edilmişdir. İşdə olan X1 surətindən görünür ki, tərəflərin ailə münasibətindən xx xxxxxx 2016-cı il tarixdə X4 doğulmuşdur. İşdə olan X5 Haqqında Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 X2 atasıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, habelə, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxx 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatları və digər sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehlər arasında ailə münasibətləri 2016-cı ildə yaranmış və ailə münasibətlərinə 2018-ci ildə xitam verilmişdir. Yəni, mübahisə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərinə əsasən tənzimlənməli, iddiaçının cavabdehlərlə ailə münasibətlərinə xitam verildiyi, keçmiş ailə üzvü kimi, onun həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmamalıdır. Məhkəmə araşdırmaları zamanı iddiaçının cavabdehlərə məxsus yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanılması üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də iddia tələbləri təmin edilməməlidir. İddiaçı məhkəməyə müraciət edən zaman 10 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Məhkəmə yuxarıda göstəriləələri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-870/2020
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-870/2020
16.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver