Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-870/2022 28.09.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X10 oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi “qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2015-ci ildə Gədəbəy rayonu, Əyrivəng kəndində vəfat etmiş anası X5 onunla qohumluq münasibətimdə olması, yəni X5 anası olması hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, Ərizəçi 1940-cı ildə Gədəbəy rayonun Əyrivəng kəndində anadan olmuşdur. Atası Novruz 1941-1945-ci il tarixdə müharibəyə gedib qayıtmamışdır. xx.xx.2015-ci ildə, anası X12 vəfat etmişdir. X12 ərizəçinin anası olmuşdur. Ərizəçiyə doğum haqqında şəhadətnamə alınmamışdır. Ərizəçinin anası X12 xx.xx.2015-ci ildə vəfat etmişdir. Onun ölümündən sonra mülk miras qalmışdır. Ərizəçi anası X5 birinci növbə vərəsəsi sayılır. Ərizəçinin anasından qalmış miras Gədəbəy rayonu, Əyrivəng kəndində yerləşir. Ərizəçi anasından qalmış miras birinci növbə vərəsə olaraq qəbul etmək üçün Gədəbəy rayon Notariat ofisinə müraciət etsə də, anası ilə ərizəçinin arasında qohumluq faktının müəyyən edilməsindən sonra ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəyini bildirilmiş və bununla bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Odur ki, ərizəçinin anası X12 ilə qohumluq münasibətində olması, yəni mərhum X12 ərizəçinin anası olması faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Bu faktın təsdiqi ərizəçiyə anasından miras qalmış mülkü adına rəsmiləşdirməklə əlaqədar lazımdır. Odur ki, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. X1 məhkəmə iclasında bildirdi ki, o, Gədəbəy rayonunun Əyrivəng kəndində yaşayır. Ərizəçi onun qonşusudur. O, ərizəçinin anasını tanıyır. Belə ki, ərizəçinin anası X12 olmuşdur. Ərizəçinin anası X12 xx.xx.2015-ci ildə vəfat etmişdir. X3 məhkəmə iclasında X2 ifadəsinə uyğun ifadə verərək Gədəbəy rayonu, Əyrivəng kəndində yaşadığını, ərizəçini, onun anasını tanıdığını, ərizəçinin anasının X12 olduğunu təsdiq etdi. Maraqlı şəxslər Maraqlı şəxs1nə və Gədəbəy rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini və şahidləri dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan Gədəbəy rayonu İHB-nın Arıqıran kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 iyul 2022-ci il tarixli, 289 saylı arayışdan görünür ki, X11 hal-hazırda Gədəbəy rayonu, Əyrivəng kəndində yaşayır. İşdə olan Maraqlı şəxs1 tərəfindən verilmiş arayışdan görünür ki, X12 xx.xx.2015-ci il tarixdə Gədəbəy rayonu, Əyrivəng kəndində ölmüşdür. İşdə olan Maraqlı şəxs1 tərəfindən Ərizəçi ərizəsinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli, 05/Q-404 saylı məktubdan görünür ki, Maraqlı şəxs1ndə doğum akt qeydləri 1945-ci ildən 75 il saxlanıldığı bundan əvvələ olan aktlar Milli Arxivin Gədəbəy rayon şöbəsinə təhvil verildiyi səbəbdən doğum akt qeydinin bərpasına dair ərizənin qeydiyyat orqanında təmin edilməsi mümkün olmamış və ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İşdə olan fotoşəkillərdən görünür ki, X12 xx.xx.2015-ci il tarixdə ölmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli qonşuluq aktından görünür ki, Gədəbəy rayonu, Əyrivəng kənd sakini 1940-ci il tarixdə anadan olmuş Ərizəçi anası X9r. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və işdəki sübutlarla müəyyən edildi ki, Ərizəçi 1940-ci il tarixdə Gədəbəy rayonu, Əyrivəng kəndində doğulmuşdur və hazırda həmin kəndə yaşayır. Ərizəçinin anası X12 xx.xx.2015-ci il tarixdə Gədəbəy rayonu, Əyrivəng kəndində ölmüşdür. Onun ölümündən sonra ərizəçi ondan qalmış miras əmlakı adına rəsmiləşdirmək istəsə də, ərizəçinin doğum haqqında şəhadətnaməsi olmadığından, onunla ərizəçinin qohumluq münasibətlərində olmasını, yəni X5 ərizəçinin anası olmasını müəyyən etmək mümkün olmamışdır. Ərizəçinin anası öldüyündən onun analığının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir. Bu faktın təsdiqi ərizəçiyə anasından qalmış miras mülkün adına rəsmiləşdirilməsi ilə əlaqədar lazımdır. Ərizəçinin anasının mərhum X12 olması faktı şahid ifadələri ilə də öz təsdiqini tapır. Odur ki, ərizəçi bununla əlaqədar haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. 01 avqust 2015-ci il tarixdə Gədəbəy rayonu, Əyrivəng kəndində vəfat etmiş X5 1940-ci il tarixdə Gədəbəy rayonu, Əyrivəng kəndində anadan olmuş Ərizəçi ilə qohumluq münasibətində olması, yəni X5 Ərizəçi anası olması hüquqi əhəmiyyətli faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-870/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-870/2022
28.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver