Məhkəmə qərarları › İş №2(042)-871/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-871/2022

28.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-871/2022 28.09.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X11 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “qohumluq münasibətlərində olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2009-cu ildə Gədəbəy rayonu, Novosaratovka kəndində vəfat etmiş X9 onunla qohumluq münasibətində olması, yəni X9 onun bibisi olması hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, o, xx.xx.1965-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Atası Paşayev Novruz Qasım oğlu xx.xx.2003-cü ildə vəfat etmişdir. X13 atasının bacısı olmaqla onun bibisi olmuşdur. Bibisi evlənməmiş, övladları olmamışdır. X13 xx.xx.2009-cu ildə ölmüşdür. Onun ölümündən sonra Gədəbəy rayonu, Novosaratovka kəndində mülkü miras qalmışdır. X3 ikinci növbə vərəsəsi ola biləcək qardaşı Paşayev Novruz Qasım oğlu hazırda vəfat etdiyindən X9 ikinci növbə vərəsəsi o, sayılır. Bibisindən qalmış miras Gədəbəy rayonunda yerləşir. O, bibisindən qalmış mirası ikinci növbə vərəsə olaraq qəbul etmək üçün Tovuz regional Asan Xidmət mərkəzindəki Notariat ofisinə müraciət etsə də, notarius onun müraciətinə baxmaqdan imtina edərək bibisi ilə onun qohumluq münasibətlərini təsdiq edən sənədlər təqdim edə bilməməsinə görə müraciətini rəsmiləşdirmək mümkün olmamışdır. Bibisinin doğum haqqında şəhadətnaməsi olmamış, bu səbəbdən X9 onun bibisi olmasını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda Maraqlı şəxsndən verilmiş xx.xx.2022-ci il tarixli məktuba əsasən, X9 1926-cı ildə doğulmağına dair Maraqlı şəxsndə doğum akt qeydi aşkar olunmamışdır. Ona görə də, onun X13 ilə qohumluq münasibətində olması, yəni mərhum X9 onun bibisi olması faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Bu faktın təsdiqi ona bibisindən miras qalmış mülkü adına rəsmiləşdirməklə əlaqədar lazımdır. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X2 məhkəmə iclasında bildirdi ki, o, Gədəbəy rayonu, Novosaratovka kəndində yaşayır. Ərizəçi tanıyır. Ərizəçinin atasının adı Novruz, bibisinin adı Şöylə olmuşdur. Novruz və Şöylə bacı-qardaş olmuşdur. O, X9 ərizəçinin bibisi olmasını təsdiq edir. X1 məhkəmə iclasında X2nun ifadəsinə uyğun ifadə verdilər. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan ünvan 2dəliyi tərəfindən verilmiş 01 avqust 2022-ci il tarixli, 282 saylı arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatda olmasına baxmayaraq Gədəbəy rayonu, Novosaratovka kəndində yaşayır. İşdə olan ünvan 2dəliyi tərəfindən verilmiş 28 iyul 2022-ci il tarixli, 275 saylı arayışdan görünür ki, Ərizəçi mərhum bibisi X13 ölən bir günə kimi Gədəbəy rayonu, Novosaratovka kəndində yaşamışdır və xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. X13 vəfat etdikdən sonra təsərrüfatında ailə üzvü kimi qardaşı oğlu Ərizəçi qalmışdır. Ərizəçi ünvan 1 ünvanında qeydiyyatda olmasına baxmayaraq mərhum bibisi X13 ilə birgə yaşamış və mərhum bibisinə məxsus olan Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən fərdi yaşayış evini bibisinin sağlığında idarə etmişdir və hal-hazırda da idarə edir. İşdə olan ölüm haqqında şəhadətnamələrin lazımi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X13 08 iyun 2009-cu il tarixdə Gədəbəy rayonu, Novosaratovka kəndində, Paşayev Novruz Qasım oğlu isə 19 fevral 2003-cü il tarixdə Sumqayıt şəhərində ölmüşlər. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, Paşayev Novruz Qasım oğlu 10 yanvar 1936-cı il tarixdə Gədəbəy rayonu, Kilsəli kəndində anadan olmuşdur. Bu barədə 27 aprel 1954-cü il tarixdə Maraqlı şəxsndə 182 nömrəli doğum haqqında bərpa qeydi tərtib olunmuşdur. Atası qrafasında X14, anası qrafasında X10 qeyd edilmişdir. 19 fevral 2003-cü ildə vəfat etmiş N.Q.Paşayevin ölümü 04 mart 2003-cü il tarixdə 330 nömrə ilə akt qeydi ilə Sumqayıt şəhər Qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. İşdə olan doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1965-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. Atası qrafasında Paşayev Novruz Qasım oğlu qeyd edilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, X13 1926-cı il tarixdə doğumuna dair Gədəbəy rayonu, Çayrəsullu kənd İnzibati Ərazi Dairəsində və Maraqlı şəxsndə doğum akt qeydi aşkar olunmamışdır. Yoxlama xx.xx.1945-xx.xx.2009-cu il tarixədək axtarılmışdır. Qohumluq faktının müəyyən edilməsi qeydiyyat şöbəsində mümkün olmadıqda məhkəmə qaydasında müəyyən edilir. Odur ki, ona məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İşdə olan Ədliyyə Nazirliyi Tovuz regional Asan Xidmət mərkəzindəki Notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, onun Tovuz regional Asan Xidmət mərkəzindəki Notariat ofisinə mərhum X8 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün etdiyi müraciətə baxılmış, sənədlərlə tanışlıq zamanı məlum olmuşdur ki, mərhumla qohumluq münasibətlərini təsdiq edən sənədləri təqdim edə bilmədiyinə görə müraciətin rəsmiləşdirmək mümkün deyildir. Vərəsəlik hüquq haqqında şəhadətnamə almaq üçün ona məhkəməyə müraciət etməsi tövsiyyə olunumuşdur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri və işdəki digər sübutlarla təsdiq edildi ki, ərizəçi xx.xx.1965-ci ildə anadan olmuşdur. Ərizəçinin atası Paşayev Novruz Qasım oğlu, bibisi X13 olmuşdur. Ərizəçinin bibisinə vaxtilə doğum haqqında şəhadətnamə alınmamışdır. Atası 19 fevral 2003-cü ildə, bibisi 08 iyun 2009-cu ildə ölmüşdür. Hazırda yaşadığı ev bibisindən miras qalmışdır. Ərizəçi vərəsəlik haqqında şəhadətnamə almaq istəyərkən bibisinin doğum haqqında şəhadətnaməsi olmadığına görə, X13 ilə onun qohum olmasını müəyyən etmək zərurəti yaranmışdır. Ərizəçiyə qohumluq faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. X13 öldüyündən onun Ərizəçi ilə qohumluq münasibətində olmasının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir. Odur ki, ərizəçi bununla əlaqədar haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. 08 iyun 2009-cu il tarixdə Gədəbəy rayonu, Novosaratovka kəndində vəfat etmiş X9 xx xxxxxx 1965-ci il tarixdə doğulmuş Ərizəçi ilə qohumluq münasibətində, yəni mərhum X9 Ərizəçi bibisi olması hüquqi əhəmiyyətli faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar