Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-871/2024 03.09.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X16 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X2rşı “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gədəbəy rayonunun Novosaratovka kənd sakini olmuş X3 adına Gədəbəy rayonun Novosaratovka kəndində yerləşən 1957-ci il tarixdə inşa edilmiş 28 kv.m fərdi yaşayış evi və 0.25 ha həyətyanı torpaq sahəsinə onunla cavabdeh arasında xx.xx.1996-cı il tarixdə sadə razlaşma yolu ilə bağlanmış alqı-satqı müqviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx.xx.1996-cı il tarixdə Novosaratovka kənd sakini olmuş X4 1957-ci il tarixdə inşa edilmiş ümumi sahəsi 28 kv.m fərdi yaşayış evini və 0.25 ha həyətyanı torpaq sahəsini sadə razlaşma yolu ilə 345.000 min rus rubluna almışdır. Cavabdeh sözügedən evi, həyətyanı torpaq sahəsini ona təhvil vermiş, o vaxtdan da həmin evdə ailəsi ilə birlikdə yaşamağa başlamışdır. Evi və təsərrüfatı o və ailə üzvüləri ilə birlikdə idarə etmişlər. Gədəbəy rayonu ilə Ermənistan Respublikası həmsərhəd olduğu üçün və eləcə də həmin vaxt müharibə dövrünə təsadüf etdiyi üçün Gədəbəy rayonunun kəndlərində yaşayan rus milləti evlərini satıb çıxıb Rusya Fedrasiyasının müxtəlif şəhərlərinə gedirdilər. Həmin vaxt o da cavabdeh X4 sadə razlaşma yolu ilə sözügedən evi almışlar və ona X10 şəhərində olan qohumlarının yanına gedəcəklərini bildirmişdir. Orada məskunlaşdıqdan sonra qayıdıb gələcəyini və lazımı sənədləri rəsimləşdirəcəklərini bildirmişdir. O həmin evdə ailəsi ilə birlikdə 1996-cı il tarixdən yaşayır. X6 sözügedən evi ona satması barədə yaxın qonşuları məhkəmə prosesində iştirak edə bilərlər və bunu təstiq edərlər. Eyni zamanda həmin tarixdə onun X6 ilə aralarında bağlanmış akt mövcuddur. Cavabdehdən dəfələrlə həmin fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini onun adına alqı-satqı müqaviləsi əsasında keçirilməsini istəsə də buna nail ola bilməmişdir. Belə ki, cavabdeh 1996-cı il tarixdən Rusiya Federasiyasına getmiş və bir daha qayıtmamışdır. O, müxtəlif şəxslərlə cavabdehin yerini öyrənməyə çalışsa da mümkün olmamışdır. Cavabdehi tanıyan şəxlər X3 hansı ünvanda yaşamasını bilən olmamışdır. Sözügedən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi halhazırda onun istifadəsindədir. Həmin vaxtdan evdən və həyətyanı torpaq sahəsindən o ailəsi ilə birlikdə istifadə edir. Gədəbəy rayon AİK-nın xx.xx.1999-cu il tarixli 09 saylı qərarı əsasında cavabdeh X3 adına 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. O, həmin evi və həyatyanı torpaq sahəsini cavabdehin yaşayış ünvanı məlum olmadığından öz adına rəsmləşdirə bilməmişdir. Belə olan halda cavabdeh onun hüquqlarını kobud şəkildə pozmuşdur. Sözü gedən fərdi yaşayış evini və 0.25 ha həyətyanı torpaq sahəsini cavabdeh ilə 1996-cı ildə sadə razlaşma yolu ilə 345.000 min rus rubluna almışdır. Odur ki, cavabdeh X6 ilə aralarında həmin tarixdə bağlanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını istəyir. Cavabdeh X9 sonuncu rəsmi qeydiyyatda olduğu yer üzrə məhkəmə bildirişi göndərilmiş, lakin bildiriş ünvanda yaşamaması barədə qeyd aparılmaqla geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 36.1-ci maddəsinin tələbinə görə, yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yeri üzrə verilə bilər. Həmin Məcəllənin 147-ci maddəsinin tələbinə görə isə, cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, yerli icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Odur ki, məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X5 məhkəmə iclasında bildirdi ki, o, Gədəbəy rayonu, Novosaratovka kəndində yaşayır. İddiaç onun həmkəndlisidir. İddiaçı alqı-satqı müqaviləsinin predmeti olan evi və torpaq sahəsini 1996-cı il tarixdə cavabdehdən almışdır. Alqı-satqıda o da iştirak etmişdir. İddiaçı və ailə üzvləri 1996-cı il tarixdən həmin evdə yaşayırlar. X1 məhkəmə iclasında X13 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iddiaçını və şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, İşdə olan Gədəbəy rayon İHB-nın Novosaratovka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş 14 fevral 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı sabiq Novosaratovka kənd sakini mərhum X7 məxsus evdə ailə üzvləri ilə birlikdə yaşayır və həmin evi idarə edir. İşdə olan Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş 31 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan Gədəbəy rayon Novosaratovka kənd X17 1991 -1995-ci illərə dair 2 nömrəli Təsərrüfatbaşına kitabında 104-cü şəxsi hesabında X3 adına təsərrüfat qeyd olunmuşdur. Həmin təsərrüfatın təsərrüfatın torpaq qrafasında 0.25 ha torpaq sahəsi və tikili qrafasında ümumi sahəsi 28 kv. m. olan ev qeyd olunmuşdur. İşdə olan sadə yazılı formada bağlanmış əqddən görünür ki, İddiaçı Gədəbəy rayonu, Novosaratovka kənd sakini X14 xx.xx.1996-cı il tarixdə sadə yazılı formada əqd bağlanılmaqla, Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 0.25 ha sahəsi olan həyətyanı səhəsini və həmin torpaq sahəsində yerləşən 1957-ci il tarixdə inşa edilmiş fərdi yaşayış evini razılaşdılmış qiymətə 34500 rubla İddiaçı satmış və həmin məbləği X14 almışdır. Hazırki iş üzrə iddia tələbini mahiyyəti üzrə həll etməmişdən əvvəl iddiaçının etibarlı hesab edilməsini tələb etdiyi alğı-satqı əqdinin predmeti olan fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin hüquqi statusunun müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmədə müəyyən edildi ki, mübahisəli fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi cavabdeh X8 adına təsərrüfatbaşına kitabda qeydə alınmışdır. Azərbaycan SSR Mülki Məcəlləsinin 119-cu maddəsinin tələbinə görə kolxozçu həyətinin əmlakı birgə mülkiyyət hüququ əsasında onun üzvlərinə məxsusdur. Kolxozçu həyətinin mülkiyyətində kolxoz nizamnaməsinə müvafiq olaraq, onun istifadəsində olan həyətyanı torpaq sahəsindəki yardımçı təsərrüfat, yaşayış evi, məhsuldar mal-qara, ev quşları və xırda kənd təsərrüfatı alətləri ola bilər. Həmin Məcəllənin 120-ci maddəsinin 1-ci hissəsinə görə kolxozçu həyətinin əmlakına sahiblik, ondan istifadə və onun üzərində sərəncam, kolxozçu həyətinin bütün üzvlərinin razılığı ilə həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına əsasən, kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarışlar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd kimi müəyyən edilmişdir. “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikasının qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin qanunun 10 -cu maddəsinə əsasən, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Həmin qanunun 17-ci maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin torpağa sahiblik, torpağı təyinatına görə istifadə etmək, icarəyə vermək, satmaq, bağışlamaq, dəyişmək, ipoteka qoymaq, vərəsəlik üzrə və irsən vermək hüquqları vardır. Göründüyü kimi, ölkədə aparılan torpaq islahatınadək kəndlərdə mövcud olmuş kolxozçu həyəti həmin ailə üzvlərinin birgə mülkiyyəti hesab olunmuşdur. Kolxozçu həyətinin qeydiyyatı kənd təsərrüfatıbaşına kitablarda aparılmış və bu həyətin əmlakı barəsində sərəncam vermək hüqununu həyata keçirmək üçün onların əlavə olaraq qeydə alınmasına zərurət olmamışdır. Gədəbəy rayonu, Novosaratovka kənd İƏD üzrə nümayəndəliyinin 1991-1995-ci illəri əhatə edən təsərrüfatbaşına kitaba əsasən təsərrüfat başçısı kimi X11 adına ümumi sahəsi 28 kv.m yaşayış evi və 0.25 ha həyətyanı torpaq sahəsi qeydə alınmışdır. Odur ki, məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinə və fərdi yaşayış evinə cavabdehin X8 1996-cı il tarixədək hüququnu mülkiyyətə qanuni gözlənti hüququ kimi qiymətləndirir. Belə olan halda, cavabdehin qeyd edilən fərdi yaşayış evi və torpaq sahəsi ilə bağlı sərəncam vermək hüququ olmuşdur. Mübahisəli hüquq münasibətinin yarandığı zaman Mülki Məcəllənin qüvvədə olmuş 335.2-ci maddəsinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. “K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 mart 2006-cı il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüququ mövqeyi belə olmuşdur ki, Mülki Məcəllənin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin hüququ mövqeyinə əsasən Mülki Məcəllənin 335.2-ci maddəsinə əsasən əqdin bağlanmış hesab edilməsi üçün 3 hal məcmu halında mövcud olmalıdır. Bu hallardan hər hansı birinin olmaması Mülki Məcəllənin 335.2-ci maddəsinin tətbiqini istisna edir. Məhkəmədə təqdim edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında Gədəbəy rayonunun Novosaratovka kəndində yaşayan X9 məxsus 0.25 ha həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin alğı-satqısına dair xx.xx.1996-cı ildə sadə yazılı formada əqd bağlanmış, həmin əqdə görə cavabdeh həmin torpaq sahəsini və evi 34500 rubla iddiaçıya satmağı, iddiaçı isə razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı razılaşdırılmış məbləği cavabdehə vermiş və cavabdeh özünə məxsus 0.25 ha həyətyanı torpaq sahəsini və fərdi yaşayış evini iddiaçının faktiki sahibliyinə təhvil vermişdir. Bu fakt şahid ifadələri ilə də öz təsdiqini tapır. Hüquqi savadsızlığı ilə əlaqədar iddiaçı əqdi notarial qaydada təsdiq etdirməmiş, cavabdeh isə qeyri-məlum ünvana köçmüşdür. Cavabdehin olmaması və onun alqı-satqı müqaviləsi bağlamaqdan yayınması mübahisəli torpaq sahəsinin və fərdi yaşayış evinin rəsmiləşdirilməsini qeyri-mümkün etmişdir ki, bu da iddiaçının hüquq və maraqlarının pozulması ilə nəticələnmişdir. İddiaçı cavabdehlə alğı-satqı müqaviləsinin qanuniləşdirilməsinin yeganə yolunu məhkəmədə görmüşdür. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında Gədəbəy rayonu, Novosaratovka kəndində yaşayan X9 məxsus 0.25 ha həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin alğı-satqısına dair əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməmişdir, bu hal əks tərəfin, yəni cavabdehin təqsiri ucbatından baş vermiş, eləcə də, məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmışdır. Bu əqd qanuna zidd deyildir və tərəflər əqdin sadə yazılı formada tərtib edilməsinə dair tələbə əməl etmişlər. Odur ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddianı əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən, cavabdeh X8 adına olan 0.25 ha həyətyanı torpaq sahəsinə və 28 kv.m fərdi yaşayış evinə dair İddiaçı ilə cavabdeh X14 arasında bağlanmış 26 iyul 1996-cı il tarixli alğı-satqı əqdi etibarlı və bağlanmış hesab edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-871/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-871/2024
03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver