Məhkəmə qərarları › İş №2(042)-872/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-872/2021

30.09.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-872/2021 30.09.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh və üçüncü şəxs Gədəbəy rayon Moruxlu kənd İƏD üzrə Nümayəndəliyinə qarşı istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair mülki Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və üçüncü şəxs Gədəbəy RİHB-nin Moruxlu Kənd İƏD üzrə Nümayəndəliyinə qarşı Cavabdeh ona məxsus fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə emiş, izahat verərək, bildimişdir ki, Cavabdeh onun qohumudur. O, uşaq vaxtı onlara məxsus fərdi yaşayış evində yaşamış və Gədəbəy Rayon Moruxlu Kənd Orta Məktəbində təhsil almışdır. Bu səbəbdən Cavabdeh onlara məxsus Gədəbəy rayon, Moruxlu kəndində yerləşən fərdi yaşayış evinə qeydiyyata düşmüşdür. O, Gədəbəy RİHB-nin Moruxlu Kənd İƏD üzrə Nümayəndəliyində Cavabdeh qeydiyyatdan çıxarılmasını xahiş etsə də, ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh və üçüncü şəxs Gədəbəy RİHB-nin Moruxlu Kənd İƏD üzrə Nümayəndəliyinə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq, cavabdehə göndərilmiş bildirişlər onların həmin ünvanda yaşamaması qeydi ilə geri qaytarılmış, və üçüncü şəxs Gədəbəy RİHBnın Moruxlu Kənd İƏD üzrə Nümayəndəliyi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci və 185.6-cı maddələrinə əsasən işə işdə iştirak etməyən cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Arayışdan görünür ki, Cavabdeh Gədəbəy rayon, Moruxlu kəndində qeydiyyatda olmasına baxmayaraq, həmin kənddə yaşamır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahaını, işdə olan sənədləri və işin faktiki hallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh Gədəbəy rayonunun Moruxlu kəndində qeydiyyatda olmasına baxmayaraq, həmin kənddə yaşamır. Ona görə də iddia tələbi təmin edilməli, Cavabdeh Gədəbəy rayonu, Moruxlu kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evindən olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Gədəbəy rayonu, Moruxlu kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evindən olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar