Məhkəmə qərarları › İş №2(042)-873/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-873/2021

10.09.2021 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-873/2021 10.09.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Ərizəçi iştirakları ilə, iddiaçı Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölmüş elan edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı 01.12.1966-cı il tarixdə doğulmuş X2 21.07.2015-ci il tarixdən ölmüş elan edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında izahat verərək, bildirmişdir ki, 2010-cu ildə X5 ilə qeyrirəsmi ər-arvad münasibətlərində yaşamışlar. Ailə münasibətlərindən 28.05.2011-ci il tarixdə X8 doğulmuşdur. Əri Arzu X1 məxsus saxsı qablar daş sexində fəhlə işləmişdir. 21.07.2015-ci il tarixdə həmişəki kimi işləmək adı ilə evdən çıxmış və həmin vaxtdan sonra evə qayıtmamışdır. O, ərinin işdən gəlmədiyi üçün Nəsimi Hüseynovla görüşüb ərinin işdən necə çıxdığı barədə məlumat almışdır. Müdiri isə Arzunun 21.07.2015-ci il tarixdə, saat 10:00-a radələrində o, Gədəbəy rayonunda hüzuru düşdüyünübildirərək, ondan 86 manat pul aldığını, saat 15:00 radələrində Gədəbəy rayonuna getmək adı ilə işdən çıxdığını və həmin gündən sonra onu bir dəfədə olsun görmədiyini bildirmişdir. O, Gədəbəy rayonunda yaşayan qohumları ilə əlaqə saxlayaraq Arzunun rayona gəlibgəlməməsini soruşanda onlar, ümumiyyətlə, Arzunun Gədəbəy rayonuna gəlmədiyini bildirmişlər. O, 21.07.2015-ci ildən hazırki tarixədək əri haqqında məlumat əldə edə bilməmişdir. O, bunula bağlı bütün xəstəxanalara və polis orqanlarına məlumat versə də, müsbət nəticə əldə olunmamışdır. O, ərinin itkin düşməsi ilə bağlı Bakı şəhər Nizami RPİnə ərizə ilə müraciət etmiş, onun ərizəsi Nizami RPİ-nin 23-cü PB-nin baş təhqiqatçısı X7 icraatında olmuş və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. O, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin qəbul etdiyi qərarla yaşadığı ərazi üzrə Abşeron rayon Qeydiyyat şöbəsinə itkin düşmüş əri üçün ölüm faktının müəyyən edilməsinə dair şəhadətnamə verilməsini xahiş etmişdir. Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 08.09.2020-ci il tarixli, 05Q-1050/15 saylı məktubda onun məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bundan sonra Gədəbəy Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə qətnaməsinə əsasən 01.12.1966-cı il tarixdə Gədəbəy rayonu, Qumlu kəndində anadan olmuş, X5 21 iyul 2015-ci il tarixdən xəbərsiz itkin düşmüş şəxs hesab edilmişdir. O, hazırda azyaşlı övladı üçün sosial müavinətlər ala bilmir. Ərizənin təmin edilməsi ona sosial müavinətlər ala bilməsi üçün lazımdır. Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X4 surətindən görünür ki, X3 28.05.2011-ci il tarixdə Gəncə şəhərində doğulmuş, atası qrafasında X5, anası qrafasında Ərizəçi qeyd edilmişdir. İşdə olan Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 08.09.2020-ci il tarixli, 05Q-1050/15 saylı məktubdan görünür ki, Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İşdə olan Bakı şəhər Nizami RPİ-nin 23-cü PB-nin 27 sentyabr 2015-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, X2 itkin düşməsi faktı üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi və A.Allahverdiyev tapılması istiqamətində tədbirlər davam etdirilməsi və axtarış işinin açılması üçün toplanmış materialın Nizami RPİ-nin CAŞ-nə göndərilməsi barədə qərar qəbul edilmişdir. İşdə olan Bakı şəhər Nizami RPİ-nin 23-cü PB tərəfindən verilmiş 18.02.2021-ci il tarixli arayışdan görünür ki, 01.12.1966-cı il təvəllüdlü, Gədəbəy rayonu, Qumlu kəndində qeydiyyatda olan, Abşeron rayonu, Saray qəsəbəsində kirayə yaşayan X5 21.07.2015-ci il tarixdə səhər 09:00 radələrində yaşadığı evdən işə getmək adı ilə çıxmış, həmin gün sonuncu dəfə saat 15:00-da işlədiyi Nizami rayonu H.Əliyev prospektində yerləşən X13 Zavodunun həyətindəki daş sexindən əmək haqqını alaraq Gədəbəy rayonuna gedəcəyini bildirərək iş yerindən çıxmış yaşadığı evə qayıtmayaraq itkin düşmüşdür. Fakta əsasən 05.10.2015-ci il tarixdə 8400/15 nömrəli Axtarış İşi açılmış və müvafiq tədbirlər davam etdirilir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 09.07.2021-ci il tarixli, 2(042)-150/2021 saylı qətnaməsinin surətindən görünür ki, 01.12.1966-cı il tarixdə Gədəbəy rayonu, Qumlu kəndində anadan olmuş, X2 21 iyul 2015-ci il tarixdən xəbərsiz itkin düşmüş şəxs hesab edilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, ərizəçinin izahatı və işdə olan sənədlərlə müəyyən edilmişdir ki, 01.12.1966-cı il təvəllüdlü, Gədəbəy rayonu, Qumlu kəndində qeydiyyatda olan, Abşeron rayonu, Saray qəsəbəsində kirayə yaşayan X5 21.07.2015-ci il tarixdə səhər 09:00 radələrində yaşadığı evdən işə getmək adı ilə çıxmış, həmin gün sonuncu dəfə saat 15:00-da işlədiyi Bakı şəhəri, Nizami rayonu H.Əliyev prospektində yerləşən “X13 Zavodunun” həyətindəki daş sexindən Gədəbəy rayonuna gedəcəyini bildirərək çıxmış və yaşadığı evə qayıtmayaraq itkin düşmüşdür. Gədəbəy Rayon Məhkəməsinin 09.07.2021ci il tarixli, 2(042)-150/2021 saylı qətnaməsi ilə 01.12.1966-cı il tarixdə Gədəbəy rayonu, Qumlu kəndində anadan olmuş, X2 21 iyul 2015-ci il tarixdən xəbərsiz itkin düşməsi müəyyən edilmişdir. X2 ölmüş elan edilməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyil və X2 ölmüş elan edilməsinin müəyyən edilməsi ərizəçinin hüquqlarının həyata keçirilməsi üçün zəruridir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.3-cü maddəsinə əsasən X2 ölüm tarixi 21.07.2015-ci il tarixdən yox, məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı tarixdən hesablanmalıdır. Ona görə də ərizə qismən təmin edilməli, 01.12.1966-cı il tarixdə doğulmuş X5 ölmüş elan edilməli, X2 ölüm tarixi məhkəmə qətnaməsi qanuni qüvvəsinin aldığı tarixdən hesablanmalıdır. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: Ərizə qismən təmin edilsin. 01.12.1966-cı il tarixdə doğulmuş X5 ölmüş elan edilsin. X2 ölüm tarixi məhkəmə qətnaməsi qanuni qüvvəsinin aldığı tarixdən hesablansın. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsiniə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar