Məhkəmə qərarları › İş №2(042)-882/2024

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-882/2024

29.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-882/2024 29.07.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmə iddia qaldıraraq, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 13/1 nömrəli qərarı ilə verilmiş, Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən, JN-424 KOD 50515018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında ona məxsus olan 0.25 ha əkin torpaq sahəsinin 0.1266 ha hissəsindən Cavabdeh çıxarılması və həmin torpaq sahəsində Cavabdeh tərəfindən tikilmiş fərdi yaşayış evinin onun hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işin məhkəmə hazırlıq iclası 29 iyul 2023-cü il tarixə, saat 11:00-a təyin edilmişdir. Məhkəmə hazırlıq iclasında işin faktiki hallarını araşdıraraq hesab edir ki, eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Belə ki, İddiaçı məhkəmədə cavabdehlər Cavabdeh və X7 qarşı “torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi” barədə iddia qaldırmış, Gədəbəy rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(042)-516/2021 saylı qətnaməsinə əsasən X1 Əli İsgəndər oğlu və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,1234 hektaradək hissəsindən çıxarılması qət edilmişdir. Məhkəmə qətnaməsi ilə, Cavabdeh tərəfindən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin hər hansı hissəsini zəbt edilməsi halının olmaması müəyyən edilmişdir. Həmçinin iddiaçının tikilinin söküməsi barədə tələbi də torpaq sahəsindən çıxarılma tələbi ilə bağlıdır. İddiaçı hazırki iş üzrə yenidən iddia qaldıraraq, həmin mübahisəli torpaq sahəsindən cavabdeh X2 çıxarılmasını və sonuncu tərəfindən inşa edilmiş tikilinin sökülməsini tələb etmişdir. Odur ki, hazır ki iddia tələbi üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Bununla da məhkəmə hesab edir ki, artıq eyni tərəflər arasında mübahisə həll edilmişdir və mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsində təsbit edilmişdir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 262-264, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh X3 qarşı “torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi” tələbinə dair 2(042)-882/2024 saylı mülki işin icraatına xitam verilsin. İzah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar