Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-883/2025 11.08.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxsna qarşı ötürülmüş müddətin bərpa edilməsi və mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsna qarşı X2ndan miras qalmış Gədəbəy rayonu,Tala kənd kəndində 1940-ci il tarixdə inşa edilmiş ümümi sahəsi 50 kvm yaşayış evi və 0.25 ha həyətyanı torpaq sahəsini miras kimi qəbul edilməsi faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsəaslandırmışdır ki, X5 atasıdır. Atasının Gədəbəy rayonu, Tala kəndində 1940-ci ildə inşa edilmiş 50 kvm ibarət yaşayış evi və 0,25 ha həyətyanı torpaq sahəsi olmuşdur.X1 xx.xx.1986-cı il tarixdə, anası X8 xx.xx.1982-ci il tarixdə vəfat etmişər.Valideyinləri Gədəbəy rayonu ərazisində torpaqların islahatı aparılmamışdan əvvəl vəfat etdikləri üçün həmin torpaq sahəsi islahatdan kənarda qalmışdır. Lakin Gədəbəy Rayon Dövlət arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 5-44/2- 31/24 və xx.xx.2024cü il tarixli 230/1-2 saylı t/b kitablardan çıxarışda 1940-ci il tarixdə inşa edilmiş fərdi yaşayış evi və 0,25 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. X2 vəfat etdikdən sonra həmin təsərüfatı o, idarə etmişdir. Digər bacıları və qardaşları başqa ünvanlarda yaşamışlar. Hazırda bir qardaşı sağdır, digər qardaş və bacıları vəfat etmişlər. X3 atalarından miras qalmış mülkü onun adına rəsimləşdirilməsinə etirazı olmadığını bildirmişdir. Mirası faktiki olaraq onun tərəfindən qəbul edilmişdir.Lakin savadsızlığı səbəbindən müddəti ötürmüşdur. Həmin fərdi yaşayış evini və torpaq sahəsini öz adına vərəsəlik qaydasında keçrilməsi ilə əlaqadar Maraqlı şəxsna və eləcə də DƏDRX-nin 11 saylı ərazi idarəsinə müraciətlər etmişdir.Lakin Notariat Kontoru tərəfindən qanunla müəyyən edilmiş müddət ötrüldüyü üçün miras mülklə bağlı məhkəməyə müraciət etməsi tövsüyyə olunmuşdur.Odur ki, X2ndan Gədəbəy rayonu,Tala kəndində miras qalmış 1940ci il tarixdə inşa edilmiş fərdi yaşayış evi və 0,25 ha həyətyanı torpaq sahəsinə dair mirasın qəbul edilməsi müddətinin bərpa edilməsi və mirasın faktiki onun tərəfindən qəbul edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxsna məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Мəhkəmə Аzərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinin tələblərini nəzərə alaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X11 görünür ki, X7 ilə X9 xx.xx.01960-ci il tarixdə nikah bağlamışlar. İşdə olan X12 görünür ki, X8 xx.xx.1982-ci ildə ölmüşdür. İşdə olan X12 görünür ki, X7 xx.xx.1986-ci ildə ölmüşdür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim edilmiş sübutları tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, sübutetmə vəzifəsi üzərinə düşməsinə baxmayaraq, məhkəmə araşdırması zamanı ərizəçi iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübutları təqdim etməmiş, onun təqdim etdiyi sənədlər lazımı qaydada təsdiq edilməmişdir. Ona görə də ərizə təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i : Ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-883/2025
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-883/2025
11.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver